Xəzər Universitetində X Beynəlxalq Psixologiya Konfransı təşkil ediləcək
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 23 aprel, AZƏRTAC
Aprelin 24-25-də Xəzər Universitetində Azərbaycan X Beynəlxalq Psixologiya Konfransı təşkil ediləcək.
Psixologiya departamentinin təşəbbüsü ilə keçirilən tədbir psixologiya sahəsində yerli və beynəlxalq mütəxəssisləri bir araya gətirəcək.
Universitetdən AZƏRTAC-a bildirilib ki, iki gün davam edəcək konfrans çərçivəsində müxtəlif ölkələrdən dəvət olunmuş alim və ekspertlərin iştirakı nəzərdə tutulur. Tədbir nəzəri və praktiki hissələrdən ibarət olacaq: iştirakçılar elmi məruzələri dinləmək və panel müzakirələrdə iştirak etməklə yanaşı, vörkşop və təlimlər vasitəsilə praktik biliklərini də inkişaf etdirmək imkanı əldə edəcəklər.
Konfransın əsas məqsədi yerli və xarici alimlər, tədqiqatçılar və mütəxəssislər arasında əməkdaşlığı gücləndirmək, innovativ yanaşmaları təşviq etmək və beynəlxalq səviyyədə bilik mübadiləsini genişləndirməkdir. Bununla yanaşı, tədbir Azərbaycanda psixologiya elminin və praktikasının inkişafına töhfə verməyi hədəfləyir. Həmçinin psixologiya sahəsində fəaliyyət göstərən alimləri, mütəxəssisləri və tələbələri bir platformada birləşdirərək fənlərarası əlaqələri inkişaf etdirmək, mədəni müxtəlifliyi təşviq edən və ictimai rifahın yüksəldilməsinə xidmət edən elmi tədqiqatları ön plana çıxarmaq konfransın məqsədləri sırasındadır.
Tədbir çərçivəsində klinik psixologiya, təhsil psixologiyası, sosial psixologiya, neyroelm, uşaq psixologiyası və digər istiqamətlər üzrə müzakirələr aparılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 23 Aprel 2026 14:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















