Icma.az
close
up
RU
Xəzərin suyu çəkildi, bir bir üzə çıxdılar Sürünənlər oraya toplanacaqlar

Xəzərin suyu çəkildi, bir bir üzə çıxdılar Sürünənlər oraya toplanacaqlar

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Xəzər dənizinin sahil xətlərində və relyefində baş verən kəskin dəyişikliklər həm sakinlərin, həm də elm adamlarının diqqət mərkəzindədir. Su geri çəkildikcə əvvəllər görünməyən quru sahələri üzə çıxır, mövcud adaların sərhədləri isə sürətlə genişlənir.
Mövzu ilə bağlı ekoloq Qorxmaz İbrahimov Demokrat.az-a bildirib ki, Xəzər dənizində son illər adaların ərazisinin genişlənməsi və yaxud da bəzi yerlərdə yeni adaların yaranması, daha doğrusu, adaların üzə çıxması və quru sahələrinin görünməsi normal hal hesab olunur:
"Bu proses dənizin səviyyəsinin aşağı düşməsi nəticəsində baş verir. Ümumiyyətlə, adalar vulkanik proseslər, dənizlərdə baş verən vulkan püskürmələri və yaxud zəlzələlər nəticəsində yarana, eyni zamanda yox ola bilər. Bunlar təbii proseslərdir.
Quraqlıq nəticəsində Xəzər kimi qapalı dənizlərdə adaların yaranması və yaxud ərazilərinin genişlənməsi müşahidə olunur. Bunun əsas səbəbi iqlim dəyişiklikləri nəticəsində Xəzərin səviyyəsinin aşağı düşməsi və belə dənizlərin, göllərin dayazlaşmasıdır. Bunun ciddi ekoloji yan təsiri yoxdur. Əgər həmin adalar uzun müddət qalacaqsa və dayanıqlı olacaqsa, zamanla onların öz ekosistemi formalaşmağa başlayacaq. Flora və fauna tədricən yaranacaq. İlk olaraq ora quşlar gələcək, daha sonra müəyyən sürünənlər və digər canlılar məskunlaşacaq. Bu proses təbii şəkildə inkişaf edir. Əgər ada geniş olarsa və yaşayış üçün uyğun şərait yaranarsa, ərazi daha da genişlənə bilər. Burada qorxulu heç nə yoxdur.
İqlim dəyişiklikləri nəticəsində okean və dənizlərdə bəzi ada dövlətlərinin əraziləri su səviyyəsinin qalxması səbəbindən kiçilir, hətta bəzi yerlər yox olmağa başlayır. Quraqlıq nəticəsində isə Xəzər kimi qapalı dənizlərdə əks proses baş verir. Buna görə narahatlığa əsas yoxdur. Məsələn, Urmu gölündə son yağıntılardan sonra yaranmış bir çox adalar yenidən yox olub. Bir çox yerlərdə quru ilə birləşmiş ərazilər yenidən su altında qalıb. Təbiətdə bu cür proseslər baş verir və bunlar müvəqqəti xarakter daşıyır", - deyə ekspert bildirib.
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 May 2026 22:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see336

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see287

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see282

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see270

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see253

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see249

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see232

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see232

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see217

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see217

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see212

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see209

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see208

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see207

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see207

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see207

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see206

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see200

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see190

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri