İran XİN başçısı Cenevrədə Qrossi ilə görüşəcək
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İranın xarici işlər naziri Abbas Əraqçi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi ilə görüşəcək.
APA xəbər verir ki, bu barədə nazir “X” hesabında paylaşım edib.
İran XİN başçısı ABŞ ilə danışıqları davam etdirmək üçün Cenevrəyə səfər etdiyini qeyd edib.
“Ədalətli və balanslı bir razılaşmaya nail olmaq üçün real təşəbbüslərlə Cenevrədəyəm. Nüvə mütəxəssisləri ilə birlikdə dərin texniki müzakirə üçün AEBA rəhbəri Qrossi ilə görüşəcəyəm”, – o bildirib.
Nazir, eyni zamanda, sabah keçiriləcək ABŞ-İran danışıqlarına başlamazdan əvvəl Omanın xarici işlər naziri ilə də görüşəcəyini əlavə edib.
Xatırladaq ki, fevralın 6-da Omanda İran-ABŞ danışıqlarının ilk raundu keçirlib.
Danışıqların növbəti raundu sabah Omanda keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 16 Fevral 2026 10:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















