Icma.az
close
up
RU
Xilasın Azərbaycan modeli

Xilasın Azərbaycan modeli

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Bütövlükdə işğaldan azad olunmuş ərazilərdə çox böyük işlər görülüb. 

Bütün bu proseslər Azərbaycanın gücündən, qüdrətindən xəbər verməklə yanaşı, bu məsələlər Prezident, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və rəhbərliyi ilə həyata keçirilir”.

Bunu “Cebheinfo.az”-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə sentyabrın 8-də Ağdamdan Xocalının Xanyurdu kəndinə növbəti köç karvanının yola düşməsi ilə bağlı danışarkən deyib. 

Deputatın sözlərinə görə, bütün bunlar onu deməyə əsas verir ki, qısa müddət ərzində həmin torpaqlar tam olaraq məskunlaşdırılacaq və Azərbaycan vətandaşları öz dədə-baba yurduna qayıdacaqlar:

“2020-ci ildə İkinci Qarabağ müharibəsində möhtəşəm qələbə qazandıq. Torpaqlarımızın əhəmiyyətli hissəsi işğaldan azad edildi. Ardınca həyata keçirilən lokal antiterror tədbirləri ilə faktiki 1991-ci ildə müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq ərazi bütövlüyümüz tam şəkildə bərpa olundu, dövlətimizin suverenliyi təmin edildi. Bu, məhz Azərbaycan dövlətinin gücü və qüdrəti sayəsində mümkün oldu.

Eyni zamanda, Azərbaycan dünyaya unikal bir nümunə təqdim etmiş oldu. Separatçılıq və terrorçuluqdan azad olmağın, ərazi bütövlüyünü bərpa etməyin “Azərbaycan modeli” formalaşdı. Bu model təkcə ölkəmiz üçün deyil, bütövlükdə region üçün yeni reallıqlar yaratdı. Bu reallıqların formalaşmasında isə Azərbaycan dövlətinin və Prezidentinin rolu danılmazdır”.

Arzuxan Əlizadə qeyd edib ki, işğaldan azad olunmuş torpaqlarımızla bağlı Prezident İlham Əliyevin əsas prioritetlərindən biri həmin ərazilərə insanların təhlükəsiz və ləyaqətli şəkildə qayıdışını təmin etmək oldu:

“16 noyabr 2022-ci il tarixində Böyük Qayıdışla bağlı birinci Dövlət Proqramı təsdiq edildi. Bu birinci Dövlət Proqramı 2026-cı ilə qədər olan dövrü əhatə edir. Artıq 5 ilə yaxın müddətdir ki, torpaqlarımız işğaldan azad olunub və bu dövrdə çox möhtəşəm işlər həyata keçirilib. İndiyədək işğaldan azad olunmuş ərazilərə 20 milyard dollara yaxın vəsait sərf olunub. Eləcə də bu ilin dövlət büdcəsindən həmin bölgələrin bərpası üçün 4,5 milyard manat vəsait ayrılıb və Milli Məclis tərəfindən təsdiqlənib.

2021-ci ilin mart ayından etibarən işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərlər edilib. Demək olar ki, bütün bölgələr ziyarət olunub və görülən işlərin miqyası vizual olaraq müşahidə edilib. Bu proseslərin bilavasitə iştirakçısı olmaq onların necə böyük əhəmiyyət daşıdığını bir daha göstərir. Əlbəttə, vətəndaşlarımızın həmin ərazilərə qayıtması üçün ilk növbədə minalardan təmizləmə prosesi başa çatmalıdır. Birinci Dövlət Proqramında təxminən 280-300 min hektar ərazinin minalardan təmizlənməsi hədəfi qoyulub.

Proqrama əsasən, 2026-cı ilə qədər Böyük Qayıdış çərçivəsində 40 minədək mənzil və fərdi yaşayış evinin tikintisi nəzərdə tutulur. Artıq bu işlərin böyük bir hissəsi həyata keçirilib. Məktəblər, uşaq bağçaları, yeni infrastruktur layihələri reallaşdırılıb, avtomobil və dəmir yolları salınıb. İşğaldan azad olunmuş ərazilərdə üç beynəlxalq hava limanı istifadəyə verilib. Xüsusilə də mürəkkəb və hamar olmayan relyefə malik Laçında beynəlxalq hava limanının inşası Azərbaycanın gücündən və qüdrətindən xəbər verir”.

A.Əlizadə vurğulayıb ki, Böyük Qayıdış proqramına uyğun olaraq vaxtilə deportasiya edilərək doğma torpaqlarını tərk etməyə məcbur qalmış insanlarımızın geri dönüşü reallaşır:

"Artıq 30 mindən çox azərbaycanlı öz dədə-baba yurduna qayıdıb. Qısa müddət ərzində həyata keçirilən bu layihələrlə yanaşı, eyni zamanda geri qayıdacaq və orada yaşayacaq insanların məşğulluq məsələləri də həll olunmaqdadır. Sahibkarlıq fəaliyyəti üçün əlverişli mexanizmlərin yaradılması hədəflənib. 

Ağdam və Cəbrayılda sənaye parkları inşa edilir. Artıq orada fəaliyyət göstərən sahibkarlar üçün geniş imkanlar yaradılıb. Bir çox yeni müəssisə açılıb və istehsal olunan məhsulların bir qismi xaricə ixrac edilir. Bununla da ölkəyə əlavə valyuta gəlir”. 

Deputat bildirib ki, insanlarımızın doğma yurdlarına qayıtması ilə torpaq və təbiət yenidən canlanır:

“Xocalı, Xocavənd, Xankəndi, Şuşa, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər kimi bölgələrdə məskunlaşma prosesi davam edir. Bu ərazilərdə inşa olunan məktəblərdə artıq azərbaycanlı şagirdlər təhsil alır, ötən ildən isə Xankəndidə Qarabağ Universiteti fəaliyyət göstərir. 

Hazırda Qarabağ böyük bir tikinti meydançasıdır. Məscidlər bərpa olunur, yeni infrastruktur layihələri icra edilir. Qardaş ölkələr də bərpa işlərində iştirak edir.. Türkiyə, Qazaxıstan və Özbəkistan təhsil müəssisələrinin tikintisində və digər infrastruktur layihələrində bilavasitə iştirak edir. Eyni zamanda, dost ölkələrin sahibkarları da bu prosesə qoşulublar.

Qeyd etdiyim kimi, biz həm də regionda yeni reallıqlar yaratmışıq. Ermənistanla nəzərdə tutulan sülh müqaviləsinin imzalanması ilə bölgəyə 30 ildən sonra, hətta yüzilliklər ərzində görünməmiş dayanıqlı sabitlik və sülh gələcək. Görülən bütün bu işlərin əsas müəllifi isə Azərbaycan xalqı, dövləti və onun Ali Baş Komandanı cənab İlham Əliyevdir”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Açar sözlər: Azərbaycan Qarabağ Arzuxan Əlizadə

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Sentyabr 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see406

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see362

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see329

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see321

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see281

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see270

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see236

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see232

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see209

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see207

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see206

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see204

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see204

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see195

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see192

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see188

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see183

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see171

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see167

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri