Icma.az
close
up
RU
Xəzərin səssiz çəkilişi Peykdən baxış

Xəzərin səssiz çəkilişi Peykdən baxış

News24 saytına istinadən Icma.az xəbər verir.

İqlim dəyişikliyi mövzusu təkcə qlobal səviyyədə deyil, həm də regional elmi ictimaiyyətin diqqət mərkəzindədir. Azərkosmos bu sahədə çalışan tədqiqatçılar üçün mühüm əhəmiyyət daşıyan ClimateReport.az platformasını ictimaiyyətə təqdim etməklə, iqlim dəyişikliklərinin müşahidəsi və təhlilində keyfiyyətli və açıq məlumatlara çıxışı mümkün edir.

Qeyd edilməlidir ki, bu tip məlumatların 50%-dən çoxu peyk müşahidələri vasitəsilə toplanır və bu, xüsusilə geniş və çətin əlçatan ərazilərdə – məsələn, Xəzər dənizi hövzəsində baş verən dəyişikliklərin izlənməsi baxımından əvəzsiz vasitədir.

Məlumdur ki, Xəzər dənizində su səviyyəsinin enməsi tendensiyası artıq açıq şəkildə müşahidə olunur. Azərkosmos bu prosesi peyk texnologiyaları vasitəsilə izləyir və modelləşdirir. Müşahidələr göstərir ki, dənizin şimal hissəsində, xüsusilə Qazaxıstan sahillərində sahil xəttinin geri çəkilməsi artıq nəzərəçarpacaq həddə çatıb.

Modelləşdirmə əsasında müəyyən olunur ki, Xəzərin su səviyyəsi 1, 2 və ya 3 metr azaldıqda hansı geofiziki və sosial nəticələr baş verə bilər. Məsələn, 2 metrlik azalma halında Pirallahı adasının əsas yarımadaya birləşməsi ehtimalı yüksəkdir. Belə ssenarilər peyk məlumatlarına əsaslanan simulyasiyalar vasitəsilə real vaxt rejimində təhlil olunur.

ClimateReport.az platformasında xüsusilə Xəzər dənizi üzrə aparılan müşahidələr diqqət çəkir – su səviyyəsinin azalması, sahil xəttinin dəyişməsi, duzluluq və temperatur fərqləri kimi dinamik dəyişikliklər aydın şəkildə vizuallaşdırılır. Bununla yanaşı, qar örtüyü, buzlaqlar və digər kriosfer komponentlərinin monitorinqi sayəsində platforma startaplar, tədqiqatçılar və kənd təsərrüfatı mütəxəssisləri üçün strateji əhəmiyyətə malik açıq məlumat bazası təqdim edir. Bu kimi rəqəmsal resurslar elm, innovasiya və texnologiya arasında dayanıqlı əlaqə yaradır.

2024-cü ilin aprel ayında Azərkosmos tərəfindən istifadəyə verilmiş ClimateReport.az platforması son illəri əhatə edən torpaq, su, hava və qar örtüyü ilə bağlı peyk məlumatlarını vizual və müqayisəli formada ictimaiyyətə təqdim edir. Platforma həmçinin son 30 illik dövrü əhatə edən peyk monitorinqi nəticələrini ehtiva edir. İnteraktiv qrafiklər və xəritələr vasitəsilə təqdim olunan bu məlumatlar həm Azərbaycan, həm də ingilis dillərində əlçatandır.


Elvin Abbasov,
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://news24.az
archiveBu xəbər 27 May 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see294

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see285

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see277

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see259

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see243

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see236

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see189

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see175

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see171

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see165

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri