Icma.az
close
up
RU
Xəzər regionunun enerji təhlükəsizliyi müzakirə olunub

Xəzər regionunun enerji təhlükəsizliyi müzakirə olunub

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəzər Siyasət Mərkəzi Londonda “Xəzər Enerji Təhlükəsizliyi və COP29-dan sonra” mövzusunda konfrans təşkil edib. SİA xəbər verir ki, konfransda çıxış edən Xəzər Siyasət Mərkəzinin direktoru Əfqan Nifti Xəzər regionunun enerji təhlükəsizliyi və yaşıl enerji keçidində artan əhəmiyyətini vurğulayıb.O bildirib ki, Xəzər regionunda, xüsusilə son bir ildə diplomatik səylər və əməkdaşlıq yüksək səviyyəyə çatıb. Ə. Nifti COP29-un region üçün xüsusi əhəmiyyət daşıdığını və Xəzər regionunun qlobal gündəlikdəki əhəmiyyətini bir daha sübut etdiyini də əlavə edib.Britaniyanın Xarici İşlər Nazirliyi ilə Enerji Təhlükəsizliyi və Sıfır Emissiya Departamentinin birgə yaratdığı Beynəlxalq Enerji Bölməsinin direktor müavini Sofi Vestleyk Xəzər regionunun enerji təhlükəsizliyi və yaşıl enerji potensialına diqqət çəkib. Sofi Vestleyk qeyd edib ki, Xəzər regionu Avropa üçün enerji təhlükəsizliyi və diversifikasiya baxımından strateji tərəfdaşdır. COP29 haqqında da fikirlərini bölüşən Sofi Vestleyk Azərbaycanın Sədrliyi ilə əldə olunan razılaşmanı yüksək qiymətləndirib: “Biz COP-da razılaşmanın əldə olunmasından çox məmnunuq və Azərbaycan Sədrliyini buna nail olduğu üçün təbrik edirik”.Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov COP29-un bölgədə keçirilməsini tarixi hadisə adlandırıb və Azərbaycanın bu prosesdəki liderliyini yüksək qiymətləndirib. O, çıxışı zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji üzrə üçtərəfli tərəfdaşlığın qurulmasını xüsusi qeyd edib. Elin Süleymanov COP29-da əldə edilən “Bakı maliyyə hədəfi”ni uğur adlandırıb.“Bu cür konfransın ilk dəfə olaraq bizim regionda keçirilməsi tarixi əhəmiyyət daşıyır. Azərbaycanın Sədrliyi ilə bu konfransın iqlim dəyişikliklərinə diqqəti cəmləməsi, hər cür siyasi və geosiyasi çətinliklərə baxmayaraq böyük nailiyyətdir. Bakı konfransının ən mühüm nəticəsi yeni kollektiv maliyyə hədəfinin müəyyən edilməsi oldu. Mövcud geosiyasi və iqtisadi reallıqlarda iqlimə həssas ölkələr üçün 300 milyard dollarlıq əsas maliyyə ehtiyatı ayrılması və ümumi hədəfin 1,3 trilyon dollar olaraq müəyyən edilməsi çox mühüm irəliləyişdir. Bu qərar 15 illik nəticəsiz müzakirələrdən sonra Bakıda əldə edildi və bu, region üçün böyük nailiyyətdir”, - deyə E. Süleymanov vurğulayıb.Səfir çıxışında Böyük Britaniyanın COP29-dakı iştirakını və rolu ilə bağlı da danışıb. O vurğulayıb ki, bu konfrans çərçivəsində Böyük Britaniyanın Baş naziri ilk dəfə Azərbaycana rəsmi səfər edib: “Bu, Böyük Britaniyanın Baş nazirinin Azərbaycana ilk səfəri idi. Britaniyanın COP29-da ali səviyyədə və konstruktiv iştirakı tədbirin uğuruna müsbət töhfə verdi”.Türkiyənin Britaniyadakı səfiri Osman Koray Ertaş Türkiyənin 2053-cü ilə qədər iqlim hədəflərindən danışıb. Diplomat yaşıl keçid və enerji təhlükəsizliyi arasında balansın qorunmasının əhəmiyyətinə də toxunub.Qazaxıstanın Böyük Britaniyadakı səfiri Maqjan İlyasov COP29-un region üçün çox vacib bir platforma olduğunu və region ölkələrini daha güclü əməkdaşlığa təşviq etdiyini vurğulayıb: “Biz Mərkəzi Asiya və Xəzər regionunu dayanıqlı enerji mənbələrinin etibarlı təminatçısına çevirməyi hədəfləyirik. Bu məqsədə çatmaq üçün beynəlxalq tərəfdaşlarımızla birgə çalışmağa hazırıq”.Özbəkistanın Böyük Britaniyadakı səfiri Rövşən Usmanov COP29-un Mərkəzi Asiya regionu üçün əhəmiyyətini vurğulayıb. O, Azərbaycanın təşkilatçılığını yüksək qiymətləndirib. COP29-un regiondakı ölkələrin problemlərini və çağırışlarını müzakirə etmək üçün əla platforma olduğunu deyib. Səfir çıxışında iqlim dəyişikliyinin Mərkəzi Asiyadakı təsirlərinə və COP29 çərçivəsində qəbul edilən qərarların əhəmiyyətinə toxunub. O, COP29-un nəticələrinin yeni əməkdaşlıq imkanları yaratdığını deyib. Səfir bildirib ki, bu nəticələrin həyata keçirilməsi qətiyyətli və koordinasiyalı addımlar tələb edir.Konfransda, həmçinin Avropa İttifaqının Böyük Britaniyadakı Nümayəndəliyinin enerji məsləhətçisi Nikolas Rey, “TelosNRG” şirkətinin sədri Anqus Miller, Exeter Universitetinin Biznes Əlaqələri və İnnovasiya üzrə prorektor müavini Dr. Stuart Brocklehurst, “British Expertise International”da İnfrastruktur, İqlim və Təbiət üzrə direktor Aleksandra Barnes də çıxış ediblər. Stuart Brocklehurst Azərbaycanın tədbirə hazırlaşmaq üçün qısa vaxtının olmasına baxmayaraq olduqca yüksəksəviyyəli bir qonaqpərvərlik və peşəkarlıqla tədbirə ev sahibliyi etdiyinə toxunub.Çıxışçılar enerji təhlükəsizliyinin qlobal əhəmiyyətini, yaşıl enerji keçidinin vacibliyini və Xəzər regionunun bu prosesdəki rolunu müzakirə ediblər. Tədbir zamanı, həmçinin regiondakı əməkdaşlığın gücləndirilməsinin və dayanıqlı enerji layihələrinin həyata keçirilməsinin önəmi vurğulanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 Dekabr 2024 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see473

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see252

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see221

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see206

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see203

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see193

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see189

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see184

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see172

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see166

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see160

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see160

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see158

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see155

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see153

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see151

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see144

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see142

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see137

Hava kəskin soyuyur Bu ərazilərə qar yağacaq

28 Yanvar 2026 07:13see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri