Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xəzərin iki sahilində güclənən strateji qardaşlıq ŞƏRH

Xəzərin iki sahilində güclənən strateji qardaşlıq ŞƏRH

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 22 iyun, AZƏRTAC

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri iki ölkə arasındakı münasibətlərin diplomatik əlaqələrdən daha çox, ortaq tarixə, mədəniyyətə və strateji maraqlara söykənən qardaşlıq münasibətləri olduğunu bir daha nümayiş etdirdi. Səfər çərçivəsində keçirilən görüşlər, imzalanan sənədlər və verilən mesajlar göstərdi ki, Bakı ilə Aşqabad arasında əməkdaşlıq artıq yeni inkişaf mərhələsinə daxil olur.

Prezident İlham Əliyevin mətbuata bəyanatında səsləndirdiyi fikirlər bu münasibətlərin mahiyyətini aydın şəkildə ifadə etdi. Dövlət başçısı vurğuladı ki, münasibətlərimiz möhkəm təməl - tarixi bağlar, mədəni əlaqələr və mənəvi əlaqələr üzərində qurulub. Əslində, Azərbaycan-Türkmənistan əlaqələrinin bugünkü səviyyəsini məhz bu amillər şərtləndirir. İki xalqı ortaq etnik köklər, dil yaxınlığı və əsrlər boyu formalaşmış mənəvi bağlılıq birləşdirir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova söyləyib. O bildirib ki, səfərin ən diqqətçəkən məqamlarından biri Qarabağın bərpasına Türkmənistanın verdiyi dəstəyin bir daha yüksək qiymətləndirilməsi oldu: “Prezident İlham Əliyev xüsusi vurğuladı ki, Türkmən xalqının Milli Lideri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə Füzulidə məscid tikilir və artıq layihənin icrasına başlanılıb. Bu təşəbbüs təkcə humanitar yardım deyil, işğaldan azad edilmiş torpaqlarda həyatın bərpasına qardaş dəstəyinin simvoludur.

Azərbaycan və Türkmənistan arasında münasibətlərin yeni mərhələyə keçdiyini göstərən hadisələrdən biri də bu gün baş verdi. Azərbaycan Xəzər dənizində nəqliyyat və logistika əməkdaşlığının inkişafına töhfə olaraq Türkmənistan tərəfinə müasir tanker hədiyyə etdi. Bu addım sadəcə iqtisadi jest deyil, həm də Xəzərin iki sahilində yerləşən dövlətlərin qarşılıqlı etimadının və uzunmüddətli tərəfdaşlığının praktik ifadəsidir. Enerji və yükdaşımalar sahəsində əməkdaşlığın genişləndirilməsi fonunda belə bir hədiyyə iki ölkənin gələcək planlarının miqyasını nümayiş etdirir”.

Deputat qeyd edib ki, bu gün Azərbaycan və Türkmənistanı birləşdirən əsas istiqamətlərdən biri nəqliyyat-logistika əməkdaşlığıdır. Prezident İlham Əliyevin dediyi kimi, “öz aralarında əməkdaşlıq edən ölkələri birləşdirən çox etibarlı, təhlükəsiz nəqliyyat marşrutları o qədər də çox deyil”. Məhz buna görə də Bakı və Aşqabad Orta Dəhlizin inkişafında əsas tərəfdaşlara çevriliblər. Xəzər üzərindən daşınan yüklərin həcminin artması, Bakı və Türkmənbaşı limanlarının imkanlarının genişlənməsi regionun geoiqtisadi əhəmiyyətini artırır. Son dövrlərdə Çin-Mərkəzi Asiya-Xəzər-Azərbaycan marşrutu üzrə yeni yük axınlarının formalaşması da bu əməkdaşlığın perspektivlərini daha da gücləndirir.

“Səfər zamanı imzalanan sənədlər də əməkdaşlığın konkret nəticələrə hesablandığını göstərir. Nəqliyyat, logistika, gömrük məlumatlarının elektron mübadiləsi, iqtisadi və humanitar əlaqələrin genişləndirilməsi istiqamətində əldə olunan razılaşmalar tərəflərin strateji baxışının göstəricisidir. Bu sənədlər gələcəkdə ticarət dövriyyəsinin artmasına, yükdaşımaların sürətlənməsinə və regionun tranzit imkanlarının daha səmərəli istifadəsinə xidmət edəcək”, - deyə o bildirib.

Müsahibimiz qeyd edib ki, Prezident İlham Əliyevin bəyanatında diqqət çəkən digər mühüm məqam Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qəbul edilməsində Türkmənistanın verdiyi dəstəyə görə təşəkkür etməsi oldu. Dövlət başçısı bunu tarixi hadisə adlandırdı. Bu yanaşma təsadüfi deyil. Azərbaycan coğrafi baxımdan Cənubi Qafqazda yerləşsə də, tarixən və mədəni baxımdan Mərkəzi Asiya ilə sıx bağlıdır. Bu gün isə nəqliyyat dəhlizləri və enerji layihələri həmin əlaqələri daha da gücləndirir.

“Əslində, Bakı ilə Aşqabad arasında münasibətlər artıq ikitərəfli formatın sərhədlərini aşır. Bu əməkdaşlıq türk dünyasının inteqrasiyasına, Xəzər regionunun inkişafına və Avrasiya məkanında yeni iqtisadi körpülərin qurulmasına xidmət edir. Prezident İlham Əliyevin “siyasi qarşılıqlı fəaliyyət olmasaydı, heç bir coğrafi şərait səylərimizi birləşdirməyə imkan verməzdi” fikri də məhz bu reallığın ifadəsidir.

Bu gün Azərbaycan və Türkmənistan təkcə dost və qardaş dövlətlər deyil. Onlar Xəzər hövzəsinin gələcəyini formalaşdıran, regional əməkdaşlığın istiqamətlərini müəyyən edən və türk dünyasının birliyinə töhfə verən iki strateji tərəfdaşdır. Sərdar Berdiməhəmmədovun Bakıya səfəri isə bu tərəfdaşlığın qarşıdakı illərdə daha da güclənəcəyinin mühüm siyasi mesajı kimi tarixə düşür”, - deyə E.Akimova vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 İyun 2026 19:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see624

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see437

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see325

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see316

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see240

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see232

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see230

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see213

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see211

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see211

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see210

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see202

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see195

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see187

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see186

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see184

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see182

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see180

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see175

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri