Icma.az
close
up
RU
XİN diplomatiya ilinə yekun vurdu

XİN diplomatiya ilinə yekun vurdu

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Dekabrın 26-da Azərbaycanın Xarici İşlər Nazirliyində 2025-ci ilin yekunlarına dair mətbuat konfransı keçirilib.

Xarici işlər naziri Ceyhun Bayramov 2025-ci il üzrə xarici siyasətinin əsas istiqamətləri, milli maraqların təmin olunması məqsədilə həyata keçirilmiş diplomatik fəaliyyət və əldə olunmuş nəticələr barədə ətraflı məlumat verib.

Nazir bildirib ki, 2025-ci ildə beynəlxalq münasibətlər sistemində baş verən mürəkkəb geosiyasi proseslər fonunda Azərbaycan Respublikası müstəqil, balanslaşdırılmış və praqmatik xarici siyasət kursunu uğurlu şəkildə davam etdirib, çevik, məsuliyyətli və konstruktiv diplomatiya həyata keçirərək ikitərəfli və çoxtərəfli əməkdaşlıq mexanizmlərini gücləndirib, beynəlxalq nüfuzunu və təsir imkanlarını əhəmiyyətli dərəcədə artırıb.

C.Bayramov qeyd edib ki, əvvəlki illərdə olduğu kimi, şanlı zəfərin 5 illiyinin qeyd olunduğu 2025-ci ildə də regionda dayanıqlı və qalıcı sülhün təmin edilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olub. Bu çərçivədə, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında normallaşdırılması, 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş Zirvə görüşünün nəticələri, sülh sazişi layihəsinin paraflanması, eləcə də ATƏT-in Minsk prosesinin və əlaqədar strukturların bağlanması istiqamətində görülən işlər diqqətə çatdırılıb.

Həmçinin qonşu dövlətlər, Mərkəzi Asiya, Avropa, Asiya-Sakit okean, Yaxın Şərq, Afrika və Amerika regionu ölkələri ilə aparılan iş barədə məlumat verilib. İntensivləşən təmaslar istiqamətində 41 ölkə ilə müxtəlif sahələr üzrə 191 sənədin imzalandığı, 52 dövlət ilə siyasi məsləhətləşmələrin keçirildiyi diqqətə çatdırılıb. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv kimi qəbul olunmasının, habelə bir sıra ölkələrlə ikitərəfli münasibətlərin Strateji Tərəfdaşlığa yüksəldilməsinin ölkəmizin nüfuzunun və qarşılıqlı etimadın göstəricisi olduğu bildirilib.

Mətbuat konfransında Azərbaycanın 2025-ci il üzrə çoxtərəfli diplomatiya çərçivəsində fəaliyyəti barədə məlumat verən nazir, Türk Dövlətləri Təşkilatında sədrliyin Azərbaycana keçməsi, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə sədrliyimizin davam etdirilməsi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında (QDİƏT) sədrliyimiz, Qoşulmama Hərəkatı Troykası çərçivəsində iştirak, COP29-a sədrliyimiz, eləcə də İqtisadi Əməkdaşlıq Təşkilatı və D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı platformaları üzrə irəli sürülmüş təşəbbüsləri xüsusi qeyd edib.

Azərbaycanın xarici ölkələrdə diplomatik təmsilçiliyinin genişləndirilməsi istiqamətində görülən tədbirlər barədə danışan nazir, bu çərçivədə, cari ildə Azərbaycanın Tailand Krallığında və Oman Sultanlığındakı səfirliklərinin rəsmi açılışını, 13 illik fasilədən sonra cari ilin fevral ayında Azərbaycanın Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edilməsini diqqətə çatdırıb.

Humanitar diplomatiya istiqaməti üzrə digər məsələlərlə yanaşı, mina təhdidi ilə mübarizə və itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması məqsədilə aparılan işlər diqqətə çatdırılıb. İl ərzində ölkəmiz tərəfindən Ukraynaya və Suriyaya göstərilən humanitar yardım və ölkəmizin beynəlxalq yardım proqramları barədə iştirakçılar məlumatlandırılıb.

Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində 2025-ci il daxil olmaqla son illər ərzində İraqdan və Suriyadan 473-ü uşaq və 64-ü qadın olmaqla, ümumilikdə 537 vətəndaşımızın repatriasiyasının, cari ildə İsrail və İran arasında baş vermiş hərbi münaqişənin nəticəsi olaraq 9 minə yaxın Azərbaycan vətəndaşının və 82 xarici ölkə vətəndaşının ölkəmizə təxliyəsinin həyata keçirildiyi diqqətə çatdırılıb.

Daha sonra nazir Ceyhun Bayramov media nümayəndələrinin çoxsaylı suallarını cavablandırıb. “Xalq qəzeti” əməkdaşının “2026-cı ildə konkret olaraq hansı ölkələrdə səfirliyin və ya baş konsulluğun açılması gözlənilir?” sualına Ceyhun Bayramov cavab verib ki, məsələ ilə bağlı müəyyən təkliflər var. “Ancaq səfirliklərin və konsulluqların yaradılması barədə Milli Məclis qanun qəbul edir və həmin qanun cənab Prezident İlham Əliyev tərəfindən təsdiqlənir. Buna görə də bu məsələ barədə vaxtından əvvəl elan vermək istəmirəm”, - deyə o vurğulayıb. Nazir onu da əlavə edib ki, Bəhreyn Krallığında Azərbaycan səfirliyin açılması 2026-cı ildə baş tutacaq.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Dekabr 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see310

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see273

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see264

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see263

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see256

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see249

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see245

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see232

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see220

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see219

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see215

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see213

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see203

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see190

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see187

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see186

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see174

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see172

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see170

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri