Icma.az
close
up
RU
Xəzərin səviyyəsi 21 metrədək aşağı düşə bilər alimlərdən ciddi xəbərdarlıq

Xəzərin səviyyəsi 21 metrədək aşağı düşə bilər alimlərdən ciddi xəbərdarlıq

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son onilliklərdə Xəzər dənizinin səviyyəsində müşahidə olunan sürətli enmə region ölkələrini ciddi narahat edən ekoloji problemlərdən birinə çevrilib. Dəniz səviyyəsinin davamlı şəkildə aşağı düşməsi onun su balansında baş verən dəyişikliklərlə, qlobal iqlim istiləşməsi və antropogen təsirlərin artması ilə sıx bağlıdır. Hazırda Xəzər hövzəsinin hidrologiyası dünya elmi ictimaiyyətinin diqqət mərkəzindədir və aparılan son tədqiqatlar bu proseslərin dinamikasını daha dərindən anlamağa imkan verir. Məhz bu səbəbdən Xəzərin səviyyə dəyişmələrinin səbəbləri, onların coğrafi və iqlim amilləri ilə əlaqəsi xüsusi aktuallıq kəsb edir.

Bu mövzu ilə bağlı Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzərin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov bildirib.

O, qeyd edib ki, şöbənin əsas tədqiqatı Xəzər dənizinin səviyyə dəyişmələrinə həsr olunub. Xəzərin səviyyəsi ilk növbədə onun su balansı ilə müəyyən olunur. Su balansının gəlir hissəsini çayların gətirdiyi su, həmçinin dəniz səthinə düşən yağıntılar təşkil edir. Su balansının çıxar hissəsinə isə əsasən su səthindən buxarlanma daxildir. Çay axınları içərisində ən böyük paya malik olan Volqa çayı Xəzərə tökülən suyun təxminən 80 faizdən çoxunu təmin etdiyi üçün biz məhz onun hidroloji rejimində baş verən dəyişiklikləri araşdırdıq və onların Xəzər dənizinin səviyyəsinə təsirini öyrəndik : “Tədqiqat nəticəsində müəyyən olundu ki, temperaturun artması və antropogen təsirlərin güclənməsi səbəbindən 1977–2022-ci illər ərzində Volqa çayının su axımı 460–470 kub kilometr azalıb. Bu isə Xəzərin səviyyəsinin təxminən 1 metr 30 santimetr aşağı düşməsi deməkdir. Bu nəticələr müxtəlif elmi riyazi-statistik metodlarla əsaslandırılıb və bu barədə hazırlanmış məqalə İsveçrənin “Water” jurnalında dərc olunub. Lakin həmin dövrə nəzər salsaq görərik ki, 1995–ci ildən indiyədək Xəzər dənizinin səviyyəsi 2,5 metrdən artıq azalıb. Volqanın suyundakı azalmanın Xəzərin səviyyəsinə təsiri təxminən 1,3 metr olduğuna görə, səviyyənin qalan hissədə niyə düşdüyünü müəyyən etmək üçün bu il Xəzər dənizi üzərində külək rejimini araşdırmışıq”.

S.Səfərova bu istiqamətdə də çox vacib nəticələr əldə olunduğunu vurğulayıb: “Məlum olub ki, son dövrlərdə Xəzərdə küləyin orta sürəti ciddi dəyişməsə də, onun istiqamətində kəskin dəyişiklik baş verib. Belə ki, Şərq küləklərinin payı artıb. Orta Asiya və İran ərazilərindən əsən bu küləklər Xəzər hövzəsinə isti və quru hava gətirir ki, bu da səth buxarlanmasını sürətləndirir. Buxarlanmanın artması Xəzərin səviyyəsinin aşağı düşməsinin əsas səbəblərindən biri kimi müəyyən edilib. Bu tədqiqatın nəticələri müasir riyazi-statistik metodlarla təsdiqini tapıb və “Springer Nature” nəşriyyatının nüfuzlu “Scientific Reports” jurnalında dərc olunub. Tədqiqatlarımız davam etdirilir. Müxtəlif mənbələrə görə, 1995-ci ildən başlayaraq indiyədək Xəzərin səviyyəsi artıq 2 metr 70 santimetr, bəzi ərazilərdə isə — xüsusilə Qazaxıstan və Türkmənistan sahillərində — təxminən 3 metr aşağı düşərək, artıq mənfi 29,50 səviyyəsinə çatıb ki, bu da 1977-ci ildə qeydə alınan minimal səviyyədən 50 santimetr aşağıdır”.

“Xəzərin səviyyəsi ilə bağlı verilən proqnozlar isə kifayət qədər bədbindir. Bəzi elmi mərkəzlərin hesablamalarına görə, əgər qlobal istiləşmə indiki templə davam edərsə və antropogen təsirlər azaldılmazsa, əsrin sonunadək Xəzərin səviyyəsi 9–18 metr, bəzi ssenarilərə əsasən isə 21 metrə qədər aşağı düşə bilər. Bu isə Xəzəryanı ölkələr üçün böyük ekoloji, iqtisadi və sosial fəlakət deməkdir. Lakin qeyd olunmalıdır ki, bu proqnozlar müxtəlif iqlim ssenarilərinə əsaslanır. Qlobal istiləşmənin qarşısı tam və ya qismən alınarsa, antropogen təsirlər azaldılarsa və digər qabaqlayıcı tədbirlər həyata keçirilərsə, bu mənfi ssenarilər təsdiqini tapmaya bilər. Bununla belə, hazırkı tendensiya vəziyyətin getdikcə ağırlaşdığını göstərir”, - deyə alim bildirib.(azərtac)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 05 Dekabr 2025 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see166

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see131

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see130

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see127

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see127

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri