Xəzər Lənkəran stadionunu zibillik poliqonuna çevirən kimlərdir? VİDEO KONKRET
Konkret.az saytına istinadən Icma.az xəbər verir.
“Fırtınalar meydanı”nda oturacaqlar arasında tullantılar təmizlənmir.
KONKRET.az xəbər verir ki, NOCOMMENT.az-ın Cənub bürosunun verdiyi xəbərə görə, bir zamanlar göz oxşayan Xəzər Lənkəran stadionu, “Fırtınalar meydanı” indi zibillik poliqonuna çevrilib. Stadiona daxil olub, oturmaq istəyən azarkeşlər öncə zibilliksiz yer və səliqəli oturacaqlar axtarırlar. Çünki stadionun oturacaqları qırıq-qırıq, palçıqlı və oturacaqlar arasında zibillik hökm sürür. Buna görə də azarkeşlərin əksəriyyəti region oyunlarını ayaq üstə qalaraq doğma komandalarına dəstək olurlar. Azarkeşlər deyir ki, bir biletin qiyməti 1 manatdır. “Hər oyuna baxmağa ən azı 1000-ə yaxın azarkeş gəlir. Yığılan pulnan qismən də olsa oturacaqları təmir etdirmək və zibilləri təmizlətdirmək olar. Axı Xəzər-Lənkəran stadionu, fırtınalar meydanı bizlərə hələ də doğmadır. Buranı təmiz saxlamaq bizim borcumuzdur”.
Qida qalıqlarını stadiona kimlər, nə məqsədlə qoyur və oyundan sonra zibillər nə üçün təmizlənmir, indi bu sual hər kəsi düşündürür.
Qeyd edək ki, 14 dekabrda region turniri üzrə keçirilən Lənkəranın eyni adlı komandası Masallının Viləş komandası ilə üz-üzə gəlib. Oyun qolsuz bərabərliklə sona çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:27
Bu xəbər 14 Dekabr 2025 23:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















