Icma.az
close
up
RU
Xəzərin Azərbaycan hissəsində tornado təkrarlana bilər? Ekoloqdan SENSASİON AÇIQLAMA

Xəzərin Azərbaycan hissəsində tornado təkrarlana bilər? Ekoloqdan SENSASİON AÇIQLAMA

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ötən gün Xəzər dənizinin Dağıstan sahili yaxınlığında tornado qeydə alınması istər-istəməz narahatlıq doğurub.
Görəsən, bu təbiət hadisəsi Xəzərin Azərbaycan ərazisində də baş verə bilərmi?
 

MÖVZU İLƏ BAĞLI:
Xəzər dənizində tornado göründü - VİDEO


Ekoloq Cavid Hüseynov Bizim.Media-ya açıqlamasında bildirdi ki, Azərbaycanda həm quruda, həm də su üzərində zəif intensivli burulğanların yaranma ehtimalı istisna edilmir. Bununla belə tornadonu praktiki olaraq qabaqcadan proqnozlaşdırılması hidrometeorologiya elmində bu vaxta qədər həllini tapmayan ən çətin məsələlərdən biridir.
“Nadir meteoroloji hadisələrdən hesab olunan tornadoların təkrarlanma dinamikasına iqlim dəyişmələrinin təsirinin olması tam məlum deyil. Tornadolar ilin istənilən vaxtında, həm gündüz, həm də gecə saatlarında müşahidə oluna bilər. Onların intensivliyi Fujita və ya TORRO şkalaları ilə ölçülür. F0 və EF0 kateqoriyalı tornadolar zəif təsirlidir. Amma F5 və EF5 gücündə olanlar binaları bünövrəsindən qopara, hətta hündürmərtəbəli tikililərə ciddi ziyan vura bilir”.
Niyə məhz sentyabrda?
Maraqlıdır ki, təkrarlanma dinamikası məlum olmasa da 2018-ci ildə də məhz sentyabr ayında (23 sentyabr) Xəzər üzərində tornado müşahidə olunmuşdu. O zaman rəsmi təsdiq olmasa da dənizdə olan gəmiçilər bu təbiət hadisəsini lentə alıb paylaşmışdılar. Ekoloqlar bu hadisənin Xəzər dənizi akvatoriyası üçün nadir hadisə olduğunu bildirmişdilər.
Qeyd edək ki, tornado (smerç) topa-yağış (cumulonimbus) buludundan Yer səthinə qədər uzanan, son dərəcə sürətlə fırlanan hava sütunudur. Ən güclü tornadolarda küləyin sürəti saatda 480 kilometrə (saniyədə 133 metrə) qədər çata, diametri isə 3 kilometrdən böyük ola bilər. Əsasən mülayim iqlim zonalarında, yəni Avropanın 60-cı paralelindən 45-ci paralelinədək ərazilərdə, həmçinin ABŞ, Meksika, Banqladeş, Hindistan, Yaponiya, Argentina və Uruqvay kimi ölkələrdə daha çox müşahidə olunur.
Şəfiqə Şəfa, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://bizim.media
archiveBu xəbər 15 Sentyabr 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see371

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see353

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see322

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see303

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see282

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see272

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see265

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see255

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see250

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see239

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see239

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see238

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see236

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see235

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see226

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see224

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see214

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see210

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see205

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri