Xidmət rəisi: AMEA tərəfindən 681 abidəyə müvafiq rəy verilib
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 11 fevral, AZƏRTAC
2025-ci ildə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən 760 tarix-memarlıq əhəmiyyətli obyektlə bağlı məlumatın müzakirəsi həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva fevralın 11-də nazirliyin 2025-ci ildəki fəaliyyətinə həsr olunmuş kollegiya iclasında deyib.
Onun sözlərinə görə, Dövlət Xidmətinin təqdimatı əsasında AMEA tərəfindən 681 abidəyə müvafiq rəy verilib.
Qeyd olunub ki, il ərzində Dövlət Xidmətinin tabeliyindəki tarix-mədəniyyət qoruqlarını ümumilikdə 333 441 nəfər ziyarət edib. Onlardan 172 283 nəfəri əcnəbi ziyarətçidir.
S.Hacıyeva Dövlət Xidməti tərəfindən il ərzində görülmüş işlər haqqında ətraflı məlumat verib. Qurumun birillik fəaliyyətini geniş şəkildə əks etdirən infoqrafika nümayiş etdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 11 Fevral 2026 14:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















