Icma.az
close
up
RU
Xilaskarlıq missiyası və böyük Zəfər yolu

Xilaskarlıq missiyası və böyük Zəfər yolu

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ulu Öndər Heydər Əliyevin adı müasir dövlətçiliyimizin banisi, milli həmrəyliyin və sabitliyin təminatçısı kimi tarixə yazılmışdır. Onun zəngin siyasi irsi, müdrik idarəçilik təcrübəsi və qətiyyətli liderliyi Azərbaycanın xalqının taleyində həlledici rol oynamışdır. Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində dövlətçilik prinsipləri əsasında sabit və dayanıqlı idarəetmə sistemi qurulmuşdur.

1990-cı illərin əvvəllərində müstəqilliyini bərpa etmiş Azərbaycan ciddi siyasi sınaqlarla üz-üzə qalmışdı. Dövlət idarəçiliyinin zəiflədiyi, sabitliyin pozulduğu bir mərhələdə ölkədə separatizm meyilləri güclənmiş, silahlı qarşıdurmalar təhlükəli həddə çatmışdı. Müxtəlif silahlı qrupların fəaliyyət göstərməsi və mərkəzi hakimiyyətin bu proseslərə cavab verə bilməməsi cəmiyyətdə dərin böhran yaratmışdı. Rəhbər vəzifələrdə səriştəsiz şəxslərin təmsil olunması idarəetmədə xaotik vəziyyətə səbəb olmuş, ölkə vətəndaş müharibəsi astanasında idi.

Belə mürəkkəb və həlledici bir dövrdə xalqın bütün təbəqələrinin ümidi zəngin dövlətçilik təcrübəsi, müdrik siyasi uzaqgörənliyi və prinsipial mövqeyi ilə seçilən Ulu Öndər Heydər Əliyevə yönəldi. Xalqın təkidli tələbi və geniş dəstəyi ilə 1993-cü ilin iyununda Heydər Əliyev Naxçıvandan Bakıya dəvət olundu və 15 iyun tarixində Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Həmin əlamətdar hadisə ölkəmizin müasir tarixinə dönüş nöqtəsi kimi daxil oldu və sonralar 15 İyun - Milli Qurtuluş Günü kimi rəsmiləşdirildi. Məhz bu tarixdən etibarən ölkədə dövlətçilik prinsiplərinin bərpası, idarəetmənin sabitləşməsi və xalqla ölkə rəhbərliyi arasında etimada əsaslanan birliyin möhkəmləndirilməsi istiqamətində mühüm mərhələ başlandı.

1993-cü il oktyabrın 3-də keçirilmiş seçkilərdə xalqın böyük etimadını qazanaraq Prezident seçilən Heydər Əliyev müstəqilliyin qorunması və möhkəmləndirilməsi istiqamətində uzunmüddətli inkişaf strategiyasını müəyyənləşdirdi. Yeni siyasi kursun əsas hədəfləri sırasında hüquqi dövlət quruculuğu, şəffaf və məsuliyyətli idarəçilik modeli, sosial ədalətin təmin olunması və vətəndaş rifahının yüksəldilməsi dayanırdı. Bu dövrdə dövlət idarəçiliyində çevik və məqsədyönlü islahatlar həyata keçirildi, səmərəlilik və şəffaflıq prinsipləri idarəetmənin əsas istiqamətinə çevrildi.

Azərbaycanın müstəqilliyinin ilk illərində üzləşdiyi ən ağrılı və təhlükəli məsələlərdən biri Ermənistanla davam edən Dağlıq Qarabağ münaqişəsi idi. Torpaqların işğalı, hərbi məğlubiyyətlər və bir milyondan artıq insanın qaçqın və məcburi köçkünə çevrilməsi ölkədə dərin sosial-humanitar böhrana səbəb olmuşdu. Heydər Əliyev siyasi hakimiyyətə qayıtdıqdan sonra münaqişənin hərbi yolla deyil, siyasi-diplomatik vasitələrlə həllinə üstünlük verdi. Onun gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də Ermənistanla atəşkəs əldə olundu. Bu saziş həm döyüşlərin dayandırılması, həm də ölkədə daxili sabitliyin möhkəmləndirilməsi, iqtisadiyyatın bərpası və uzunmüddətli islahatların həyata keçirilməsi üçün əlverişli şərait yaratdı.

Heydər Əliyevin həyata keçirdiyi dövlətçilik strategiyasının əsas istiqamətlərdən biri enerji siyasəti idi. 1994-cü il sentyabrın 20-də imzalanmış və “Əsrin müqaviləsi” adlandırılmış neft sazişi Azərbaycanın enerji resurslarının beynəlxalq bazarlara çıxarılmasını təmin etdi. Bu müqavilə xarici sərmayələrin ölkəyə axınını sürətləndirdi, iqtisadi dirçəlişi təmin etdi və ölkənin beynəlxalq enerji xəritəsində əhəmiyyətli rol oynamasına zəmin yaratdı. Neft diplomatiyası vasitəsilə ölkənin beynəlxalq arenadakı mövqeyi gücləndi, xarici siyasətdə müstəqil və prinsipial mövqeyin formalaşması üçün zəruri siyasi və iqtisadi dayaq əldə olundu.

Sosial siyasət sahəsində Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə dövlət-vətəndaş münasibətlərində yeni yanaşma formalaşdı. Sosial rifahın təmin olunması dövlət siyasətinin prioritet istiqamətinə çevrildi. Əhalinin ən həssas təbəqələrinin - müharibə iştirakçılarının, şəhid ailələrinin, qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi istiqamətində mühüm addımlar atıldı. Heydər Əliyevin tapşırığı ilə həmin kateqoriyalardan olan ailələrin yaşayış şəraitinin yaxşılaşdırılması, təqaüdlərin və müavinətlərin verilməsi, həmçinin sosial xidmətlərə çıxış imkanlarının artırılması istiqamətində konkret proqramlar həyata keçirildi.

İdman siyasəti Ulu Öndərin strateji baxışının bariz nümunələrindən biri kimi ölkənin beynəlxalq imicinə müsbət təsir göstərən vacib sahəyə çevrildi. Onun təşəbbüsü ilə Milli Olimpiya Komitəsinin fəaliyyəti yenidən canlandırıldı və bu istiqamətdə dövlət dəstəyi institusional xarakter aldı. Gənclər və idman sahəsində dövlət proqramları hazırlanaraq infrastruktur inkişaf etdirildi, Olimpiya İdman Kompleksləri tikildi, idmançıların beynəlxalq arenada iştirakına şərait yaradıldı. Heydər Əliyevin idmana verdiyi dəyər sayəsində ölkə idmançıları beynəlxalq yarışlarda uğurlar qazandı.

Gənclər siyasəti də məhz Ulu Öndərin gərgin səyləri ilə dövlət səviyyəsində həyata keçirilən məqsədyönlü istiqamətlərdən birinə çevrildi. O, gəncləri Azərbaycanın gələcəyi, cəmiyyətin intellektual və mənəvi dayağı kimi qiymətləndirirdi. Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması, ilk Ümumrespublika Gənclər Forumunun keçirilməsi, gənclərin təşəbbüs və ideyalarının dəstəklənməsi bu sahədə ardıcıl və məqsədyönlü dövlət siyasətinin formalaşmasında mühüm mərhələ oldu. Bu addımlar gənclərin ictimai-siyasi həyatda fəallığının artırılması, intellektual və yaradıcı potensialının üzə çıxarılması baxımından strateji əhəmiyyət daşıyırdı.

Təhsil siyasəti isə Ulu Öndərin dövlət quruculuğu kursunda strateji əhəmiyyət kəsb edən əsas sahələrdən biri kimi müəyyən olundu. “Təhsil haqqında” Qanunun qəbul edilməsi, təhsilin məzmun və struktur baxımından yenilənməsi, beynəlxalq təhsil sisteminə inteqrasiya üçün hüquqi və institusional baza yaradıldı. Heydər Əliyev elm və təhsilin inkişafını milli inkişafın əsası sayır, müasir gəncliyin bilikli, savadlı və milli dəyərlərə sadiq ruhda yetişməsini qarşıya məqsəd qoyurdu. Xaricdə təhsil təşəbbüsləri ilə Ulu Öndər intellektual potensialın inkişafına geniş şərait yaratdı.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən nəqliyyat dəhlizləri layihələri ölkəmizin geosiyasi və geoiqtisadi mövqeyinin möhkəmlənməsində mühüm rol oynamışdır. O dövrdə “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin reallaşdırılması Azərbaycanın beynəlxalq logistika mərkəzinə çevrilməsi yolunda strateji addım idi. Bu amillər yalnız region ölkələrini deyil, həm də Avropa ilə Asiya arasında ticarət əlaqələrini birləşdirən mühüm xətt kimi çıxış edir.

Regional və qlobal proseslər fonunda milli maraqların qorunması və təhlükəsizliyin təmin edilməsi Heydər Əliyevin siyasi kursuna sadiqliyin strateji mahiyyətini ön plana çıxarır. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu strateji xətt dövrün çağırışlarına uyğun şəkildə təkmilləşdirilir, hüquqi islahatlar ardıcıl şəkildə davam etdirilir, dövlət idarəçiliyində müasir yanaşmalar tətbiq olunur. İnsan hüquq və azadlıqlarının təminatı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi qorunur. Beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan addımlar isə dövlətçiliyin möhkəmlənməsinə və ölkənin beynəlxalq arenada nüfuzunun daha da artmasına xidmət edir.

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsi və lokal xarakterli antiterror tədbirləri nəticəsində uzun illər işğal altında qalmış torpaqlarımız azad edildi və ölkəmizin ərazi bütövlüyü tam bərpa olundu. Bu qətiyyətli və prinsipial addımlar həm dövlətin suveren hüquqlarının təmin edilməsi, həm də regionda yeni geosiyasi reallıqların formalaşmasına, sülh və əməkdaşlıq üçün əsasların yaranmasına geniş imkanlar yaratdı. Azərbaycanın beynəlxalq hüquqa söykənən mövqeyi və güclü siyasi iradəsi nəticəsində regionda davamlı təhlükəsizlik və sabitlik üçün möhkəm zəmin formalaşdı.

15 İyun tarixi milli həmrəyliyin gücləndirilməsi, dövlət institutlarının bərpası və müstəqil dövlət quruculuğunun əsaslarının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Həmin gün təsdiqlədi ki, ölkədə güclü siyasi iradə və xalqla iqtidar arasında formalaşmış həmrəylik mühüm siyasi sınaqların uğurla dəf olunmasına şərait yaradır. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xətt bu gün də dövlətçiliyin möhkəmləndirilməsinə, suverenliyin qorunmasına və cəmiyyətin davamlı inkişafına töhfə verir.

Fəqət Şadlinskaya,

YAP Bərdə rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 İyun 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see287

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see258

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see204

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see191

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see167

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see162

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see158

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see145

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see145

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see141

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see136

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri