Icma.az
close
up
RU
Menu

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Xilaskarlıq missiyası və Azərbaycanın inkişaf yolu ŞƏRH

Xilaskarlıq missiyası və Azərbaycanın inkişaf yolu ŞƏRH

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır."

Ulu Öndər Heydər Əliyev

Bir millətin tarix səhnəsindəki varlığı və suverenliyi, qarşılaşdığı böhran dövrlərində ortaya qoyduğu siyasi iradə və liderlik dühası ilə birbaşa bağlıdır. XX əsrin sonlarında Sovet İttifaqının dağılması ilə regionda dərin geosiyasi kataklizmlər baş verdi. Belə bir ağır tarixi şəraitdə müstəqilliyini yenidən bəyan edən Azərbaycan Respublikası, təkcə xarici hərbi təcavüzlə deyil, həm də daxili xaos, vətəndaş müharibəsi təhlükəsi və iqtisadi iflasla üz-üzə qalmışdı.

Məhz belə bir taleyüklü məqamda 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev söylədiyi tarixi cümləsi ilə yalnız öz idarəçilik proqramını elan etmədi, həm də bütün ömrünü fəda edəcəyi milli dövlətçilik doktrinasının manifestini ortaya qoydu.

Müstəqilliyi elan etmək nə qədər böyük tarixi hadisədirsə, onu qoruyub saxlamaq, yaşatmaq və dönməz etmək bir o qədər mürəkkəb və çətin bir prosesdir. 1990-cı illərin əvvəllərində Azərbaycanda dövlət təsisatlarının iflic olması, qanunsuz silahlı qruplaşmaların özbaşınalığı və Ermənistanın işğalçılıq siyasəti ölkənin varlığını sual altında qoymuşdu. Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldiyi ilk gündən etibarən müstəqilliyin qorunmasını ən ali hədəf elan etdi və bu istiqamətdə təxirəsalınmaz addımlar atdı.

İlk növbədə, ölkə daxilində separatçılıq meyllərinin və dövlət çevrilişinə cəhdlərin qarşısı qətiyyətlə alındı, dövlət intizamı bərpa edildi. Eyni zamanda, dağınıq və siyasiləşmiş silahlı dəstələr ləğv edilərək, vahid komandanlığa tabe olan nizami milli ordu yaradıldı. 1994-cü ilin mayında əldə olunmuş atəşkəs ölkəyə daxili islahatları aparmaq üçün lazımi zaman qazandırdı. Azərbaycanı böyük dövlətlərin poliqonuna çevrilməkdən qorumaq üçün praqmatik və balanslaşdırılmış xarici siyasət kursu formalaşdırıldı. Ulu Öndərin dövlətçilik fəlsəfəsində müstəqillik sadəcə atributlardan ibarət deyildi; o, milli mənliyin, dilin, mədəniyyətin və azad iqtisadiyyatın vahid sistemdə birləşməsi demək idi.

1990-cı illərin ortalarında Azərbaycan iqtisadiyyatı tamamilə çökmüş vəziyyətdə idi. Hiperinflyasiya, sənaye müəssisələrinin dayanması, blokada şəraiti və sosial böhran əhalinin yaşayış səviyyəsini kritik həddə çatdırmışdı. Ulu Öndər Heydər Əliyev yaxşı anlayırdı ki, iqtisadi cəhətdən zəif olan, xarici yardımlardan asılı qalan dövlətin siyasi müstəqilliyi də uzunömürlü ola bilməz. Ölkəni bu ağır sosial-iqtisadi böhrandan çıxarmaq məqsədilə dahi rəhbər tərəfindən Milli Neft Strategiyası hazırlandı.

Bu strategiyanın ən mühüm kulminasiya nöqtəsi 20 Sentyabr 1994-cü ildə imzalanan "Əsrin Müqaviləsi" oldu. Dünyanın nəhəng neft şirkətlərinin Azərbaycana investisiya qoyması, təkcə iqtisadi sıçrayışı təmin etmədi, həm də ölkənin geosiyasi təhlükəsizliyini möhkəmləndirdi. Xəzər dənizinin karbohidrogen ehtiyatlarının Qərb bazarlarına təhlükəsiz daşınması üçün Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməllərinin atılması Azərbaycanı regional enerji mərkəzinə çevirdi. Neftdən əldə olunan gəlirlər qeyri-neft sektorunun inkişafına, ordunun modernləşdirilməsinə və infrastrukturun yenidən qurulmasına yönəldildi.

Ulu Öndər Heydər Əliyevin dövləti ağır vəziyyətdən qaldırmaq fəaliyyətinin mühüm bir istiqaməti də demokratik, dünyəvi və hüquqi dövlət təsisatlarının qurulması idi. 1995-ci ildə ümumdünya demokratik dəyərlərini və milli ənənələri özündə əks etdirən müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi.

Ulu Öndər Heydər Əliyevin "Mənim həyatım da, fəaliyyətim də Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına həsr olunacaqdır" kəlamı mücərrəd bir şüar deyil, böyük bir dövlətin dirçəliş formulu idi. O, öz fəaliyyəti ilə Azərbaycanı parçalanmaqdan, xaosdan və müstəqilliyini itirmək təhlükəsindən xilas edərək onu dayanıqlı inkişaf yoluna çıxardı.

Bu gün qürurla deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin qurduğu güclü dövlət təməlləri və onun layiqli davamçısı Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan özünün ən böyük tarixi problemini həll etmişdir. Müzəffər Ordumuzun qazandığı tarixi Zəfər nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi və suverenliyimizin ölkənin bütün ərazisində tam bərpa olunması Ulu Öndərin ən böyük vəsiyyətinin və arzusunun gerçəkləşməsidir. Ulu Öndər Heydər Əliyevin siyasi irsi və dövlətçilik fəlsəfəsi bu gündə də, gələcəkdə də Azərbaycanın müstəqilliyinin, əbədiliyinin və sarsılmazlığının ən böyük təminatıdır.

Şeyda Əliyeva

Naxçıvan şəhər 2 saylı körpələr evi – uşaq bağçasının müdiri, partiyanın fəal üzvü

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 İyun 2026 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see331

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see323

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see320

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see310

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see271

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see260

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see257

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see253

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see249

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see245

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see222

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see222

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see216

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see210

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see207

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see205

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see190

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see182

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see175

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri