Icma.az
close
up
RU
AFFA “Xəzər Lənkəran”ı saymır? AÇIQLAMA

AFFA “Xəzər Lənkəran”ı saymır? AÇIQLAMA

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib. Baş katib Cahangir Fərəcullayev, müavini Kamran Vəliyev, Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural Piriyev və İnkişaf Strategiyasının icrası üzrə layihə qrupunun dövlət qurumları ilə əlaqələrinə məsul şəxs Ramazan Səmədov cənub bölgəsinə səfəri çərçivəsində futbol infrastrukturunun vəziyyəti ilə yerində tanış olublar. AFFA-nın bu xəbərindən sonra narazılıq səsləri eşidilib…

Azərbaycan futbolunda elə bir aura var ki, cənub deyiləndə ağıla gələn ilk yer Lənkəran, “Xəzər Lənkəran” və “Fırtınalar meydanı”dır. AFFA rəhbərliyi Lənkərana yollansa da, yalnız Olimpiya İdman Kompleksinin stadionuna baş çəkib.

“Fırtınalar meydanı”nın diqqətdən kənar qalması isə narazılıq yaradıb.

“AFFA “Xəzər Lənkəran”ı istəmir, Lənkəran futbolu düşünülmür və s. kimi fikirlər yaranıb. Bəs nə üçün qurum rəhbərliyi adıçəkilən arenada olmayıb?

AFFA-nın mətbuat xidmətinin rəhbəri Murad Axundov “Futbolpress.az”a açıqlamasında məsələyə aydınlıq gətirdi:

“Səfərin əsas məqsədi uşaqların, gənclərin oynayacağı, uşaq futbolun inkişafı üçün olan infrastrukturla tanışlıq idi. Regional Mərkəz üçün uyğun seçim etmək ciddi araşdırma tələb edir, səfərdə bu haqda məlumatlar toplamaq lazım idi. Məsələn, Lənkəranda olimpiya kompleksinin stadionuna baxış keçirildi. Yəni, uşaqlar futbola harda, hansı şəraitdə məşğul olur və ya ola bilər – bu məsələləri təhlil etmək üçün real vəziyyətlə tanış olmaq – məqsəd bu idi. Böyük futbolla bağlı nələrəsə baxmaq, müzakirə etmək bu səfərin mövzusu deyildi”.

“Xəzər Lənkəran” klubu 2016-cı ildən fəaliyyətini dayandırıb.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 08 Dekabr 2025 09:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see283

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see267

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see261

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see259

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see256

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see255

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see244

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see236

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see233

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see225

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see216

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see210

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see210

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see205

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see196

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see192

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see187

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see180

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see169

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri