Icma.az
close
up
RU
Xeyriyyə deyə atdınız, bazarda satdılar Gizli biznes FOTOLAR

Xeyriyyə deyə atdınız, bazarda satdılar Gizli biznes FOTOLAR

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Paytaxtın sıx məhəllələrində, mənzil həyətlərində zibil qutularının yaxınlığında yerləşdirilən bənövşəyi geyim qutuları bir çox insanın düşündüyünün əksinə olaraq xeyriyyə məqsədi daşımır. Əhali arasında bu qutuların ehtiyac sahibləri üçün nəzərdə tutulduğu güman edilsə də, əslində toplanan geyimlər yardım üçün deyil, təkrar istifadəyə hazırlanır.

Layihə 2022-ci ildən Bakı şəhərində həyata keçirilir. Qutuların üzərində təkrar emal simvoluna bənzər işarələr olsa da, konkret izah, məqsəd və təyinat barədə aydın məlumat verilməyib. Bu da ictimai çaşqınlıq və suallar doğurur. Əhali uzun müddətdir ki, bu qutulara istifadə olunmamış və ya yararlı vəziyyətdə olan geyimlər yerləşdirərək ehtiyaclıların faydalanacağını düşünür. Əslində isə həmin geyimlər xeyriyyə məqsədilə deyil, sənaye məqsədi ilə istifadə olunur.

Lakin layihənin sosial xeyriyyə tərəfi yalnız xalq arasında yayılan söhbətlərdən ibarətdir. Səbəb isə layihənin başladığı dövrdə sakinlərin “Ehtiyacın varsa götür, yoxdursa as” sloqanı ilə geyimləri ehtiyac sahiblərinə çatdırmağa çalışmalarıdır.

İnsanlar bu layihənin sırf emal məqsədi daşıdığını qutular üzərindəki loqodan başa düşməlidirlər.

Məsələ ilə bağlı layihənin meneceri olan Mehmet Aslanın mətbuata verdiyi açıqlamadan bəlli olur ki, bu qutular yardımı deyil, geyimlərin emalını hədəfləyir.

Onun sözlərinə görə, qutular zavoda daşınan geyimləri qəbul edir, burada isə parçalar əvvəlcə təmizlənir, çeşidlənir, daha sonra texniki məqsədlə istifadə olunmaq üçün hazırlanır. Bu materiallar avtomobil sənayesində, şüşə məmulatların istehsalı kimi sahələrdə istifadə olunur.

Bununla belə, toplanan bütün geyimlərin emala göndərildiyini söyləmək çətindir. Bəzi geyimlər qutulardan zorla çıxarılır və yardım məqsədi ilə yox, satış üçün istifadə edilir.

Bu geyimlərin bir qisminin Sabunçu rayonunda yerləşən və “Rus bazarı” kimi tanınan ərazidə satıldığı bildirilir. Qutuların təhlükəsizliyi və toplanan məhsulun nəzarəti ilə bağlı boşluqlar layihənin etibarlılığına kölgə salır. Bundan əlavə, qutuların üzərində toplanan geyimlərin nəyə və hara yönləndiyi barədə heç bir məlumat yoxdur. Nə geyimin hansı şəraitdə, hansı müəssisələrə çatdırıldığı açıqlanır, nə də prosesin miqyası və nəticəsi barədə ictimaiyyət geniş məlumatlandırılır.

Bənövşəyi geyim qutularının məqsədi barədə ictimaiyyət arasında hələ də aydın və tam məlumat yoxdur. Bu səbəbdən insanların bu təşəbbüsdən gözləntiləri ilə onun əsl mahiyyəti arasında fərqlər qalmaqdadır. Layihənin məqsədi və istiqaməti barədə daha açıq və konkret məlumat verilməsi vacibdir. /Musavat.com/

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 06 Avqust 2025 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see290

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see262

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see260

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see255

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see253

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see250

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see245

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see237

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see236

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see234

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see228

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see228

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see222

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see216

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see216

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see213

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see212

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see212

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see211

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri