Icma.az
close
up
RU
Xəzər dənizinə 100 000 nərə və 20 000 Xəzər qızılbalığı buraxılıb

Xəzər dənizinə 100 000 nərə və 20 000 Xəzər qızılbalığı buraxılıb

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

22 may 2025-ci il tarixində Neftçala rayonunda "LU-MUN Holding"in törəmə şirkəti olan "Azerbaijan Fish Farm" MMC 22 May - Beynəlxalq Bioloji Müxtəliflik Günü münasibətilə həyata keçirilən genişmiqyaslı ekoloji təşəbbüs çərçivəsində Xəzər dənizinə 100 000 nərə balığı və 20 000 Xəzər qızılbalığı buraxaraq bu əlamətdar günü qeyd etdi.

Tədbir Neftçala Olimpiya Kompleksində baş tutdu və 170-dən çox fəxri qonağın iştirakı ilə yadda qaldı. Qonaqlar arasında kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Ekologiya Nazirliyi və digər dövlət qurumlarının nümayəndələri, xarici səfirliklər, ətraf mühit üzrə qeyri-hökumət təşkilatları, akvakultura və dayanıqlı inkişaf sahəsinin mütəxəssisləri, eləcə də aparıcı korporativ şirkətlərin təmsilçiləri yer alıblar. Bu tədbir "Azerbaijan Fish Farm" şirkətinin nəsli kəsilməkdə olan balıq növlərinin bərpası və Xəzər dənizinin ekosisteminin qorunmasına olan dərin sadiqliyini bir daha nümayiş etdirdi.

Builki təşəbbüs bir sıra strateji tərəfdaşların dəstəyi ilə həyata keçirilib. Onların sırasında "Azerbaijan Poultry Company" (Mercan), AZAL, SOCAR, "Wings" (Sakura), "Gilan Holding", "Azvarvara", "CMS Properties", "Alltech Coppens" şirkətləri yer alır. Bu şirkətlər dayanıqlı təcrübələrin təşviqi və ətraf mühitin mühafizəsi sahəsində nümunəvi fəaliyyət göstərirlər.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxışında bildirib ki, Prezident İlham Əliyevin 2024-cü ilin dekabrında imzaladığı fərmana əsasən, ölkədə balıqçılıq və akvakulturanın inkişafı məqsədilə Balıqçılıq və Akvakultura Mərkəzi yaradılıb. Bu təşəbbüs Xəzər dənizinin nadir balıq növlərinin qorunması və biomüxtəlifliyin bərpası istiqamətində dövlət səviyyəsində atılan mühüm addımlardan biridir.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov ulu öndər Heydər Əliyevin Azərbaycan təbiətinə xüsusi önəm verməsini, onun daim təbii və ilkin toxunulmazlığının qorunması, ölkəmizdə ekosistemin dayanıqlığına yönələn qərarların uğurla icra edilməsini, ümummilli liderin başlatdığı ekoloji siyasətin Prezident İlham Əliyev tərəfindən yeni inkişaf mərhələsinə qədəm qoymasını, layiqincə inkişafını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

"LU-MUN Holding" İdarə Heyətinin sədri Emil Məmmədsadıxov çıxışında qeyd edib ki, Prezident İlham Əliyevin təbii resursların qorunması ilə bağlı çağırışları əsasında Neftçalada təşkil olunan bu balıq buraxılışı tədbiri ölkədə biomüxtəlifliyin artırılmasına xidmət edir. Bir neçə şirkətin dəstəyi ilə həyata keçirilən bu təşəbbüs genişmiqyaslı faydalar yaratmaq məqsədilə davamlı əməkdaşlıq üçün möhkəm zəmin formalaşdırır.

"Azerbaijan Fish Farm" şirkətinin direktoru Nurlan Abdinov isə bildirib ki, qarşıya qoyulan əsas məqsəd mərhələli şəkildə təbiətə buraxılan balıqların sayını 1 milyona çatdırmaqdır. Bu təşəbbüs şirkətin "dayanıqlı və bərpaedici akvakultura" prinsipinə sadiqliyini nümayiş etdirir. Nərə və qızılbalıqların təbiətə buraxılması "Azerbaijan Fish Farm"ın gündəlik fəaliyyətinin ayrılmaz hissəsidir.

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) prezidentinin müşaviri Fidan Fərzəliyeva çıxışında qeyd edib ki, AZAL-ın "Sıfır/Sıfıra Yaxın Emissiya" Planının tərkib hissəsi olaraq, biomüxtəliflik ESG strategiyamızın əsas sütunlarından birinə çevrilib. Onun sözlərinə görə, dayanıqlılıq bizim üçün eyni zamanda ekosistemlərin bərpası, təbii yaşayış mühitlərinin qorunması və təbiətə əsaslanan layihələrin dəstəklənməsi deməkdir.

Rəsmi hissədən sonra qonaqlar Kür Təcrübi Nərə Balıqartırma Zavoduna səfər etdilər və burada şirkətin müasir texnologiyalar əsasında qurulmuş dayanıqlı balıqçılıq fəaliyyətləri ilə tanış oldular.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://oxu.az
archiveBu xəbər 23 May 2025 09:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see197

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see145

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see137

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see137

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri