Icma.az
close
up
RU
Xəzərin su səviyyəsi sürətlə aşağı düşür EKOLOQ MÜNASİBƏT BİLDİRDİ

Xəzərin su səviyyəsi sürətlə aşağı düşür EKOLOQ MÜNASİBƏT BİLDİRDİ

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Xəzər dənizi beş ölkənin sahil xətləri ilə dünyanın ən böyük gölü kimi tanınır. Xəzər dənizinin ümumi sahəsi təxminən 370 min kvadrat kilometrdir. 130-a yaxın çayın axdığı Xəzərin şimal və cənub hissələri arasında ciddi fərqlər var. Məsələn, dənizin şimal hissəsində su az duzludur və orta dərinliyi 5 metrdən çox deyil, cənub hissəsində isə su daha duzludur və dərinliyi 1025 metrə çatır". Bu sözləri SİA-ya açıqlamasında Səma və Ekososial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova deyib.

Onun sözlərinə görə, son illər suyu nəzərəçarpacaq dərəcədə çəkilən Xəzərin ekoloji vəziyyəti narahatlıq doğurur: "2005-2023-cü illər arasında dənizin səviyyəsinin 185 santimetr aşağı düşməsi nəticəsində 31 min kvadrat kilometr su sahəsi itib. 2100-cü ilə qədər dəniz səviyyəsinin 18 metrə qədər enə biləcəyi proqnozlaşdırılır. Xəzər dənizinin ən uzun sahili olan Qazaxıstan tərəfində su sahəsi son 15 ildə 7,1 faiz azalıb. Hazırda Xəzər dənizinin ekoloji durumu olduqca gərgindir. Dənizin şelf zonasında problem daha da kəskinləşib. Müxtəlif ərazilərdə ölü zonalar yaranıb, bəzi yerlərdə isə çirklənmənin orta həddi 10-20 dəfə artıb.

Ekoloji şəraitə dəniz səviyyəsinin tərəddüdləri də təsir göstərir. Səviyyə aşağı düşdükdə şorluq artır, balıqların sahil zonalarında qidalandığı bölgələrin məhsuldarlığı və sahəsi azalır. Əksinə, səviyyə qalxdıqda böyük çayların delta bölgələrinə yaxın sahələrdə şorluq azalır və yem ehtiyatı çoxalır.

Alimlərin fikrincə, son 15-20 ildə Xəzər dənizinin ekoloji vəziyyəti iqlim dəyişikliyi, dəniz səviyyəsinin qalxıb-enməsi, çirklənmə və digər təbii və antropogen amillərin təsiri altında xeyli dəyişib. Xəzəryanı ölkələrin mütəxəssislərinin qeyd etdiyi kimi, təkcə nərə balıqlarının deyil, digər qiymətli balıqların da ehtiyatı kəskin şəkildə azalıb. İnsanlar anlamalıdırlar ki, dəniz bizim üçün həm təbii sərvət, həm də həyati tələbat mənbəyidir. Onu çirkləndirmək, tullantılarla zibilləmək əslində öz həyatımıza zərbə vurmaq deməkdir. Xəzərin nemətlərindən istifadə ediriksə, ətrafını qorumaq mənəvi borcumuzdur. Əslində Xəzəri təmiz saxlamaq və onu göz bəbəyi kimi qorumaq ümumxalq işinə çevrilməlidir. Təəssüf ki, bu istiqamətdə əhali arasında aparılan maarifləndirmə işləri hələ də zəif səviyyədədir. Unutmayaq ki, Xəzər dənizi hər birimizin ortaq sərvətidir. Bu sərvəti qorumaq isə hər kəsin vətəndaşlıq borcudur".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://sia.az
archiveBu xəbər 08 Sentyabr 2025 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri