COP31 da Afrikada su təhlükəsizliyinə diqqət çəkilib
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Antalya, 20 noyabr, AZƏRTAC
Afrika İttifaqı, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı (COP31) çərçivəsində Afrikada su təhlükəsizliyinin təmin edilməsi və iqlim dəyişikliyinə uyğunlaşma istiqamətində maliyyə resurslarına çıxışın asanlaşması çağırışı edib.
AZƏRTAC xəbər verir ki, COP31-də təşkil olunan “Afrika Günü”nün yekunlarını şərh edən Afrika İttifaqı Komissiyasının sədri Mahmud Əli Yusuf bildirib ki, bütün Afrika dövlətləri su təhlükəsizliyini milli iqlim strategiyasının mərkəzinə qoymalıdır.
Beynəlxalq maliyyə qurumlarını Afrika ölkələrinin iqlim maliyyəsini təmin etməyə dəvət edən M.Ə.Yusuf, "Bu gün iqlim sahəsinə cəlb olunan investisiyalar, sabah baş verəcək fəlakətlərin nəticələrini aradan qaldırmaqdan daha az vəsait tələb edəcək" deyib.
BMT-nin Afrika İqtisadi Komissiyasının (UNECA) icraçı katibi Klaver Qeyt isə iqlim öhdəliklərinin Afrika ölkələrində real investisiyalara çevrilməsinin və özəl sektor resurslarının daha çox səfərbər olunmasının əhəmiyyətini qeyd edib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Antalya
Baxış sayı:105
Bu xəbər 20 Noyabr 2026 15:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















