Icma.az
close
up
RU
Xəzərin birləşdirici ruhu və Türk dünyasının yüksələn hədəfləri

Xəzərin birləşdirici ruhu və Türk dünyasının yüksələn hədəfləri

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə – UzA-ya verdiyi geniş müsahibə təkcə iki ölkə arasında yüksələn tərəfdaşlığın konturlarını deyil, həm də Türk Dövlətləri Təşkilatının və bütövlükdə Mərkəzi Asiya–Cənubi Qafqaz istiqamətində yeni regional nizamın siyasi fəlsəfəsini ortaya qoyur. Bu müsahibə, əslində, XXI əsrin türkdilli əməkdaşlıq modelini formalaşdıran konseptual baxışların siyasi manifestidir. Cənab Prezident İlham Əliyev Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığını belə xarakterizə edir:

“Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkanı formalaşdırır. Xəzər dənizi sadəcə coğrafi anlayış deyil, xalqlarımızın strateji birliyinin rəmzidir.” Bu fikirlər, əslində, yeni geosiyasi arxitekturanın təməlini təşkil edən strateji xəttin mahiyyətini açır. Azərbaycan və Özbəkistan münasibətləri bu gün ən yüksək səviyyəyə – müttəfiqlik mərhələsinə çatıb. Cənab Prezident İlham Əliyevin sözləri ilə desək: “Azərbaycan ilə Özbəkistan arasında münasibətlər ən yüksək – müttəfiqlik səviyyəsindədir.” Bu müttəfiqlik sadəcə diplomatik sənədlər üzərində qurulmayıb; onun əsas dayağı iki lider – cənab İlham Əliyev və Şavkat Mirziyoyev arasında formalaşmış şəxsi dostluq və etimaddır. Azərbaycan Prezidenti cənab İlham Əliyev bunu xüsusi vurğulayır: “Münasibətlərimizin inkişafına təsir edən digər amil Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə aramızda yaranan şəxsi etimad və dostluq münasibətləridir.” Son illərdə baş tutmuş beş dövlət səfəri, onlarla imzalanmış anlaşmalar, Ali Dövlətlərarası Şuranın təsis edilməsi – bütün bunlar ikitərəfli siyasi blokun kifayət qədər gücləndiyini göstərir. Özbəkistanın Azərbaycanın ərazi bütövlüyünü dəyişməz şəkildə dəstəkləməsi isə bu münasibətlərə strateji sədaqət gətirən amildir. Cənab Prezident İlham Əliyev müsahibəsində Qarabağın bərpasına verilən töhfəni yüksək qiymətləndirir: “Özbəkistan Qarabağ bölgəsinin yenidən qurulmasına yardım göstərmək təşəbbüsünü irəli sürən ilk ölkə olub. Biz bunu həmişə qardaşlıq jesti kimi qəbul edəcəyik.” Bu, həm də türk həmrəyliyinin əməldə təzahürüdür. İqtisadi əməkdaşlığa gəldikdə isə deməliyəm ki, 87,5% artım, 500 milyon dollarlıq investisiya platforması və yüksələn ticarət həcmi artıq real göstəricidir. UzA-ya müsahibədə iqtisadi göstəricilərin detallı təqdim olunması münasibətlərin gələcək inkişaf tempini göstərən ən real siqnallardan biridir. Beləki ticarət dövriyyəsi rekord həddə yüksəlib. 2024-cü ildə 252 milyon ABŞ dolları, 2025-ci ilin 9 ayında 319 milyon ABŞ dolları həcmində olub ki, bu da 87,5% artım deməkdir. Bu dinamika təsadüfi deyil. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Hər iki tərəf qarşılıqlı əməkdaşlığı genişləndirmək üçün əhəmiyyətli səylər göstərir və yeni layihələr irəli sürür.” Sərmayə axını da güclənir. Özbəkistanın Azərbaycana yatırımları 21,8 milyon ABŞ dolları, Azərbaycanın Özbəkistana yatırımları 183,5 milyon ABŞ dolları təşkil edir. Ümumi kapitalı 500 milyon dollar olan Azərbaycan–Özbəkistan İnvestisiya Şirkəti fəaliyyətə başlayıb. Xankəndidə açılmış birgə tikiş fabriki, Qarabağın yenidən dirçəlişinə verilən real töhfələrdən biridir və iki ölkənin sənaye əməkdaşlığının sosial məna kəsb edən simvoluna çevrilib.

Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirən ən strateji xətt – Orta Dəhliz – Azərbaycan–Özbəkistan əlaqələrində mühüm rol oynayır. Cənab Prezident İlham Əliyev bildirir ki, “2024-cü ildə tranzit daşımaların həcmi 18 faizdən çox artaraq 1,3 milyon tonu keçib.” Azərbaycanın logistika gücü isə daha da böyüyür. Ələt Beynəlxalq Limanı – 25 milyon tonluq güc, Bakı–Tbilisi–Qars dəmir yolu, 9 beynəlxalq hava limanı, artan ticarət donanması və Zəngəzur dəhlizinin perspektivi daha uğurlu məqsədlərdən xəbər verir. Bütün bunlar Özbəkistan da daxil olmaqla bütün Mərkəzi Asiya üçün Azərbaycandan keçən marşrutu daha cəlbedici edir. Enerji sahəsi də iki ölkənin əməkdaşlıq xəritəsində aparıcı mövqedədir. SOCAR-ın Özbəkistan bazarındakı fəaliyyəti, neft-kimya ixracı, 2016-cı ildən fəaliyyət göstərən birgə elmi-texnoloji müəssisə bu əməkdaşlığın dərinliyini göstərir. 2024-cü ildə Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında imzalanan sazişlər regionun enerji balansını yaşıl enerjiyə yönəldən strateji addımdır. Bu, Mərkəzi Asiya–Cənubi Qafqaz enerji inteqrasiyasının yeni mərhələsidir. Mədəni-humanitar əməkdaşlıq iki ölkə arasındakı münasibətlərin “xalqdan xalqa” (people-to-people) modelini formalaşdırır. Son illər Özbəkistan Mədəniyyəti Günləri Azərbaycanda, Azərbaycan Mədəniyyəti Günləri Özbəkistanda keçirilib. Xivədə “Şuşa günləri”, onlarla şəhər arasında qardaşlaşma layihələri, Bakıdakı “Özbəkistan” parkı və Daşkənddəki Heydər Əliyev meydanı mədəni əlaqələrin inkişafını göstərir. Bu rəmzi addımlar xalqlarımızın tarixi-mənəvi bağlarını möhkəmləndirən ən ali nümunələrdir. Cənab Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevə göstərilən ehtirama da dərin təşəkkür edir: “Özbəkistan rəhbərliyinə və qardaş xalqa Ulu Öndər Heydər Əliyevin xatirəsinə göstərilən böyük ehtirama görə minnətdaram.” Bu, münasibətlərin emosional, mənəvi dayağını təşkil edən dərin bir mesajdır. Cənab Prezident İlham Əliyev müsahibəsində TDT-də Azərbaycan–Özbəkistan əməkdaşlığının önəmini xüsusi qabardır. Bu əməkdaşlıq Türk dünyasının gələcək siyasi arxitekturasında həlledici rol oynayır. “Azərbaycan və Özbəkistan Türk Dövlətləri Təşkilatının fəal üzvləridir və türk birliyinin möhkəmləndirilməsinə mühüm töhfələr verirlər.” Türk dünyasının vahid geosiyasi blok kimi formalaşmasında Bakının rolunu daha da artırır.

Cənab Prezidentin UzA müsahibəsi göstərdi ki, Azərbaycan–Özbəkistan münasibətləri sadəcə regional əməkdaşlıq çərçivəsi deyil, türk dünyasının gələcək inkişaf platformasının əsas sütunlarından biridir. Bu əməkdaşlığın təməlində isə iki liderin uzaqgörənliyi, xalqların tarixi bağları və yeni geosiyasi reallıqlar dayanır. Siyasi sabitlik, iqtisadi inteqrasiya, nəqliyyat-logistika sinerjisi, enerji təhlükəsizliyi, mədəni həmrəylik – bütün bu komponentlər Azərbaycana və Özbəkistana yeni strateji imkanlar açır.

David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 Noyabr 2025 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see283

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see217

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see168

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see162

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see161

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see157

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see154

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see149

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see148

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see148

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see146

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see144

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see140

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri