Icma.az
close
up
RU
Xəzərdən gələn TƏHLÜKƏ: Bakıya XƏBƏRDARLIQ! KONKRET

Xəzərdən gələn TƏHLÜKƏ: Bakıya XƏBƏRDARLIQ! KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2024-cü il həm Azərbaycan, həm də digər bir sıra ölkələr üçün seysmik aktiv bir dövr oldu. İlin ilkin ayında – yanvarın 19-da 5,1 bal gücündə baş verən zəlzələ Saatlı, Şirvan, Salyan, Sabirabad və bəzi ətraf ərazilərdə hiss olunmuşdu. Daha sonra iyul ayında Lənkəran bölgəsində 4,7 bal gücündə yeraltı təkanlar meydana gəlmişdi. Ən son isə noyabrın 23-də Laçın ərazisində 4,5 maqnitudalı zəlzələ qeydə alınıb.

Artıq il sonudur. Bəs bu aktivlik 2025-ci ildə də ölkəmizdə müşahidə olunacaqmı? Növbəti ilin zəlzələ proqnozu necədir?

KONKRET.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi şöbəsinin rəhbəri, Yer elmləri üzrə elmlər doktoru dosent Qulam Babayev bu barədə Yenisabah.az-a açıqlama verib. O, bildirib ki, gələn ilin ilk anlarından seysmik aktivlik müşahidə ediləcək:

“Çox güman ki 2025-ci ilin ilk kvartasında nəinki Azərbaycanda, dünya miqyasında seysmik və tektonik aktivlik intensiv formada davam edəcək. Hesablamalarıma uyğun olaraq, dövrilik hələ ki davam edir. Azərbaycana gəlincə, həmişə öz çıxışlarımda qeyd etmişəm ki, güclü, dağıdıcı zəlzələ ölkəmizdə gözlənilmir. Səbəbi çox sadədir. Çünki Azərbaycan ərazisində yerdəyişmələr, dərində baş verən proseslər digər bölgələrdəki kimi intensiv sürətli deyil. Sakit Okean zonası, yəni İndoneziya, Filippin, Avropa zonası Yunanıstan, İtaliya, Türkiyə və Latın Amerikası zonasındakı kimi instensivlik bizdə yoxdur. Bu səbəbdən dağıdıcı, güclü zəlzələ Azərbaycanda gözlənilmir. Amma buna baxmayaraq, Azərbaycan zəlzələ bölgəsidir, seysmik olaraq aktiv bir yerdədir. Burada bir neçə seysmik ocaqlar mövcuddur”.

Ekspert ən təhlükəli ocaqlardan birinin Xəzər dənizi sayıldığını da qeyd edib:

“Ən təhlükəli ocaqlardan biri məhz Xəzər dənizidir. Çünki Xəzər mürəkkəb tektonik ərazidir. Burada bir neçə qırılma zonaları, qırışıqlar mövcuddur. Onların birləşmə nöqtələri genişdir. Üstəlik, seysmik ocaqlarla da zəngin bir ərazidir. Abşeron yarımadası və Bakı şəhərinə ən böyük təhlükə də məhz bu zonadan gəlir. Həmçinin, Şamaxı-İsmayıllı seysmik aktiv bölgəsi də Bakı və Abşeron ərazisi üçün bir növ təhlükə törədir.

2025-ci ildə  Azərbaycanda hiss olunan zəlzələ, yəni 4,5-5,5 maqnitudalı ola bilər. Burada bir amil də var ki, yeraltı təkan səthə yaxındırsa, onun seysmik effekti daha çox hiss olunacaq. Ona görə hər zaman qeyd edirəm ki, seysmik ocağın dərinliyi vacib faktorlardan sayılır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:245
embedMənbə:https://konkret.az
archiveBu xəbər 17 Dekabr 2024 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see666

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see352

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see325

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see314

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see313

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see293

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see285

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see282

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see266

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see239

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see228

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see227

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see227

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see220

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see217

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see212

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see207

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see186

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see179

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri