Icma.az
close
up
RU
XİN başçısının müavini Cenevrədə səfərdə olub

XİN başçısının müavini Cenevrədə səfərdə olub

Ayna saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Elnur Məmmədov BMT-nin İnsan Hüquqları Şurasının 58-ci sessiyasının yüksək səviyyəli seqmentində çıxış edib

23-26 fevral 2025-ci il tarixlərində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov BMT-nin İnsan Hüquqları Şurasının 58-ci sessiyasının yüksək səviyyəli seqmentində iştirak etmək məqsədilə Cenevrə şəhərinə işgüzar səfərdə olub.

XİN-dən AYNA.AZ-a verilən xəbərə görə, səfər çərçivəsində nazir müavini Elnur Məmmədov BMT-nin İnsan Hüquqları Şurasının 58-ci sessiyasının yüksək səviyyəli seqmentində çıxış edib, habelə bir sıra yüksək səviyyəli ikitərəfli görüşlər keçirib.

Nazir müavini çıxışı zamanı postmünaqişə dövründə regional vəziyyət, “Böyük Qayıdış” çərçivəsində görülən işlər, Azərbaycan-Ermənistan normallaşma prosesinin hazırkı vəziyyəti, mövcud çağırışlar, o cümlədən Ermənistan Konstitusiyasında ölkəmizin ərazi bütövlüyünə yönələn iddialardan ətraflı bəhs edib, Ermənistan xarici işlər nazirinin çıxışı zamanı qaldırdığı iddialara cavab verib.

Keçmiş münaqişə dövründə Ermənistan tərəfindən törədilən müharibə cinayətləri ilə bağlı ölkəmiz tərəfindən beynəlxalq məhkəmələrdə aparılan proseslər, itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi, mina təhdidi ilə mübarizə, habelə indiki Ermənistan ərazilərindən qovulmuş həmvətənlərimizin hüquqlarının bərpası səyləri barədə məlumat verilib.

Səfər çərçivəsində nazir müavini həmçinin Qvatemalanın xarici işlər naziri Karlos Ramiro Martinez Alvarado, Şri-Lankanın xarici işlər naziri Vijita Hert, Maldivin xarici işlər naziri Abdulla Xəlil, Nepalın xarici işlər naziri Arzu Rana Deuba, Kosta-Rikanın xarici işlər nazirinin müavini Alehandro Solano Ortiz, İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının icraçı direktoru Nura Zaid Alrşud ilə görüşlər keçirib.

Görüşlər zamanı ikitərəfli və çoxtərəfli münasibətlərdən irəli gələn məsələlər, postmünaqişə dövründə mövcud regional vəziyyət, ölkəmizin yenidənqurma və sülh səyləri, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyimiz və bu çərçivədə əməkdaşlıq imkanları müzakirə olunub.

Görüşlər zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://ayna.az
archiveBu xəbər 26 Fevral 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see355

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see338

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see298

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see269

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see235

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see212

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see200

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see197

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see193

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see189

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see187

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see178

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see175

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see168

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see168

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see166

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see164

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see163

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see161

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri