Qazaxıstandan Azərbaycana Xəzərin dibi ilə optik kabelin çəkilişi ilin sonunadək başa çatdırılacaq
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Qazaxıstan və Azərbaycan arasında Xəzər dənizinin dibi ilə çəkiləcək optik kabelin çəkilişinin 2026-cı ilin sonunadək başa çatdırılması planlaşdırılır.
APA xəbər verir ki, bu barədə Qazaxıstan mediası Baş nazirinin müavini, rəqəmsal inkişaf və süni intellekt naziri Jaslan Madiyevə istinadən məlumat yayıb.
"Tranzit potensialının artırılması məqsədilə Xəzər dənizinin dibi ilə Azərbaycan Respublikasına qədər optik kabelin tikintisinə başlanılıb. Layihənin cari ilin 3-cü rübündə başa çatdırılması planlaşdırılır", - Madiyev qeyd edib.
Məlumata əsasən, Xəzər dənizində dəniz-geoloji və mühəndis axtarış işlərinə 2025-ci ilin avqust ayında start verilib. Çəkiləcək kabelin ümumi uzunluğu 391 kilometr olacaq. Layihə çərçivəsində yaradılacaq xəttin maksimal ötürmə qabiliyyəti isə saniyədə 400 terabit təşkil edəcək. Bu infrastruktur Orta Dəhliz üzrə rəqəmsal əlaqələrin gücləndirilməsində mühüm rol oynayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 06 Yanvar 2026 14:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















