Xiaomi 150 minə yaxın poverbankı geri çağırdı: partlaya bilər
Icma.az bildirir, Lent az portalına istinadən.
Çin şirkəti Xiaomi potensial təhlükəsizlik riskləri səbəbilə PB2030MI modelindən 146,8 min ədəd xarici akkumulyatoru (poverbank) geri çağırıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, geri çağırılma 2024-cü ilin avqust–sentyabr aylarında istehsal olunmuş və tərkibində 126280 modelinin 2.0 versiyalı batareya elementləri olan qurğulara aiddir.
Həmin batareyalar Xiaomi-nin bir təchizatçısı tərəfindən hazırlanıb. İstehsalçının versiyasına görə, bu batareya versiyası həddindən artıq qızma, yanğın və hətta partlayış riski yarada bilər. Ehtiyat tədbiri olaraq, şirkət bütün partiyanı satışdan geri çəkir.
Geri çağırılmaya aid olan cihazların sahibləri 159 yuan (təxminən 35 manat) miqdarında tam ödənişlə kompensasiya ala bilərlər.
Rəsmi satış Çin hüdudlarından kənarda belə aparılsa da, geri çağırılma yalnız Çindəki cihazlara şamil olunur. Göstərilən təchizatçının batareyaları ilə istehsal edilmiş poverbankların başqa ölkələrə göndərilib-göndərilmədiyi məlum deyil.
İstifadəni davam etdirənlərə isə ehtiyat tədbirlərinə riayət etmək tövsiyə olunur: xüsusən də cihazı şarj zamanı, xüsusilə gecələr, nəzarətsiz buraxmamaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 30 Avqust 2025 12:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















