Icma.az
close
up
RU
Xəzərdə su çəkilib

Xəzərdə su çəkilib

Icma.az, Azpost portalına istinadən məlumat verir.

Xəzər dənizində su səviyyəsinin dəyişməsi təkcə dənizin coğrafiyasını deyil, həm də çevrəsindəki həyat sistemlərini kökündən dəyişir. Tarix boyu bir neçə dəfə ciddi şəkildə enib-qalxan Xəzər indi yenidən sürətli çəkilmə mərhələsinə daxil olub. Bu isə balıqçılıq, kənd təsərrüfatı və liman infrastrukturu üçün ciddi təhlükə deməkdir.

Bu barədə Elm və Təhsil Nazirliyinin Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər Dənizi şöbəsinin müdiri, professor Əmir Əliyev danışıb.

Onun sözlərinə görə, son yüz ildə Xəzərin səviyyəsi 3 dəfə dəyişib. 1930-dan 1978-ə qədər dənizin səviyyəsi 3.2 metr aşağı düşüb:

“Bu zaman Xəzərin Azərbaycan ərazisindəki sahil zonasında 70 min hektara qədər quru su altından çıxmışdı. 1978-dən 1995-ə qədər isə səviyyə 2.5 metr qalxdı. Bu zaman Azərbaycan ərazisində, xüsusilə cənub zonasında 50 min hektar torpağı su altında qalmışdı. İndi isə əks proses gedir. Hazırda təxminən 2.4 metrə qədər su azalıb. Nəticədə dəniz altında qalmış ərazinin təqribən 80 faizi – 40 min hektara qədər torpaq üzə çıxıb”.

Mütəxəssis bildirib ki, çəkilmənin təsiri Kür çayının deltasında balıqçılığa, bundan başqa gəmiçiliyə təsir göstərir:

“Belə ki limanlara adətən gəmilər kanallar vasitəsilə girir, onların qurunt suları ilə dolması baş verir. Həmçinin suyun çəkilməsi kənd təsərrüfatına və flora və faunaya böyük təsir göstərir. Balıq növlərinin yem bazası Kürün deltasındadır. Həmin ərazilər quruyur, ona görə həmin ərazidən balıqların yem bazası azalır. Bu da təsərrüfata ziyan vurur.

Son illərdə Xəzərin səviyyəsi həm qalxır, həm də enir. Bunu mütləq nəzərə almaq lazımdır”.

“Xəzər yüzilliklər ərzində qalxır və o qədər də enir. Deyərdim ki, bu Xəzərin pasportudur. Qapalı su hövzələrinə xas olan əlamətlərdir. Qeyd edim ki, Xəzərdə olan suyun miqdarı bütün dünyada olan göl sularının təxminən 40%-dən çoxunu təşkil edir, – deyə Ə. Əliyev vurğulayıb.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:499
embedMənbə:https://azpost.info
archiveBu xəbər 11 İyul 2025 22:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see393

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see383

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see336

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see311

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see305

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see244

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see244

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see242

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see239

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see219

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see213

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see210

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see206

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see202

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see201

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see201

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see197

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see197

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see190

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri