Icma.az
close
up
RU
Xəzərin səviyyəsi sürətlə azalır Əsas səbəb iqlim dəyişiklikləridirmi?

Xəzərin səviyyəsi sürətlə azalır Əsas səbəb iqlim dəyişiklikləridirmi?

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı Xəzər dənizinin ekoloji vəziyyətinin daha da pisləşdiyini bildirib. Dövlət başçısı qeyd edib ki, dəniz sürətlə kiçilir və bunun əsas səbəbi təkcə iqlim dəyişiklikləri deyil. Prezident ekoloji fəlakətin qarşısının alınması üçün sahilyanı dövlətlərin və BMT-nin birgə səylərinin vacibliyini vurğulayıb.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında ekoloq Qorxmaz İbrahimli bildirdi ki, Xəzər dənizinin suyunun azalması və ya dayazlaşması, təkcə bu günün deyil, uzunmüddətli və davamlı bir prosesin nəticəsidir:

"Xəzər dənizi, Tetis okeanının çəkilməsindən sonra yaranmış bir su hövzəsidir, bu da onun özünəməxsus geoloji və ekoloji xüsusiyyətlərini müəyyənləşdirir. Ancaq bu təbii proseslərə müasir dövrdə baş verən iqlim dəyişiklikləri və digər amillər də öz təsirini göstərir. İqlim dəyişiklikləri nəticəsində, xüsusilə buxarlanmanın artması və yağıntıların azalması Xəzərin suyunun səviyyəsini aşağı sala bilər. Buxarlanma prosesinin güclənməsi, eyni zamanda, su balansının dəyişməsi və buxarlanmanın yağıntılara nisbətən üstün gəlməsi, Xəzər dənizinin səviyyəsinin azalmasına səbəb olur. Bu dəyişikliklər, daha geniş miqyasda, ərazilər üzrə su ehtiyatlarının azalmasına və bir çox çayların, məsələn, Kür, Volqa, Terek, Ural və Samur çaylarının sularının azalmasına gətirib çıxarır".

Ekoloq qeyd etdi ki, iqlim dəyişikliyinin təkcə Xəzər dənizinin su səviyyəsinə deyil, həm də kənd təsərrüfatı sahəsinə təsiri böyükdür:

"Suvarma üçün daha az su mövcud olduqda, əkin sahələrinin su təminatı çətinləşir və bu da kənd təsərrüfatında məhsuldarlığın azalmasına səbəb ola bilər. Bir müddət sonra bəlkə 50 il, bəlkə 100 il sonra hansı prosesin gedəcəyini söyləmək çətindir. Proqnozlara görə, iqlim dəyişiklikləri nəticəsində dünya okeanının səviyyəsi 60 metrədək yüksələ bilər. Bu baxımdan, 100 il sonra Xəzərin vəziyyətinin necə olacağını indidən dəqiq demək mümkün deyil.

İqlim dəyişikliyindən əlavə, Xəzərin digər problemləri də var. Xəzərin suyunun azalması eyni zamanda su daşıyıcı çayların suyunun azalması ilə bağlıdır. Bu, Kür çayına da, Volqaya da, Terek, Ural və Samur çaylarına da aiddir. Bu çayların suyu həm suvarmada, həm də əhalinin artımı ilə əlaqədar içməli su kimi istifadə olunur. Kənd təsərrüfatı ilə məşğul olan ölkələrdə məsələn, Azərbaycanın bu ərazidə əsas fəaliyyəti əkinçilikdir. Çox su tələb edən bitkilər becərilir və bu səbəbdən daha çox su torpağa yönəldilir. Lakin, kim nə deyirsə desin, mən birinci səbəb kimi iqlim dəyişikliklərini görürəm", - deyə Qorxmaz İbrahimli yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:57
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 29 Sentyabr 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see204

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see197

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see188

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see171

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see161

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see151

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see145

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see144

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see142

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see138

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see137

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see137

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see137

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri