“Bilik Günü” xeyriyyə yarmarkası keçirilib FOTOLAR
Azxeber.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
5 sentyabr tarixində Marsol Group, İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA) və "İnkişafa Doğru” İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Bilik Günü” xeyriyyə yarmarkası keçirilib.
Passage 1901-də baş tutan tədbirdə Marsol Group-un partnyoru olan sahibkarlar, şirkət nümayəndələri, eləcə də sosial təşəbbüslərə dəstək verən şəxslər bir araya gəlib. Yarmarka iştirakçılar üçün həm birlikdə vaxt keçirmək, həm də sosial təşəbbüsə töhfə vermək imkanı yaradıb.
Tədbirin əsas məqsədi yarmarkadan əldə olunan vəsaiti uşaqların təhsilinə və onların gələcəyinə dəstək məqsədilə yönəltmək olub. Təhsilə və uşaqların inkişafına yönələn bu təşəbbüs sosial məsuliyyətin təşviqi baxımından xüsusi əhəmiyyət daşıyır.
Marsol Group olaraq bu təşəbbüsə qoşulan, dəstək göstərən və tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürümüzü bildiririk. Sosial məsuliyyət və həmrəylik prinsiplərini əsas götürən bu cür layihələrin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 07 Sentyabr 2026 20:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















