Icma.az
close
up
RU
Xəzərdə 160 il sonra ilk: Azərbaycan yaxınlığında göründü... FOTOLAR

Xəzərdə 160 il sonra ilk: Azərbaycan yaxınlığında göründü... FOTOLAR

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Jurnalist Karli Kassellanın “ScienceAlert” beynəlxalq jurnalında maraqlı bir yazısı dərc edilib: “Kabus ada” okeandan çıxdı və yenidən yox olmaq üzrədir”.

Globalinfo.az xəbər verir ki, bu barədə tarixçi alim Zaur Əliyev bildirib.

O, yazının qısa icmalını təqdim edib:

“ABŞ-nin Milli Aeronavtika və Aerokosmik Tədqiqatlar Agentliyinin (NASA) peykləri Azərbaycan yaxınlığındakı Kabus adanın şəklini çəkib. Alimlər adanın görünüşünü Xəzər dənizində yerləşən palçıq vulkanının püskürməsi ilə əlaqələndirirlər. Müvəqqəti torpaq kütləsi ilk dəfə 1861-ci ilin mayında sənədləşdirilib. Lakin növbəti il yoxa çıxıb. Ada 20-ci əsrdə təxminən altı dəfə üzə çıxıb və yox olub. Adanın son görünüşü 2023-cü ilin yanvarında qeydə alınıb, lakin sonrakı peyk görüntülərində yalnız dar bir quru zolağı görünür”.

Xəzər dənizi qədimdən unikal xüsusiyyətlərinə görə bütün dünyada məşhurdur. Azərbaycan dərin sirləri ilə diqqət çəkir. Bunlardan biri də Xəzər dənizinin mistik xüsusiyyətləri və onun ətrafındakı hekayələrdir. Xəzər dünyanın ən böyük daxili dənizi (göl) olmaqla yanaşı, həm də qədim zamanlardan bu yana saysız miflərə, inanclara və sirlərə ev sahibliyi edib.

2023-cü ilin fevral ayında peyk görüntüləri palçıq leyləsi ilə əhatə olunmuş diametri 400 metr olan bir ada aşkar etdi. Təhlillər göstərdi ki, ada 30 yanvar – 4 fevral tarixləri arasında əmələ gəlib. Görüntü 2024-cü ilin sonuna qədər davam edib və yox olub. Xəzərin bu hissəsində ilk belə ada 1861-ci ilin mayında müşahidə edilib. Onun eni 87 metr olub, dəniz səthindən 3,5 metr hündürlüyə qalxıb. 1862-ci ilin əvvəllərində bu yamaq yuyulub. Vulkanın ən güclü püskürməsi isə 1950-ci ildə qeydə alınıb. Sonra Kabus adanın ölçüsü eni 700 metr, hündürlüyü isə 6 metrə çatıb.

Bu Kabus ada – Çigil adası vulkanı Xəzər dənizində, Bakı arxipelaqında yerləşən palçıq vulkanıdır. Bu vulkanın püskürmələrindən sonra adalar yaranır, lakin bu adalar qısa zamanda dalğalarla yuyulur və vulkanın əsas kütləsi su altında qalır. Çigil dəniz vulkanı periodik olaraq püskürən vulkanlar sırasına aiddir.

Qeyd edim ki, dünyada daha bir “Kabus ada” Sakit okeanda görülüb, 2019-cu ildə. Yeni Kaledoniya və Vanuatu və Böyük Baryer Rifi arasında görünüb-itən bu Kabus ada Xəzər dənizində olan Kabus ada kimi alimlərin diqqət mərkəzindədir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 02 İyun 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see241

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see228

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see216

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see210

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see197

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see174

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see165

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see158

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see144

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see141

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri