Icma.az
close
up
RU
Xəzərdən böyük təhlükə YAXINLAŞIR: Bakı hazırlığa başladı

Xəzərdən böyük təhlükə YAXINLAŞIR: Bakı hazırlığa başladı

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

Son illərdə Xəzər dənizində suyun səviyyəsinin enməsi nəzərəçarpacaq həddə çatıb. Alimlər və ekoloqlar bildirirlər ki, iqlim dəyişikliyi, havaların isti keçməsi, uzunmüddətli quraqlıqlar, həmçinin Xəzərə axan çayların sularının azalması bu prosesin əsas səbəblərindəndir. Mütəxəssislərin sözlərinə görə, suyun səviyyəsi ildən-ilə geri çəkilir və bəzi sahilboyu ərazilərdə qumluqlar, torpaq sahələri üzə çıxmağa başlayıb.

Bəs Xəzər dənizinin belə qurumağa davam etməsi hansı problemlər yarada bilər?

Məsələni News24.az-a şərh edən AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev bildirib ki, bu proses birbaşa Xəzərin özü ilə deyil, xarici təbii amillərlə əlaqədardır.

"Kənardan gələn hava axınlarının təsiri mühüm rol oynayır. Xəzər dənizi təqribən 4 milyon kvadratkilometrlik ərazidən qidalanır. Yəni, əsasən çayların gətirdiyi sular hesabına dolur. Bu suyun 80-85 faizi Ural və Volqa çaylarının payına düşür. Qalan hissə isə nisbətən kiçikhəcmli çaylardan gəlir. Əgər həmin çayların mənbə ərazilərində iqlim problemləri yaranırsa, bu, birbaşa Xəzərə təsir edir”.

Ənvər Əliyev qeyd edib ki, hazırda həmin regionlarda ciddi quraqlıqlar müşahidə olunur:

“Xəzərin su topladığı ölkələrdə vəziyyət ürəkaçan deyil. Təəssüf ki, son illərdə quraqlıq halları güclənib. Xüsusilə son 1-2 ayda Qərbdən gələn rütubətli hava axınlarının azalması nəticəsində həm Azərbaycanda, həm də qonşu dövlətlərdə yağıntılar azalıb. Bu da öz növbəsində çayların suyunu azaldır və Xəzərin səviyyəsinə mənfi təsir göstərir”.

AMEA rəsmisi əlavə edib ki, vəziyyət təkcə Xəzər regionu ilə məhdudlaşmır, mərkəzi Avropanın özündə də yağıntılar nəzərəçarpacaq dərəcədə azalıb, quraqlıq prosesləri güclənib.

Aqil Qarayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://news24.az
archiveBu xəbər 27 Avqust 2025 19:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri