Icma.az
close
up
RU
XƏZƏR DƏNİZİ ÖLÜR

XƏZƏR DƏNİZİ ÖLÜR

Icma.az, Adelet.az portalına istinadən məlumatı açıqlayır.

Bu gün dünyada çox böyük ekoloji proseslər -  quraqlıq və eləcə də atmosferin və təbiətin çirkləndirilməsi ilə üzləşirik. Bütün bu məsələlər birmənalı olaraq insanların öz həyatlarına, yaşam tərzinə, hətta qidalanmaya qədər fəsadlar verir. Başqa sözlə demiş olsaq, təbiətin gözəlliklərini, havasını, dənizini, çayını, suyunu, torpağını çirkləndirən insanlar gec-tez öz cəzalarını elə təbiətin özü tərəfindən alırlar. Bu fikirlə təbii ki, razılaşmayan adamlar da ola bilər. Amma bir şey gün kimi aydındır ki, təbiətə qəsd edən, onun  məhvinə çalışan  heç bir canlı cəzasız qalmayacaq.

Xəzər dənizi bizim bəxtimizə düşən gözəl  varlıqlardan biridir. Bu dənizin suyu, qumu,  balığı, nefti və eləcə də digər sərvətləri ölkəmizin həyatında çox önəmli rol oynayıb. Təsəvvür edin, əgər İkinci Dünya Müharibəsində Azərbaycan nefti olmasaydı çətin ki SSRİ qalib dövlət kimi buna nail olardı. Əlbəttə, bütün bunları ona görə xatırlayırıq ki, 50-60 il bundan əvvəllə müqayisədə bu gün Xəzər dənizinin vəziyyəti, durumu çox mürəkkəbdir. Bunu bir çoxları  iqlim quraqlığı ilə izah etsələr də, amma bununla yanaşı digər səbəblər də mövcuddur. Bunu tək biz demirik, bu fikri həm də ekoloqlar, mütəxəssislər səsləndirirlər. Onlar neçə illərdir hay-haray salırlar ki, Xəzər dənizində quruma gedir, suyun tərkibi ekoloji cəhətdən çirkləndirilir, çox təəssüf ki, bu haraya bu günə kimi yetərincə cavab verilməyib. 

Düzdür, müəyyən  addımlar atılıb, amma bu addımlar Xəzərin problemi ilə bağlı məsələləri heç də həll etməyib. Xəzəryanı dövlətlər – Azərbaycan, Rusiya, İran, Türkmənistan, Qazaxıstan təbii ki, birlikdə bu məsələləri həll etməlidirlər. Bu dövlətlərdən hansı biri Xəzərin mövcud problemi ilə bağlı məsələyə səhlənkar yanaşırsa bu o deməkdir ki, dənizin taleyi doğrudan da çox ağırdır. 

Xəzər dənizindəki  mövcud problemlərlə bağlı Azərbaycan prezidenti cənab İlham Əliyev dəfələrlə beynəlxalq qurumlarda, eləcə də Xəzəryanı dövlətlərin yığıncaqlarında bu məsələləri qabardıb. Cənab prezident bildirib ki, Xəzərin problemini həll etmək tək bir dövlətin işi  deyil, bu həm də bütün Xəzəryanı dövlətlərin missiyasıdır. Təbii ki, bu fikirlə Xəzəryanı dövlətlərin başçıları da razılaşıblar. Amma təəssüf ki, razılaşsalar da birlikdə fəaliyyət göstərməkdə bir o qədər də maraqlı deyillər. Məsələn, İran və Rusiya Xəzərə axan bir neçə kiçik çayların qarşısını alıb və ondan  öz məqsədləri  üçün istifadə edirlər. Bu mənada  Araz çayına İrandan axan xırda çayların suyu demək olar ki, əsaslı surətdə bağlanıb. 

Əlbəttə, bütün bu məsələlər son nəticədə Xəzər dənizinin problemlərinin həllini daha da çətinləşdirir və yeni-yeni çətinliklər üzə çıxarır. Artıq Xəzər dənizində bir çox canlılar ekoloji dəyişikliyə görə məhv olurlar. Heç uzağa getməyək, Xəzərin Azərbaycan sahillərində suitilərin, balıqların məhv olması faktları  mövcuddur. Heç kim deyə bilməz ki, bu canlılar  elə birdən-bir məhv oldular. Heç kimə sirr deyil ki, bu gün Xəzər dənizinə həm Xəzəryanı dövlətlər tərəfindən, həm də özümüz tərəfimizdən  çirkləndirilmiş sular axıdılır. Bu zəhərli sular isə bütün canlıların həyatını məhv edir və onlara artmağa imkan vermir. 10-15 il bundan qabaq Xəzərin sahillərindən beş-altı  kilometr dərinliyə daxil olanda ordan qiymətli balıqlar ovlamaq mümkün idi. Amma indi gərək 50-60 kilometr  dərinliyə gedəsən ki, bu qiymətli balıqlardan ovlaya biləsən.

Əlbəttə, Xəzərin  çox qiymətli və gözəl balıqları olur və o balıqlar da insanların dolanışığına, bir çox halda həyat  tərzinə yaşam verib. Amma bu gün bayaq dediyimiz kimi, qiymətli balıqlar sahilə yaxın yerlərdə yaşaya bilmirlər. Çünki həmin yerlər çirkləndirilir və nəticədə o canlılar ya məhv olur, ya da ordan uzaqlaşırlar. 

Bu gün də Sumqayıtdan, Hovsandan və bir çox yaşayış qəsəbələrindən Xəzər dənizinə təmizlənməmiş kanalizasiya suları axıdılır. Bu yaxınlarda Hövsan qəsəbəsindən televiziya kanallarının birində süjet göstərildi. Həmin süjetdən də aydın olurdu ki, Xəzər dənizinin yaxınlığındakı təmizləyici kollektorlar yaxşı işləmir, Hövsan quşçuluq fabrikinin, eləcə də  yaxınlıqda məskunlaşmış insanların evindən axan kanalizasiya suları təmizlənmədən dənizə  ötürülür. Bu proses illərdir  davam edir, Xəzər dənizi isə çirklənir. Bir çox əlaqədar qurumlar isə medianın göstərdiyi faktlara barmaqarası yanaşır, problemi həll etmək istəmirlər. 

Hər il çimərlik mövsümü gələndə Xəzər dənizinin sahillərindən laborator analiz üçün su nümunələri götürülür. Həmin nümunələr laboratoriya şəraitində analiz olarkən aydınlaşır ki, bir çox çimərliklərdə bakteroloji çirklənmə normadan artıqdır. Bu barədə  dəfələrlə Respublika Gigiyena və Epidemiologiya Mərkəzi əhalini maarifləndirib. Bildirib ki, ekoloji çirkləndirmə normadan artıq olduğu  üçün Şıx, Sahil, Hövsan, Türkan, Novxanı, Sumqayıt  çimərliklərində çimmək qadağan edilib. Amma buna baxmayaraq, yenə bir çox insanlar həmin çimərliklərə gedib və dənizdə çimiblər. 

Söhbət  heç də kiminsə çimərliyə getməsindən və orda çimməsindən getmir. Çünki adını çəkdiyimiz o çimərliklərdə olarkən neçə-neçə insan  bağırsaq infeksiyasına yoluxub. Söhbət ondan gedir ki, bu gün Xəzərin çirkləndirilməsi yenə davam etməkdədir. Yenə Bakı şəhərində və eləcə də onun qəsəbələrində təmizlənməmiş kanalizasiya suları  dənizə axıdılır. Bəs, bu nə deməkdir?  Bu təbiəti, dənizi məhv etmək demək deyilmi?

Bu gün Xəzər dənizi ölür desək, heç də yanlış mövqe tutmarıq. Çünki bu dəniz bir tərəfdən quruyur, digər tərəfdən amansızcasına çirkləndirilir. Bakının elə yeri var ki, orda dəniz yüz metrə yaxın quruyub. Düzdür, burda iqlim dəyişikliyinin də böyük payı var. Amma gəlin onunla  razılaşaq ki, elə şeylər var insanın öz əlindədir, yəni Xəzər dənizinə axıdılan o çirkab sular birmənalı olaraq kollektordan keçməli, təmizlənməli, zəhərli tullantılar ayrılmalıdır. Bəlkə bunlar və bu addımlar Xəzərin ölümünü heç olmasa bir qədər ləngidər. 

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://adalet.az
archiveBu xəbər 24 Oktyabr 2025 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see384

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see331

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see272

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see272

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see266

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see250

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see242

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see225

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see209

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see198

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see195

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see193

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see192

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see190

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see184

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see183

İdmandan kənar: Sürətin arxasındakı həyat

04 Oktyabr 2026 08:48see178

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see178

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see173

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri