Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

Serialdakı Arda illər sonra (Foto)

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

Xəzəri iqlim yox, Kreml QURUDUR

Xəzəri iqlim yox, Kreml QURUDUR

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəzər dənizi əsrlər boyu regionun iqtisadi, ekoloji və mədəni simasını formalaşdıran su hövzəsidir. Lakin son illər dənizin səviyyəsində müşahidə olunan kəskin azalma bu mühüm ekosistemin gələcəyi ilə bağlı ciddi narahatlıqlar doğurur.

Məlumatlara görə, 2000-ci illərin ortalarından bəri Xəzərin səviyyəsi hər il orta hesabla bir neçə santimetr azalır, bəzi illərdə bu göstərici 20–30 sm-ə qədər yüksəlir. 

Prezident İlham Əliyev də bu barədə dəfələrlə danışıb. BMT tribunasında çıxış edən zaman dövlət başçısı qeyd edib ki, Xəzər dənizi sürətlə azalır: "Əsas səbəb iqlim dəyişməsi deyil. Gözlənilməz nəticələri olan ekoloji faciəni dayandırmaq üçün Xəzəryanı dövlətlərin birgə səyləri zəruridir. Azərbaycan, həmçinin həmin problemin həlli üçün BMT ilə də sıx əməkdaşlığa hazırdır"

Xəzərin səviyyəsinin azalmasında iqlim dəyişikliyi ilə yanaşı Rusiya ərazisindən axan Volqa çayı da mühüm rol oynayır. Volqa çayı Xəzərə daxil olan suyun təxminən 80 faizini təşkil edir. Lakin Rusiya ərazisində bu çay üzərində tikilən onlarla su anbarı, sənaye və kənd təsərrüfatı məqsədilə suyun yönləndirilməsi, həmçinin enerji və naviqasiya ehtiyacları üçün tənzimləmə siyasəti axımın təbii rejimini dəyişdirib. 

Volqa çayının səviyyəsində baş verən azalma Xəzərin təbii taleyidirmi, yoxsa Rusiya tərəfindən idarə olunan bir prosesdir? 

Modern.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən verilən açıqlamada bildirilir ki, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi son illər regional və qlobal miqyasda ciddi ekoloji problem kimi diqqət mərkəzinə çevrilib. Müvafiq qurumların apardığı monitorinqlər göstərir ki, 2005-ci ildən başlayaraq dəniz səviyyəsində nəzərəçarpacaq azalma müşahidə olunur. Belə ki, 2021-2024 cü illərdə Xəzər dənizinin səviyyəsi 96 sm azalma qeydə alınıb.

"Səviyyənin aşağı düşməsinə əsas səbəb iqlim dəyişikliyi, bölgədə yağıntıların azalması, yüksək temperatur nəticəsində buxarlanmanın artması, həmçinin Xəzərə tökülən çayların su ehtiyatlarının azalmasıdır. Xüsusilə də, Volqa çayının su balansındakı dəyişikliklər bu prosesdə mühüm rol oynayır.

Əlavə olaraq qeyd edilib ki, Xəzər dənizinin səviyyəsinin düşməsinin nə vaxtadək davam edəcəyi mövzusunda proqnozlar tam dəqiq deyil onlar bir sıra iqlim modellərinə və antropogen faktorlara bağlıdır.

Dəniz səviyyəsinin enməsi sahilboyu ekosistemlərə, biomüxtəlifliyə, balıqçılıq təsərrüfatlarına, limanların fəaliyyətinə, nəqliyyat və infrastruktur layihələrinə mənfi təsir göstərməkdədir. Bu hal həm də region ölkələri üçün iqtisadi və sosial çətinliklər yaradır. Buna görə də gözlənilən risklərin qarşısını almaq üçün birgə fəaliyyət, elmi əsaslı qərarlar və koordinasiyalı tədbirlər zəruridir.

Bu məqsədlə Xəzərin iqlim, yağıntı, çay axımı, səviyyə planı Xəzəryanı və Xəzər dənizini qidalandıran su mənbələrinin yerləşdiyi ölkələrlə birlikdə işlənməlidir. Bunun əsasında isə səviyyənin aşağı düşməsi proqnozlaşdırılmalı, nəticəyə əsasən tədbirlər görülməlidir.

Bu istiqamətdə görülən işlər çərçivəsində Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasının Monitorinq və Qiymətləndirmə üzrə İşçi Qrupu tərəfindən "Xəzər Dənizinin Ətraf Mühitin Monitorinqi Proqramı" hazırlanıb.

Azərbaycan Respublikası bu məsələni diqqətdə saxlayır və Xəzəryanı dövlətlərlə əməkdaşlıq 
çərçivəsində vahid yanaşmanın formalaşdırılması üçün addımlar atır. Əsas məqsəd Xəzər dənizinin ekoloji tarazlığını qorumaq, sahilboyu ərazilərin davamlı inkişafını təmin etmək və gələcək nəsillərə sağlam mühit ötürməkdir”,- məlumatda deyilir.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov isə qeyd edib ki, dünyanın müxtəlif bölgələrində suyun azalması və çəkilməsi prosesi müşahidə olunur. Onun sözlərinə görə, bu hal Xəzər dənizində də özünü göstərir:

“Bunun əsas səbəblərindən biri Xəzərə tökülən çaylarda suyun miqdarının azalmasıdır. Sözügedən problem təkcə bizdə deyil, bütün ətraf Xəzəryanı ölkələrdə müşahidə edilir. Xəzərə ən çox su gətirən və onu qidalandıran çay Volqadır. Volqa çayında da suyun həcminin azalması həm ekoloji fəsadlara səbəb olur, həm də ticarətin və gəmiçiliyin inkişafına maneə yaradır. Bu da bölgə üçün böyük problemlərdən biridir”.

Komitə sədri, həmçinin bildirib ki, heç bir Xəzəryanı ölkə Xəzərin suyunun azalmasında maraqlı ola bilməz, çünki bu proses bütün ətraf ölkələrə müxtəlif formalarda mənfi təsir göstərir: 

“Bu məsələ ilə bağlı Cənab Prezidentimiz dəfələrlə müsahibələrində də öz fikirlərini bildirib. Eyni zamanda bir sıra alimlər tərəfindən də bu istiqamətdə elmi tədqiqatlar aparılır. Hazırda dünyanın bir çox yerlərində - Afrikada, Asiyada, Avropada və Cənubi Amerikada suyun çəkilməsi halları müşahidə olunur. Lakin Xəzər dənizində bu proses daha sürətlə gedir. Bunun səbəbi bölgənin tektonik xüsusiyyətləri ilə də əlaqədar ola bilər. Bu baxımdan məsələ diqqətlə araşdırılmalı və elmi əsaslara uyğun şəkildə qiymətləndirilməlidir”,- deyə S.Qurbanov vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Oktyabr 2025 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see351

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see347

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see335

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see294

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see263

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see229

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see209

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see197

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see191

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see188

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see187

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see185

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see176

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see173

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see173

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see173

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see162

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see161

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see161

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri