Xəzərin səviyyəsi 18 metrədək daha da enə bilər Ekoloqdan XƏBƏRDARLIQ
Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Xəzər dənizinin səviyyəsinin bu qədər ciddi geri çəkilməsinin əsas səbəbləri iqlim dəyişikliyi, quraqlıq və su itkisi ilə bağlıdır. Elmi araşdırmalar göstərir ki, səviyyə enməsinin 80–90 faizi məhz iqlim dəyişikliyi nəticəsində baş verir. Xəzərə daxil olan suyun böyük hissəsi Volqa çayından gəldiyi üçün Volqada suyun azalması da prosesi sürətləndirən mühüm amildir. Son illərdə çay hövzəsində buxarlanmanın artması, quraqlıq, Rusiyada Volqa boyunca yerləşən su anbarları və sənaye müəssisələrinin yüksək su tələbatı Xəzərə çatacaq suyun miqdarını daha da azaldır. Bütün bu amillər su səviyyəsinin kəskin şəkildə aşağı düşməsinə səbəb olur".
Bu barədə Redaktor.az-a açıqlamasında ekoloq İradə Həsənova Xəzər dənizində su səviyyəsinin geri çəkilməsinin səbəblərindən danışarkən bildirdi.
"Dənizin çirklənməsi, sahil zonalarından axıdılan tullantılar, çaylarla daxil olan çirkləndiricilər və neft hasilatı ilə bağlı proseslər də ekoloji vəziyyəti ağırlaşdırır. Xəzərin yenidən əvvəlki su səviyyəsinə qayıtması mümkünlüyünə gəlincə, bu, birbaşa iqlim dəyişikliklərinin gedişatından asılıdır. Bəzi mütəxəssislər uzunmüddətli perspektivdə yağıntıların artması və iqlim dinamikasının dəyişməsi ilə su səviyyəsinin stabilləşə və hətta müəyyən qədər arta biləcəyini ehtimal edirlər. Lakin hazırkı məlumatlar göstərir ki, yaxın onilliklərdə enmə tendensiyası davam edə bilər və hətta proqnozlara görə 2100-cü ilə qədər səviyyə 18 metrədək daha da enə bilər", - deyə müsahibimiz yekunlaşdırdı.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 04 Dekabr 2025 19:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















