Icma.az
close
up
RU
Xəzərin suyu da qızıldır: Azərbaycan “su müharibəsi”ndən qurtulur?

Xəzərin suyu da qızıldır: Azərbaycan “su müharibəsi”ndən qurtulur?

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodunun tam istismara verilməsi 2028-ci ilin IV rübünə planlaşdırılıb. 

Bu barədə "ACWA Power" şirkətinin rüblük hesabatında qeyd edilib. Şirkətin bu layihəyə yatırdığı investisiyanın məbləği 1,5 milyard Səudiyyə rialı təşkil edib ki, bu da 679,95 milyon manata (407 milyon ABŞ dolları) bərabərdir. 

Bu ilin sentyabr 30-na "ACWA Power" şirkətinin 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının (KES) tikintisinə yatırdığı investisiyanın məbləği 1,073 milyard Səudiyyə riyalı (486,39 milyon manata bərabər) təşkil edib. 

"ACWA Power" şirkətinin Baş direktoru MarkoArçelli qeyd edib ki, Azərbaycandakı külək layihələri qismən və ya tam kommersiya istismarına başlayıb və onların fəaliyyətdə olan layihələr portfelinə ildə 3,7 GVt güc və 3 000 ton ekoloji baxımdan təmiz hidrogen əlavə edib. Beləliklə, sentyabrın 30-na şirkətin investisiyalarının ümumi məbləği 1,166 milyard manata çatıb. 

Qeyd edək ki, layihə Sumqayıt Kimya Sənaye Parkının ərazisində gündəlik gücü 300 min kubmetr olan dəniz suyunun duzsuzlaşdırılması zavodunun tikintisini nəzərdə tutur. Layihənin "ACWA Power" və Türkiyənin "IC İçtaş İnşaat" şirkətinin daxil olduğu konsorsium tərəfindən həyata keçirilməsi planlaşdırılır. 

Sazişin şərtlərinə görə, layihənin icra müddəti 27,5 il təşkil edəcək, bu müddət bitdikdən sonra obyektin idarəçiliyi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə veriləcək. 

Tikinti işlərinin 2,5 il ərzində başa çatdırılması planlaşdırılır. 2004-cü ildə təsis edilmiş "ACWA Power" şirkəti suyun duzsuzlaşdırılması və yaşıl hidrogen sahələrində qabaqcıl özəl şirkətlərdən biridir. Şirkət 13 ölkədə - Yaxın Şərq, Afrika, Mərkəzi Asiya və Cənub-Şərqi Asiyada fəaliyyət göstərir və 4 mindən çox işçi heyətinə sahibdir. 

Qeyd edək ki, içməli su ehtiyatlarının qeyri-bərabər paylanması, yeraltı su ehtiyatlarının azalması və qlobal su böhranı fonunda ölkələr arasında və ya daxilində su mənbələrinə görə potensial münaqişələr, "su müharibəsi" nin baş verə biləcəyi proqnozlaşdırılır. Azərbaycanda da şirin su ehtiyatı ilə müəyyən problemlər özünü göstərir. Ölkəmizdə bu istiqamətdə yeni zavodun istismara verilməsi mövcud problemin həllinə gətirib çıxaracaqmı?

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin H.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin sahillərinin və dibinin geomorfologiyasi şöbəsinin müdiri, coğrafiya elmləri doktoru, professor Əmir Əliyev “Cümhuriyət”-ə bildirib ki, yeni zavodun istismara verilməsi ölkədə şirin suya olan tələbatı ödəməyəcək: 

“Ancaq texniki, xüsusilə Xəzərətrafı - Bakı, Sumqayıt ərazilərindəki texniki suya olan tələbatı ödəyəcək. Qeyd edim ki, Salyan rayonunun Xıdırlı kəndi ərazisində İsrail hökuməti tərəfindən inşa edilən kiçik bir zavod gündə 5 min litr su verir və çox yaxşı zavoddur. 

Mən şəxsən həmin zavodda olmuşam və onun suyundan da içmişəm. Bizdə əsas su mənbəyi olan Ceyranbatan, Şabran ərazisində inşa edilən Taxtakörpü su anbarından, Qəbələdən gələn suya xeyli qənaət etmək olar. Bakı və Sumqayıt ərazisində Azərbaycan əhalisinin yarıdan çoxu yaşayır. Məişət suyuna ağacları sulamaq, maşınları yumaq üçün texniki sudan istifadə etməklə qənaət edə bilərik”. 

Professorun sözlərinə görə, xarici ölkələrdə krantı açanda, birindən texniki, digərindən şirin su gəlir: 

“Xəzər dənizində o qədər də çirklənmə yoxdur. Müəyyən vaxtda, lokal ərazidə ola bilər. Xəzər təlatümlü olduğuna görə, neft və digər çirkləndiricilər varsa tökülür və onu təmizləmək çox asandır. Onu da nəzərə almaq lazımdır ki, Xəzər dənizinin suyunun şorluğu gəmi suyunun şorluğundan təxminən 3 dəfə azdır. 

Ona görə də onu təmizləmək çox asandır. Hətta biz dənizdə ekspedisiyada olanda xarici ölkələrdə xüsusən də Hind və Sakit okeanda olan şəxslər deyirdilər ki, Xəzərin suyunu içmək olar. Xəzərin suyunda 12 qram duz var, ancaq okeandakı suda 40 qramdır. Suyu xüsusi metodika ilə təmizləyəndə onun tərkibində xırda başqa nadir metallar da var. Məsələn, qızıl, kobalt var ki, onlardan da istifadə etmək olar. 

Xəzərin şərq sahilində Aktauda 1960-cı ildə zavod tikilib və o zavod köhnə texnologiyayla işləyirdi. Qazaxıstanın o ərazilərində 1 milyona yaxın əhali yaşayır və həmin sudan istifadə olunur. Ancaq bizdəki zavod müasir texnologiya ilə işləyir. Ona görə burada suyun təmizlənməsi müasir səviyyədədir və ondan həm içməli, həm də texniki su kimi geniş istifadə etmək olar”. 

Professor bildirib ki, ümumiyyətlə, dünyada Üçüncü Dünya müharibəsinin başlanması üçün su probleminin olduğu deyilir: 

“Dünyada olan bütün suyun 99,9 faizi dəniz və okeanlardadır. O da içməyə yararlı deyil. Qalan 0,1 faizi içməli sudur. Cənubi Qafqazda ən çox suya ehtiyacı olan bizim ölkədir. Bizdə ildə 16 kubkilometr içməli su var. Onlar da Kür çayı vasitəsilə gəlir, Kür çayı başlanğıcını Türkiyədən alır, sonra gəlir Ermənistan, Gürcüstandan keçməklə bizə gəlir.

Ona görə də orada çirklənmə ola bilir. Bu baxımdan, bizim üçün özümüzdə mənbənin olması çox vacibdir. Ona görə də Sumqayıt ərazisində tikiləcək dəniz suyunun duzsuzlaşdırlması zavodu böyük əhəmiyyət kəsb edir”. 

Nigar Abdullayeva
"Cebheinfo.az" 

Açar sözlər: Xəzər qızıl Əmir Əliyev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Noyabr 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri