Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Hamı xeyir xəbər gözləyir

Hamı xeyir xəbər gözləyir

Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Evdə hamı narahatdır. Döyüşlərdə iştirak edən ailənin tək oğlu Muraddan neçə gündür ki, xəbər yoxdur. Ata oğlunun erməni işğalçılarına qarşı igidliklə vuruşub torpaqlarımızı azad edəcəyinə, ailənin 30 illik Şuşa həsrətinə son qoyub doğma ev-eşiyinə qayıda biləcəyinə əmindir. Ana hər gün qıldığı namazlarda Muradın sağ-salamat qayıtması üçün dualar edir. Bacı qardaşının səsini eşitmək ümidi ilə yaşayır...
Qarabağ müharibəsindən, 44 günlük Zəfərimizdən bəhs edən pyeslərin səhnə ömrü yaşaması, müxtəlif teatrlarımızın repertuarında yer alaraq möhkəmlənməsi həm tarixi xronika, həm də gənclərimizdə vətənpərvərlik ruhunun gücləndirilməsi baxımından çox vacibdir. Sevindirici haldır ki, gənc yazıçı-dramaturq Ülviyyə Heydərovanın “İnanıram” monopyesi həm Dövlət Akademik Milli Dram Teatrında, həm Dövlət Akademik Musiqili Teatrında, həm də Dövlət Milli Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulub və uğurla nümayiş etdirilib. Samir Qulamovun Dövlət Akademik Musiqili Teatrının repertuarındakı “Bir nəfəs qədər yaxın”, İlqar Fəhminin Dövlət Milli Gənc Tamaşaçılar Teatrında oynanılan “Balaca kişilər” tamaşaları da tarixi qələbəmizlə bitən Vətən Savaşının səhnədə bədii həlli baxımından maraqlıdır.
Sumqayıt Dövlət Dram Teatrı da erməni işğalçılarına qarşı aparılan 44 günlük müharibədən bəhs edən tamaşa ərsəyə gətirib. Mədəniyyət Nazirliyinin dəstəyi ilə hazırlanan “Xeyir xəbər” tamaşası Əməkdar incəsənət xadimi, tanınmış yazıçı-dramaturq Əli Əmirlinin eyni adlı pyesi əsasında hazırlanıb. Tamaşaya quruluş vermək üçün gənc rejissor Fuad Cavadzadə dəvət olunub.
...Ön cəbhədəki oğlundan günlərdir xəbər ala bilməyən valideynləri ağır bir sınaq gözləyir. Muradın cəbhə yoldaşı Cəmil (Elay Xasıyev) yaralı halda gələrək onlara Vətən savaşında yaşananlardan danışır, bildirir ki, Murad (Şəmistan Süleymanlı) qızğın döyüşlərdən birində çiyin-çiyinə vuruşduğu əsgərlərin həyatını qorumaq üçün irəli atılıb və yəqin ki, düşmənlə qeyri-bərabər döyüşdə şəhid olub, çünki nə öldüsündən, nə qaldısından bir xəbər var.
Hümbət kişi (Habil Xanlarov) oğlunun şəhid olması ilə fəxr edir, övlad itkisi ilə daxilən əzab çəksə də bu hissini gizlətməyə çalışır. Hamıdan, qonşuları- Müəllimdən (Siyavuş Mahmudov), Hüseynalı kişidən (Akif Mirzəyev) tələb edir ki, ona başsağlığı verməsinlər, şəhid atası kimi təbrik etsinlər.

Gülüstan (Əməkdar artist Elmira Kərimova) ağlayıb yas tutsa da ana kimi hiss edir ki, Murad günlərin birində öz evinə dönəcək. Anaqız isə (Məryəm Hüseynli) qardaşından dəqiq xəbər öyrənmək üçün rəsmi orqanlara məktub göndərmək fikrindədir.
Ailənin eşitdiyi növbəti xəbər vəziyyəti tamam dəyişir. Televiziya efirindən Muradın döyüş vaxtı əsir düşdüyü xəbəri yayılır. Atası Hümbət kişi bu xəbərə inanmaq istəmir, Muradı əsl qəhrəman kimi böyütdüyünə əmin olduğunu deyir. Gülüstan ana oğlundan xeyir xəbər gözləyir. Səhnədəki gərginlik tamaşaçı zalına da sirayət edir, hamı baş verənləri daha diqqətlə izləməyə başlayır.
Gərgin anlara efirdən elan edilən xeyir xəbər son qoyur, əvvəlcə şəhid olduğu, sonra isə düşmən əsirliyində qaldığı güman edilən Muradın döyüşdə ağır yaralandığı və torpaqlarımızı erməni işğalçılarından azad edən əsgərlərimiz tərəfindən sağ-salamat tapıldığı xəbər verilir.
Nəhayət ailənin gözlədiyi an gəlib çatır, Murad evə dönür. Lakin... Məlum olur ki, işğalçılara qarşı ağır döyüşlər igid əsgərin səhhətində ciddi problemlər yaradıb. Ana öz duaları ilə, ata, bacı və döyüş yoldaşı Cəmil Tezliklə bu ailənin qapısını daha bir xeyir xəbər döyür-Vətən savaşında göstərdiyi igidliyə görə Murad qəhrəman adına layiq görülür. Yaxınlarının səyi, özünün əzmi sayəsində Murad sağlamlığını bərpa edir.
Tamaşanın quruluşçu rejissoru Fuad Cavadzadə müasir texnoloji vasitələrin köməyi ilə səhnə əsərinin finalını çox uğurlu həll edə bilib, yersiz pafosdan qaçaraq tamaşaçını vətənpərvərlik ruhuna kökləməyə müvəffəq olub. Tanışlıq üçün deyək ki, Fuad Cavadzadə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. Bu ali məktəbin teatr sənəti fakültəsində rejissorluq ixtisasına yiyələndikdən sonra Mədəniyyət Nazirliyinin xətti ilə təhsilini Türkiyədə davam etdirib, İstanbul Universitetinin Dövlət Konservatoriyasında magistr pilləsini bitirib, “K.Stanislavski və V.Meyerholdun oyunçuluq yöntəmlərinin karşılaştırmalı incelemesi” mövzusunda dissertasiya müdafiə edib. Hazırda Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında çalışır. İnanırıq ki, gənc və istedadlı rejissor növbəti quruluşlarında da teatr ictimaiyyətinin diqqətini çəkə biləcək.
“Xeyir xəbər” tamaşası Sumqayıt Dövlət Teatrının Şəmistan Süleymanlı, Elay Xasıyev, Məryəm Hüseynli kimi gənc aktyorlarına da öz istedadlarını göstərmək üçün yaxşı bir fürsətdir və hər üç ifaçı bu imkanı dəyərləndirməyi bacarıb.
Döyüş səhnələri əks olunan kütləvi səhnələrdə teatrın gənc aktyorları Kamran Muradlı, Ramazan Xanlarov, Etibar Əmirov və Əmrah Cəbiyev iştirak edirlər.
“Xeyir xəbər” tamaşasının bədii rəhbəri Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru, Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssamı Nizami Dadaşov, musiqi tərtibatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyevdir. Səhnə əsərinin qrafika işlərini isə Sahil Nəzərov hazırlayıb.
44 günlük tarixi zəfərimizi səhnədə bədii cəhətdən əks etdirmək, gənclərimizi vətənpərvərlik ruhunda yetişdirmək baxımından Sumqayıt Dövlət Dram Teatrının bu addımı təqdirə layiqdir.
Etibar CƏBRAYILOĞLU
Reyting.az

Ana səhifəyə dön


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://reyting.az
archiveBu xəbər 31 Yanvar 2025 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see534

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see524

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see518

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see470

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see438

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see428

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see364

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see347

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see330

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see318

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see317

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see308

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see303

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see292

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see291

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see290

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see289

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see288

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see267

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see256
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri