Icma.az
close
up
RU
Xəzəri Aral və Urmiyanın taleyi gözləyir? Ekspert

Xəzəri Aral və Urmiyanın taleyi gözləyir? Ekspert

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəzər dənizi daxili göldür və əsas su mənbəyi ona tökülən çaylardır. Son 30 ildə dünya üzrə göllərin yarıdan çoxu ciddi şəkildə su itirib, bir qismi isə tamamilə quruyub. Urmiya və Çad göllərinin artıq tam quruduğunu demək olar, Aral gölü də qurumuşdu, hazırda onun bir qismi bərpa edilib. Bu göllər vaxtilə zəngin ekosistem xidmətləri göstərir, balıq və su quşları üçün yaşayış yeri idi.

Bu barədə Axar.az-a açıqlamasında ekoloq Rövşən Abbasov danışıb.

Onun sözləriə görə, göllərdə suyun azalması əvvəlcə hiss olunmur, çay sularından həddindən artıq istifadə nəticələri bir müddət sonra üzə çıxır və qəfil ekoloji fəlakətə gətirib çıxarır:

“Urmiya və Çadda olduğu kimi, bu proses indi də Xəzərdə müşahidə olunur. Xəzərdə səviyyə dəyişmələri onun daxili göl olması ilə bağlıdır və burada azalma-artma daha böyük miqyasda baş verir. Hazırkı azalma iqlim dəyişmələri və çayların suyundan həddindən artıq istifadə ilə əlaqələndirilir. Məsələn, Volqa üzərindəki su anbarlarının ümumi sahəsi 30 min kv.km-dən çoxdur ki, bu da buxarlanma və sızma hesabına əlavə su itkisi deməkdir. Həştərxan vilayətində əkin sahələri kəskin artıb, Kür hövzəsində isə son illər su götürülməsi xeyli yüksəlib. Bu səbəblər Xəzərin səviyyəsində gec-tez özünü göstərməli idi. Əgər bu gün adaptasiya tədbirləri görülməsə, proses geridönməz ola bilər. Azərbaycan artıq Şirvan kanalının bərpası və genişləndirilməsi kimi layihələrlə su itkilərini azaltmağa çalışır. Bu, milli adaptasiya proqramının əsas istiqamətlərindən biridir. Oxşar proqramlar digər Xəzəryanı ölkələrdə də həyata keçirilməlidir”, - o qeyd edib.

Ekoloq bildirib ki, beş Xəzəryanı dövlət arasında çaylardan Xəzərə nə qədər su daxil olmalı olduğuna dair öhdəliklər müəyyənləşdirilməlidir:

“Bu prosesə Türkiyə, Gürcüstan və Ermənistan da cəlb edilməlidir, çünki çay sularının azalmasında onların da payı var. Əgər regional məsuliyyət formalaşdırılmazsa, Xəzərin səviyyəsi böyük həcmdə azala bilər ki, bu da bütün region üçün ciddi təhlükə yaradar”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://axar.az
archiveBu xəbər 17 Dekabr 2025 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see430

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see336

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see330

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see298

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see246

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see245

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see234

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see214

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see214

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see205

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see201

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see200

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see198

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see197

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see193

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see190

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see181

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri