Icma.az
close
up
RU
Xəzər regionunun enerji təhlükəsizliyi müzakirə olunub

Xəzər regionunun enerji təhlükəsizliyi müzakirə olunub

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Xəzər Siyasət Mərkəzi Londonda “Xəzər Enerji Təhlükəsizliyi və COP29-dan sonra” mövzusunda konfrans təşkil edib. SİA xəbər verir ki, konfransda çıxış edən Xəzər Siyasət Mərkəzinin direktoru Əfqan Nifti Xəzər regionunun enerji təhlükəsizliyi və yaşıl enerji keçidində artan əhəmiyyətini vurğulayıb.

O bildirib ki, Xəzər regionunda, xüsusilə son bir ildə diplomatik səylər və əməkdaşlıq yüksək səviyyəyə çatıb. Ə. Nifti COP29-un region üçün xüsusi əhəmiyyət daşıdığını və Xəzər regionunun qlobal gündəlikdəki əhəmiyyətini bir daha sübut etdiyini də əlavə edib.

Britaniyanın Xarici İşlər Nazirliyi ilə Enerji Təhlükəsizliyi və Sıfır Emissiya Departamentinin birgə yaratdığı Beynəlxalq Enerji Bölməsinin direktor müavini Sofi Vestleyk Xəzər regionunun enerji təhlükəsizliyi və yaşıl enerji potensialına diqqət çəkib. Sofi Vestleyk qeyd edib ki, Xəzər regionu Avropa üçün enerji təhlükəsizliyi və diversifikasiya baxımından strateji tərəfdaşdır. COP29 haqqında da fikirlərini bölüşən Sofi Vestleyk Azərbaycanın Sədrliyi ilə əldə olunan razılaşmanı yüksək qiymətləndirib: “Biz COP-da razılaşmanın əldə olunmasından çox məmnunuq və Azərbaycan Sədrliyini buna nail olduğu üçün təbrik edirik”.

Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov COP29-un bölgədə keçirilməsini tarixi hadisə adlandırıb və Azərbaycanın bu prosesdəki liderliyini yüksək qiymətləndirib. O, çıxışı zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji üzrə üçtərəfli tərəfdaşlığın qurulmasını xüsusi qeyd edib. Elin Süleymanov COP29-da əldə edilən “Bakı maliyyə hədəfi”ni uğur adlandırıb.

“Bu cür konfransın ilk dəfə olaraq bizim regionda keçirilməsi tarixi əhəmiyyət daşıyır. Azərbaycanın Sədrliyi ilə bu konfransın iqlim dəyişikliklərinə diqqəti cəmləməsi, hər cür siyasi və geosiyasi çətinliklərə baxmayaraq böyük nailiyyətdir. Bakı konfransının ən mühüm nəticəsi yeni kollektiv maliyyə hədəfinin müəyyən edilməsi oldu. Mövcud geosiyasi və iqtisadi reallıqlarda iqlimə həssas ölkələr üçün 300 milyard dollarlıq əsas maliyyə ehtiyatı ayrılması və ümumi hədəfin 1,3 trilyon dollar olaraq müəyyən edilməsi çox mühüm irəliləyişdir. Bu qərar 15 illik nəticəsiz müzakirələrdən sonra Bakıda əldə edildi və bu, region üçün böyük nailiyyətdir”, - deyə E. Süleymanov vurğulayıb.

Səfir çıxışında Böyük Britaniyanın COP29-dakı iştirakını və rolu ilə bağlı da danışıb. O vurğulayıb ki, bu konfrans çərçivəsində Böyük Britaniyanın Baş naziri ilk dəfə Azərbaycana rəsmi səfər edib: “Bu, Böyük Britaniyanın Baş nazirinin Azərbaycana ilk səfəri idi. Britaniyanın COP29-da ali səviyyədə və konstruktiv iştirakı tədbirin uğuruna müsbət töhfə verdi”.

Türkiyənin Britaniyadakı səfiri Osman Koray Ertaş Türkiyənin 2053-cü ilə qədər iqlim hədəflərindən danışıb. Diplomat yaşıl keçid və enerji təhlükəsizliyi arasında balansın qorunmasının əhəmiyyətinə də toxunub.

Qazaxıstanın Böyük Britaniyadakı səfiri Maqjan İlyasov COP29-un region üçün çox vacib bir platforma olduğunu və region ölkələrini daha güclü əməkdaşlığa təşviq etdiyini vurğulayıb: “Biz Mərkəzi Asiya və Xəzər regionunu dayanıqlı enerji mənbələrinin etibarlı təminatçısına çevirməyi hədəfləyirik. Bu məqsədə çatmaq üçün beynəlxalq tərəfdaşlarımızla birgə çalışmağa hazırıq”.

Özbəkistanın Böyük Britaniyadakı səfiri Rövşən Usmanov COP29-un Mərkəzi Asiya regionu üçün əhəmiyyətini vurğulayıb. O, Azərbaycanın təşkilatçılığını yüksək qiymətləndirib. COP29-un regiondakı ölkələrin problemlərini və çağırışlarını müzakirə etmək üçün əla platforma olduğunu deyib. Səfir çıxışında iqlim dəyişikliyinin Mərkəzi Asiyadakı təsirlərinə və COP29 çərçivəsində qəbul edilən qərarların əhəmiyyətinə toxunub. O, COP29-un nəticələrinin yeni əməkdaşlıq imkanları yaratdığını deyib. Səfir bildirib ki, bu nəticələrin həyata keçirilməsi qətiyyətli və koordinasiyalı addımlar tələb edir.

Konfransda, həmçinin Avropa İttifaqının Böyük Britaniyadakı Nümayəndəliyinin enerji məsləhətçisi Nikolas Rey, “TelosNRG” şirkətinin sədri Anqus Miller, Exeter Universitetinin Biznes Əlaqələri və İnnovasiya üzrə prorektor müavini Dr. Stuart Brocklehurst, “British Expertise International”da İnfrastruktur, İqlim və Təbiət üzrə direktor Aleksandra Barnes də çıxış ediblər. Stuart Brocklehurst Azərbaycanın tədbirə hazırlaşmaq üçün qısa vaxtının olmasına baxmayaraq olduqca yüksəksəviyyəli bir qonaqpərvərlik və peşəkarlıqla tədbirə ev sahibliyi etdiyinə toxunub.

Çıxışçılar enerji təhlükəsizliyinin qlobal əhəmiyyətini, yaşıl enerji keçidinin vacibliyini və Xəzər regionunun bu prosesdəki rolunu müzakirə ediblər. Tədbir zamanı, həmçinin regiondakı əməkdaşlığın gücləndirilməsinin və dayanıqlı enerji layihələrinin həyata keçirilməsinin önəmi vurğulanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 Dekabr 2024 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see203

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see193

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see184

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see169

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see169

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see154

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see154

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see140

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see138

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see137

Tramp etmədi, Orbanın da fikri yoxdur Putinlə bağlı məsələyə reaksiya

22 Oktyabr 2025 12:18see133

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see130

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see129

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see128

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see128

İcmal büdcənin gəlirləri 36 mlrd. manata yaxınlaşıb

22 Oktyabr 2025 14:41see127

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see126

Bürcündən məhrum uşaqlar...

22 Oktyabr 2025 14:41see125

Politoloq: 2026 cı ildə sülh sazişinin reallaşması gözlənilir

22 Oktyabr 2025 17:51see125

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri