Icma.az
close
up
RU
Xəzərin çirkləndirilməsində Azərbaycanı günahlandıran İran, siyasi və iqtisadi təzyiq alətini yoxlayır

Xəzərin çirkləndirilməsində Azərbaycanı günahlandıran İran, siyasi və iqtisadi təzyiq alətini yoxlayır

Icma.az bildirir, Bizimyol portalına istinadən.

İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Fədahüseyn Maliki iddia edir ki, Azərbaycan Respublikası Tehran Konvensiyası əsasında Xəzər dənizinin mühafizəsi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib. Maliki ən mühüm maneənin İsraili enerji ilə təmin etmək məqsədilə Azərbaycanda Britaniya və İsrail şirkətlərin olmasını göstərib, bunun isə mehriban qonşuluq siyasəti və Tehran Konvensiyasının ruhuna zidd olduğunu deyib. Maliki qeyd edib: “Biz gözləyirik ki, Xarici İşlər Nazirliyi, Ətraf Mühit Agentliyi və Energetika Nazirliyi Azərbaycanın qanun pozuntuları ilə bağlı parlamentə geniş hesabat təqdim edəcək. Biz buna daha ciddi nəzarət edəcəyik”."Azərbaycanın Xəzəri çirkləndirməsi" iddiasının arxasında nə dayanır?

Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İran rejiminin belə əsassız iddiasının arxasında Azərbaycana qarşı siyasi və iqtisadi təzyiq mexanizmi yaratmağa cəhd etmək planı durur: “İran rejimi reallıqdan uzaq ittihamlarla region ölkələrini təhdid edir və çalışır ki, prosesləri öz xeyrinə dəyişsin. Bu səbəbdən də, "Xəzərin çirklənməsi" ilə bağlı Azərbaycana yönəlik yersiz ittihamlar səsləndirməklə bu maraqlarını reallaşdırmağı düşünür”.

Sadiq İsabəyli

“İranın məqsədi əvvəlcə ictimai rəyə hesablanıb. İctimai diqqəti yayındırmaq... İranda daxili iqtisadi böhranlardan yayınmaq və sosial narazılıqlar əsasında kütləviləşmə ehtimalı yüksək olan etirazları önləmək üçün diqqəti xarici məsələlərə yönəltmək taktikasından yararlanmağa çalışır və daxili auditoriyasını öz ətrafında birləşdirmək istəyir. Eyni geosiyasi rəqabət burada böyük rol oynayır.

İran rejimi, Azərbaycanın İsraillə yaxınlaşmasından narahatdır və bu ittihamlar vasitəsilə Azərbaycana təzyiq göstərməyə çalışır. Çünkü Azərbaycan Xəzərdəki enerji layihələrində Qərb şirkətlərinin uğurlu iştirakını təmin etmiş və müvəffəqiyyətli energetika strategiyasını uğurla apara bilmişdi. Bu da İran rejiminin antiAzərbaycan siyasəti əsasında formalaşdırmağa çalışdığı strateji planı səmərəsiz edir. Onlar bu məsələləri “mehriban qonşuluq siyasəti” adı altında tənqid edir”.

Sadiq İsabəylinin fikrincə, əsas məqsəd enerji bazarındakı Azərbaycanın uğurlu fəaliyyətinin önünü kəsmək və davamının gəlməsinə mane olmaqdır.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 22 Noyabr 2024 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see276

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see237

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see229

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see212

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see207

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see196

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see186

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see186

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see167

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see159

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see159

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see157

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see154

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see149

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see147

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see141

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri