Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Xəzərin suyu niyə azalır?

Xəzərin suyu niyə azalır?

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Xəzər dənizi - planetin ən böyük qapalı su hövzəsi - ekoloji fəlakət həddinə çatacaq şəkildə kiçilir. Əvvəllər zəngin ekosistemlərə və iri liman şəhərlərinə ev sahibliyi edən sahilboyu ərazilərdə suyun kəskin şəkildə çəkilməsi müşahidə olunur. Alimlərin məlumatına görə, son onilliklər ərzində Xəzər onminlərlə kvadratkilometr su səthini itirib və bu prosesin yavaşıdığına dair heç bir əlamət yoxdur. Dəyişikliklər o qədər ciddi xarakter alıb ki, artıq təkcə yerli sakinlər və balıqçılar deyil, kosmosdan müşahidə aparanlar da bunu açıq şəkildə görürlər. NASA və Avropa Kosmik Agentliyi tərəfindən yayımlanan peyk şəkilləri su səviyyəsinin, xüsusilə dənizin şimal və şərq hissələrində sürətlə azaldığını nümayiş etdirir. Qazaxıstan və Türkmənistandan olan sakinlər bildirirlər ki, əvvəllər su altında olan ərazilərdə indi quru dəniz dibi ilə gəzə bilirlər.

Mütəxəssislər Xəzərin çəkilməsinin əsas səbəbi kimi iqlim dəyişikliyini göstərirlər. Regionda havanın temperaturu artır, Qafqaz dağlarında qar örtüyü azalır. Bu da Xəzərin əsas qidalandırıcı mənbəyi olan Volqa kimi çayların suyunun azalmasına səbəb olur. Yayda temperaturun yüksəlməsi isə xüsusilə dayaz olan şimal hövzəsində buxarlanmanı kəskin şəkildə artırıb.

2020-ci ildə "Communications Earth & Environment" jurnalında dərc olunan bir tədqiqatda bildirilir ki, əsrin sonuna qədər Xəzərin səviyyəsi 9-18 metr arası daha da enə bilər. Bu isə o deməkdir ki, dəniz dibinin geniş sahələri üzə çıxacaq, sahil şəhərləri isə sudan təcrid olunmuş yaşayış məntəqələrinə çevriləcək. Okeanlardan fərqli olaraq, Xəzər heç bir su hövzəsinə çıxışı olmayan qapalı bir dənizdir.

Xəzər dənizinin səviyyəsi çaylardan gələn su və buxarlanma ilə müəyyən olunur, bu isə onu iqlim dəyişikliyinə qarşı son dərəcə həssas edir. İqlim amilləri ilə yanaşı, insan fəaliyyəti də dənizin çəkilməsini sürətləndirir. Volqa çayında tikilmiş su anbarları, suvarma sistemləri və çayın axarından suyun yönləndirilməsi dənizə gələn suyun həcmini xeyli azaldıb. Region ölkələrində - Rusiya, İran, Qazaxıstan, Azərbaycan və Türkmənistanda - sənaye və kənd təsərrüfatı üçün suya olan tələbat isə getdikcə artır. Qanunsuz su istifadəsi və zəif nəzarət olunan suvarma sistemləri problemi daha da dərinləşdirir.

Ekoloqlar xəbərdarlıq edirlər ki, əgər su siyasəti dəyişdirilməzsə, Xəzərin çəkilməsini dayandırmaq cəhdləri uğursuz olacaq.

Xəzər dənizi nadir növlərdən olan Xəzər suitiləri və qiymətli nərə balıqları da daxil olmaqla zəngin biomüxtəlifliyə ev sahibliyi edir. Lakin dənizin geri çəkilməsi ilə onların yaşayış mühitləri məhv olur. Balıq ehtiyatları azalır, köçəri quşların miqrasiya yolları pozulur.

Dənizin kiçilməsi, həmçinin sahilyanı bölgələrdə - xüsusilə Qazaxıstan və Azərbaycanda yerləşən neft-qaz infrastrukturuna da ciddi təhlükə yaradır. Gəmilər dənizdən uzaqlaşan limanlara çata bilmədiyi üçün logistika problemləri artır. Sahil icmaları balıqçılığın çökməsi və turizmin zəifləməsi ilə həm dolanışığını, həm də kimliyini itirir.

Əhalinin sağlamlığı ilə bağlı da narahatlıqlar artır. Üzə çıxan dəniz dibi havanı çirkləndirən zəhərli tozlar yayır. Bu hal bir vaxtlar Aral dənizində yaşanan ekoloji fəlakəti xatırladır.

Böhranla mübarizə üçün regional əməkdaşlıq həyati əhəmiyyət daşıyır. Mütəxəssislər suyun yönləndirilməsini məhdudlaşdırmağı, suvarma sistemlərini müasirləşdirməyi və iqlim dəyişikliklərinə davamlı infrastruktur qurmağı təklif edirlər. Beş Xəzəryanı ölkə daha əvvəl bir sıra razılaşmalar imzalamışdı, lakin bu razılaşmaların icrası zəif qalıb. Beynəlxalq təşkilatlar isə monitorinqin gücləndirilməsi və dayanıqlı idarəetməyə çağırırlar.

Mütəxəssislər, əsrin sonuna qədər Xəzərdə su səviyyəsinin 9-18 metr aşağı düşməsi proqnozlaşdırırlar. Səviyyə təxminən 20 metrə yaxın aşağı düşə bilər. Hərçənd uzunmüddətli proqnoz olduğu üçün özünü doğrultması çox da real görünmür, amma hər halda bir siqnaldır. Xəzərdə suyun səviyyəsi 4-5 metr aşağı düşsə, bu, Şimali Xəzərin tamamilə quruması deməkdir. Çünki Şimali Xəzərin dərinliyi orta hesabla 5 metrdir.

Xəzərdə 100 illik dəyişmələr var. Məsələn, Xəzərdə ən yüksək səviyyənin 1805-ci ildə bugünkündən 5-6 metr yuxarı olduğu müəyyən olunub. O gündən bu günə qədər Xəzərin səviyyəsi aşağı düşüb. Bu proses təxminən 2050-ci ilə qədər davam edəcək. 2050-dən sonra yenidən Xəzərin səviyyəsində qalxma baş verəcək. Ona görə də Xəzərin səviyyəsinin belə dəyişmələrinə adaptasiya olmaq lazımdır. Həmin o su altından çıxan ərazilərdə isə çox böyük obyektlər tikmək məsləhət deyil. Çünki Xəzərin səviyyəsi qalxanda onlar su altında qalacaqlar. Ümumiyyətlə, son 4 min ildə aparılan müxtəlif coğrafi, arxeoloji, tektonik müşahidələr göstərir ki, 250 ildən bir Xəzərin səviyyəsində enmə və qalxmalar olur. Bu proses Xəzər üçün qəbul edilmişdir. İndi 250 il onun enmə periodudur. Təxminən bu əsrin ortalarına qədər enmə dövrü davam edəcək. Enmə dövrünün içərisində kiçik qalxmalar da ola bilər. Amma ümumi tendensiya enmə dövrüdür. 2050-ci illərdə bu dövrün qurtaracağı nəzərdə tutulub.

Aydın məsələdir ki, Xəzər dənizində ekoloji problemlərin əsas səbəblərindən biri iqlim dəyişikliyidir: Xəzər dənizi üzərində yağıntıların miqdarı azalıb, buxarlanma sürəti artıb. 1979-cu ildən bəri Xəzər dənizinin səthinin orta temperaturu ildə təxminən 1 dərəcə Selsi yüksəlib. Bundan əlavə, iqlim dəyişikliyi Xəzər dənizini qidalandıran çayların qollarının həcminin azalmasına təsir göstərib. Dənizi illik su ehtiyatı ilə təmin edən təxminən 130 çaydan əsas axın Xəzərin həcminin 80-90 faizini təşkil edən Volqadan gəlir. Qlobal iqlim dəyişikliyinin təsiri ilə Volqa qollarına daxil olan suyun həcmi azalır, yağıntıların az olması fonunda onlardan götürülən suyun miqdarı artır.

Lakin Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinin səbəbləri təkcə təbii amillərlə məhdudlaşmır. İnsan fəaliyyəti nəticəsində yaranan antropogen amillər suyun səviyyəsinə əhəmiyyətli dərəcədə təsir göstərir. Bunun bariz nümunəsi Xəzər çaylarından daxil olan suyun həcminin azalmasıdır. Belə ki, 1930-cu illərdə Sovet İttifaqında həyata keçirilən sənayeləşmə su anbarının vəziyyətinin formalaşmasında həlledici rol oynayıb. Su elektrik stansiyalarının fəaliyyətini təmin etmək üçün qol çaylarında çoxlu su anbarları tikilib. Məhz bu dövrdə Xəzər dənizinin səviyyəsi aşağı düşməyə başlayıb. 1950-ci illərdə Volqada bəndlərin tikilməsi ilə 1956-1969-cu illərdə Xəzər dənizinin həcmi hər il 25 kubkilometr azalıb. Hesablamalara görə, Xəzər çaylarından gələn suyun həcmi azalmasaydı, Xəzər dənizinin hazırkı səviyyəsi 1-1,5 m-dən çox olardı. Hazırda Volqada 8-ə yaxın bənd var ki, bu da suyun Xəzər dənizinə axmasına əhəmiyyətli dərəcədə mane olur. Ümumilikdə, Volqa hövzəsində ümumi faydalı həcmi 101 kubkilometr və səth sahəsi 30,4 min kvadratkilometr olan 800-ə yaxın su anbarı var ki, onlar orta illik axının demək olar ki, 70 faizini toplayır.

Çaylardan tökülən suyun azalması ilə yanaşı, onların gətirdiyi zərərli maddələr də dənizin suyunu çirkləndirir. Qazaxıstan alimlərinin hesablamalarına əsasən, hər il çaylardan dənizə 75 min ton neft məhsulları axıdılır ki, bu da onun ümumi karbohidrogen çirklənməsinin yarısıdır. Bu çirklənmənin 95 faizdən çoxu təkcə Volqadan gəlir. Karbohidrogenlərlə çirklənmənin başqa bir hissəsi Xəzər dənizinin özündə karbohidrogen hasilatı ilə bağlıdır. Dənizdə neft-qaz hasilatı suyu çox sürətlə çirkləndirir.

Ekoloq Telman Zeynalovun sözlərinə görə, 83 il ərzində Xəzər dənizində su səviyyəsi iki dəfə enib, bir dəfə isə artıb. Bir dəfə su səviyyəsi bir metr yarım enib. Bir dəfə isə iki metr yarım artıb. Hazırda da bir metr yarım su səviyyəsi enib. Burada narahatlıq yaradacaq məsələ yoxdur: "Tək problem Xəzər dənizinin necə yarandığını bilməməyimizdir. Xəzər dənizi bir neçə milyon il öncə yaranıb və Qara dənizlə arasında əlaqə olub. Torpaqların qalxma və enməsi nəticəsində 20-30 metr fərq yarandığı üçün iki dəniz arasında olan əlaqə də kəsilib. Bir müddət əvvəl Aral gölünün suyunun quruduğunu dedilər. Aral gölünün suyu Xəzər dənizinə enib. Heç kim bu barədə araşdırma etmir. Kimin ağlına nə gəlirsə, onu da danışır. Ancaq insanlara reallığı çatdırmaq lazımdır. Nəzərinizə çatdırım ki, ötən il Azərbaycanda yağıntılar az, buxarlanma isə çox idi. Bu da su səviyyəsinə təsir göstərirdi. Ancaq bu il yağıntılar çox, buxarlaşma azdır. Bu isə su səviyyəsinin qalxacağını göstərir. Bir daha deyirəm, Xəzər dənizində heç bir təhlükə yoxdur. Su səviyyəsi enib və bir müddət sonra da qalxacaq".

Sevinc QARAYEVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://525.az
archiveBu xəbər 03 İyul 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see632

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see345

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see326

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see249

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see241

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see239

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see223

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see220

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see216

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see207

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see198

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see195

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see193

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see191

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see189

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see186

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see179

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see177

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see166

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri