Icma.az
close
up
RU
Xəzəri böyük fəlakət GÖZLƏYİR

Xəzəri böyük fəlakət GÖZLƏYİR

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Əsrlər boyu bölgənin təbii sərvətlərinin, iqtisadi həyatının və ekoloji tarazlığının əsas dayağı olan Xəzər dənizi bu gün böyük təhlükə ilə üz-üzədir.

Son illər müşahidə olunan sürətli səviyyə enməsi təkcə Azərbaycan üçün deyil, bütün Xəzəryanı ölkələr üçün ciddi xəbərdarlıq siqnalına çevrilib. Araşdırmalar göstərir ki, Xəzərin səviyyəsində dəyişikliklər tarix boyu baş verib, lakin indiki geri çəkilmə miqyası və sürəti narahatlıq doğuracaq qədər böyükdür.

İqlim dəyişikliyi, yağıntıların azalması, onu qidalandıran çayların qarşısının bəndlərlə kəsilməsi, sənaye məqsədilə nəzarətsiz su götürülməsi və digər amillər Xəzərin taleyini daha da ağırlaşdırır. Artıq bəzi proqnozlarda bildirildiyinə görə, qarşıdakı 20-30-50 il ərzində dənizin əhəmiyyətli hissəsi yox ola, sahil xətti yüzlərlə kilometr geri çəkilə bilər.

Modern.az-a açıqlamasında Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin Hidrometeorologiya şöbəsinin müdiri Səid Səfərov qeyd edib ki, hazırkı şəraitdə həm Xəzər dənizinin səviyyə dəyişmələrinin müasir vəziyyəti, eləcə də hidrodinamik iqlim modellərinə əsasən aparılan tədqiqatlar göstərir ki, əsrin sonuna qədər temperaturun artması və antropogen amillərin güclənməsi davam edərsə, Xəzərin səviyyəsinin xeyli aşağı düşməsi gözlənilir.

“Müxtəlif ssenarilərə görə, əgər Paris Sazişinə riayət olunarsa, səviyyə 8-9 metr, əgər heç bir məhdudiyyət tətbiq edilməzsə, bəzi proqnozlara əsasən 18 metr, hətta 20-21 metrədək aşağı düşə bilər. Bu isə müxtəlif ərazilərdə fərqli təsirlər yaradacaq.

Məsələn, Xəzərin Azərbaycan sahillərində dəniz təxminən 20-30 kilometr geri çəkilə, quruya bilər. Yəni bu gün Bakı bulvarından dənizi gördüyümüz halda, proses bu templə davam edərsə, gələcəkdə bulvardan dənizi görmək üçün çox uzun məsafə qət etmək lazım gələ bilər. Bu isə, təbii ki, ciddi narahatlıq doğurur”.

Müsahibimiz bildirib ki, sözügedən vəziyyət yalnız iqlim dəyişmələrinin indiki sürətlə davam etməsi və antropogen təsirlərin artması halında mümkün ola bilər:

“Son illər təsərrüfat və suvarma məqsədləri üçün götürülən suyun həcmi artır və bu da Xəzərə tökülən çayların gətirdiyi suyun azalmasına səbəb olur. Digər tərəfdən, temperaturun yüksəlməsi dənizdə buxarlanmanı artırır.

Üçüncü bir amil də son tədqiqatlarla müəyyənləşdirilib. Bundan əlavə, külək rejiminin dəyişməsi də Xəzərin səviyyə dəyişmələrinə buxarlanma yolu ilə ciddi təsir göstərir”.

O, həmçinin vurğulayıb ki, bu proseslər indiki templə davam edərsə, Xəzəri və sahilyanı ölkələri böyük təhlükə gözləyir:

“Əgər Xəzəryanı dövlətlərin və bütövlükdə dünya ölkələrinin birgə səyi ilə qlobal istiləşmənin qarşısı alınarsa və çaylar üzərində antropogen təsirlər azaldılarsa, verilən proqnozlar müəyyən qədər yumşala bilər. Əks halda, bu laqeydlik çox ciddi və mənfi nəticələrə gətirib çıxara bilər”,- deyə S.Səfərov fikrini yekunlaşdırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 Noyabr 2025 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see360

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see352

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see321

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see312

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see297

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see281

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see280

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see262

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see251

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see246

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see245

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see236

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see224

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see219

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see207

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see193

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see188

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri