“Xilasedici”nin baş məşqçisi: “Challenge Cup”da rəqiblər zəif olmayacaq”
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanı “Challenge Cup”da təmsil edəcək kişilərdən ibarət “Xilasedici" voleybol klubunun rəqibi zəif olmayacaq.
İdman.biz xəbər verir ki, bunu “Report”a açıqlamasında komandanın baş məşqçisi Cəlil Cəlilov deyib.
Mütəxəssis yaxşı heyət qurduqlarını vurğulayıb: “Artıq statistikimiz və menecerimiz məlumat toplamağa başlayıb. Rəqiblər böyük ehtimalla zəif olmayacaqlar. Ötən il Balkan Kubokunda Türkiyənin “Arkasspor” klubu çempion olmuşdu. Bu il isə Türkiyə komandaları yarışda iştirak etməyəcəklər. Ötən mövsüm 6 komanda mübarizə aparıb. Bu dəfə say hələlik bəlli deyil. Rəqiblərimiz avqustda bilinəcək. Ancaq bizim üçün bunun fərqi yoxdur, yarışa hazırlaşmalıyıq. Bu il yaxşı heyət qurmuşuq və komandama güvənirəm”.
Qeyd edək ki, Azərbaycan təmsilçisinin “Challenge Cup”dakı potensial rəqibi Balkan Kubokunu qazanan komanda olacaq. Avrokuboklarda debüt edəcək “Xilasedici” mübarizəyə 1/32 finaldan start verəcək. Komandaların birinci oyunu noyabrın 11-13-nə, cavab matçı bir həftə sonraya təsadüf edəcək.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 16 İyul 2025 13:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















