Icma.az
close
up
RU
Xəzər dənizi Bakı bulvarından 30 kilometr uzaqda olacaq? Mütəxəssislər DANIŞDI

Xəzər dənizi Bakı bulvarından 30 kilometr uzaqda olacaq? Mütəxəssislər DANIŞDI

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəzər dənizində suyun səviyyəsinin azalması son illərdə qlobal miqyasda narahatlıq doğuran ekoloji problemlərdən birinə çevrilib. Bu məsələ yalnız regional deyil, həm də beynəlxalq əhəmiyyət daşıyır. Dənizin səviyyəsinin davamlı şəkildə enməsi Xəzəryanı ölkələri əhatə edən əsas ekoloji, iqtisadi və sosial problemlərdən biri kimi qiymətləndirilir. Mövzu ilə bağlı coğrafiya elmləri doktoru Səid Səfərov qeyd edib ki, yaxın illərdə vəziyyət daha da kəskinləşə bilər. Onun sözlərinə görə, əgər bu tendensiya belə davam edərsə, bir neçə il sonra Xəzər dənizinin suyu Bakı bulvarından təxminən 20-30 kilometr aralanacaq. Bu isə təkcə ekosistemin deyil, həm də regionun iqtisadi fəaliyyətinin, xüsusilə gəmiçilik və turizm sahələrinin ciddi şəkildə zərər görməsi demək olacaq.

Professorun fikrinə münasibət bildirən ekoloq Fikrət Cəfərov Redaktor.az-a açıqlamasında vurğuladı ki, bu proqnozun nə qədər doğru olduğunu demək çətindir:

"Bəli, Xəzərin su səviyyəsi aşağı düşür. Onun səbəbləri birinci növbədə antropogen faktordur, ikinci isə yenə antropogendir, lakin bu, iqlimin dəyişilməsidir. Yağıntılar azalır, çayların səviyyəsi enir, Xəzər su ilə lazımi səviyyədə təmin olunmur. Buxarlanma sürətlə artır və bunun da nəticəsində dənizin su səviyyəsi aşağı düşür. Lakin mən bir fakt demək istəyirəm. Ümumiyyətlə, Rusiyanın Xəzərinin dərinliyi 12-14 metrdir, maksimal dərinliyi isə 25 metrə çatır. Deməli, hörmətli professorun proqnozu həyata keçsə, onda Şimal Xəzərini tam itirəcəyik. Qalacaq Orta Xəzər və Cənub Xəzər. Digər tərəfdən, mən fikirləşirəm ki, bu, Xəzəryanı dövlətlərin problemidir və bu ölkələr, o cümlədən Azərbaycan, xüsusi tədbirlər görəcəklər və bu həyəcanlı vəziyyətin dərinləşməsinə, Xəzərin bu qədər azalmasına imkan verməyəcəklər".

Ekoloq Rövşən Abbasov da qeyd etdi ki, Xəzər dənizinin səviyyəsinin düşməsi haqqında artıq uzun illərdir ki, elmi dairələrdə söhbətlər gedir:

"Faktiki olaraq, 1995-ci ildən 2025-ci ilə qədər Xəzər dənizinin səviyyəsi, çox xırda istisnalar olmaqla, ardıcıl şəkildə enməkdə davam edib. Bu proses bu il də davam edir. Hər il Xəzər dənizinin səviyyəsi bir neçə santimetr azalır və proqnozlar göstərir ki, bu azalma növbəti illərdə də davam edə bilər. Məhz buna görə də sahil ölkələri artıq hərəkətə keçib və Xəzər dənizinin xilas olunması üçün konkret layihələr üzərində işləməyə başlayıblar. Azərbaycana gəldikdə isə, ölkə artıq Xəzər dənizinin səviyyəsinin azalmasını özünün Milli Adaptasiya Proqramına daxil edib. Xəzər dənizinin səviyyəsində baş verəcək azalmaların qarşısının alınması, eləcə də bu azalmalara qarşı uyğunlaşma tədbirlərinin görülməsi planları artıq demək olar ki, hazırdır. Məsələ burasındadır ki, digər sahil ölkələri kimi, Azərbaycanda da dənizin səviyyəsinin aşağı düşməsi ilə bərabər, ölkənin iqtisadi sektorlarına ciddi ziyanın dəyəcəyi gözlənilir. Bu sahələr arasında ən əsas və ən başlıcası gəmiçilik sektorudur. Gəmiçilikdə müşahidə olunan çətinliklər artıq göz qabağındadır və bu çətinliklərin aradan qaldırılması üçün müxtəlif tədbirlər həyata keçirilib".

Nuriyyə NATİQQIZI

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "ekologiya və ətraf mühitin mühafizəsi" mövzusunda dərc olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 Noyabr 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see253

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see243

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see234

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see212

FT: “AK nin təşəbbüsünün qatili Corca Meloni olub”

19 Dekabr 2025 15:39see182

“Azərbaycanın bank sistemi Ermənistanın bank sistemi ilə müqayisədə zəifdir” DEPUTAT

19 Dekabr 2025 14:13see176

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see157

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see156

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see148

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see146

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see144

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see142

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see142

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see139

Zelenski istedadlı sənətkardır Putindən həmin videoya münasibət

19 Dekabr 2025 13:59see138

Özbəkistan Azərbaycanla tarixi filmlər istehsalına başlayır “Dirik tarix” layihəsi

19 Dekabr 2025 17:14see138

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see135

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see135

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see135

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri