“Xilasedici”nin baş məşqçisi: Qarşımızda yeni hədəflər var
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 12 noyabr, AZƏRTAC
Çox gərgin və maraqlı mübarizə şəraitində keçən oyunda komandamız 3:2 hesabı ilə qalib gəldi. Qızıl setdə isə 15:13 hesabı ilə üstünlük qazanaraq CEV Çempionlar Liqasında 3-cü mərhələyə yüksəldik. Bu, Azərbaycan kişi voleybolu tarixində bir ilkdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Xilasedici” komandasının baş məşqçisi Cəlil Cəlilov Portuqaliya təmsilçisi “Sportinq” üzərində qazanılan qələbə barədə danışarkən deyib.
“Rəqibin gücü və oyunçularının səviyyəsi hər kəsə bəlli idi. Buna baxmayaraq, voleybolçularımız sona qədər mübarizə apardılar və öz potensiallarını ortaya qoydular. Onları bu uğur münasibətilə ürəkdən təbrik edirəm. Görülən düzgün işin və çəkilən zəhmətin nəticəsini meydanda gördük. Bu uğur kollektivimizin birliyinin, qarşılıqlı inamının və zəhmətinin nəticəsidir. Klubun bütün əməkdaşlarına və daim bizə dəstək olan azarkeşlərə təşəkkür edirəm. Qarşımızda yeni hədəflər var və onlara çatmaq üçün eyni əzmlə çalışmağa davam edəcəyik”, - deyə mütəxəssis qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 12 Noyabr 2026 11:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















