Icma.az
close
up
RU
XI Bakı Beynəlxalq Kitab Sərgisində Maqsud İbrahimbəyovun özbək dilində kitabı təqdim olunub

XI Bakı Beynəlxalq Kitab Sərgisində Maqsud İbrahimbəyovun özbək dilində kitabı təqdim olunub

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 1 oktyabr, AZƏRTAC

XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycanın Xalq yazıçısı, Dövlət mükafatı laureatı Maqsud İbrahimbəyovun “Qara paltarlı qadın” romanının özbək dilinə tərcüməsinin təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, kitab Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə layihəsi çərçivəsində hazırlanıb.

Tədbiri giriş sözü ilə açan Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli qeyd edib ki, romanın nəşri Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq yazıçının 90 illik yubileyi ilə bağlı keçirilən silsilə tədbirlərin mühüm tərkib hissəsidir.

O, Maqsud İbrahimbəyovun Azərbaycan ədəbiyyatının ən görkəmli simalarından biri olduğunu, dramaturq, ssenarist, rejissor kimi fərqləndiyini vurğulayıb. Əsərin bədii məziyyətindən danışan A.Marifli “Qara paltarlı qadın” romanında insan psixologiyasının, həyat dramının incəliklərinin ustalıqla əks etdirildiyini diqqətə çatdırıb. O bildirib ki, romanın özbək dilində nəşri yeni oxucu kütləsinə qapı açmaqla yanaşı, ədəbiyyatşünaslıq üçün dəyərli mənbəyə çevrilir.

Maqsud İbrahimbəyov adına Yaradıcılıq Mərkəzinin direktoru Anna İbrahimbəyova romanın süjetinin insan talelərinin dərin psixoloji çalarları ilə zəngin olduğunu vurğulayıb. O, müəllifin personajların şəxsiyyətlərini canlı və inandırıcı şəkildə canlandıra bildiyini və bunun əsərə xüsusi bədii-ədəbi əhəmiyyət verdiyini qeyd edib.

Kitabın illüstratoru Orxan Qarayev, yazıçı Mürşüd İsmayılzadə, Bakıdakı Oksbric Akademiyasının direktoru Nailə Rzayeva təqdimatlarında qeyd ediblər ki, romanda sovet dövrünün həyat tərzi, sosial mühit, insan münasibətləri barədə həqiqətlər ustalıqla təsvir olunub. “Qara paltarlı qadın” obrazı həm faciə, həm də insan müqavimətinin rəmzi kimi səciyyələndirilib.

Qeyd olunub ki, əsərin zamanla öz təsirini itirməyən qalıcı aktuallığı da bununla izah edilir.

Tədbirdə, həmçinin roman əsasında hazırlanan və insan ruhunun ziddiyyətlərini, faciəli taleləri, dərin mənəvi sarsıntıları canlandıran teatrlaşdırılmış tamaşa nümayiş etdirilib. Tamaşanın quruluşçu rejissoru Tural Vaqifoğludur. Baş rolları Azərbaycanın Əməkdar artisti Elşən Rüstəmov və aktrisa Günəş Mehdizadə ifa ediblər.

Qeyd edək ki, bu əsər yaradıcılığı onilliklər boyu Azərbaycan ədəbiyyatında və mədəniyyətində dərin iz qoymuş görkəmli yazıçının sonuncu romanı olub.

Təqdimat iştirakçıları romanın özbək dilinə tərcüməsinin Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələrin inkişafında mühüm addım olmaqla yanaşı, ədəbi dialoqun parlaq nümunəsinə çevrildiyini vurğulayıblar.

Qeyd edək ki, bu yaxınlarda kitabın üç dildə, o cümlədən özbək dilində yenidən nəşr edilməsi müəllifin yaradıcılığının daha geniş oxucu kütləsi arasında populyarlaşdırılması üçün yeni imkanlar açıb.

Roman 1980-1990-cı illərin hadisələrini əhatə edir və tarixin dönüş nöqtəsində bir insanın sosial ədalət uğrunda mübarizəsindən bəhs edir. Əsərin mərkəzi personajı həyat itkilərinə və sınaqlara baxmayaraq, öz prinsiplərinə və ləyaqətinə sadiq qalan bir şəxsiyyət kimi meydana çıxır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Oktyabr 2025 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see214

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see210

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see195

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see171

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see165

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see156

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see155

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see154

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see151

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see151

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see150

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see147

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see145

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see145

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see144

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see139

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see136

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see134

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see133

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri