XİN müşavirəsində xarici siyasət və çoxtərəfli diplomatiya müzakirə olunub
Icma.az, Apa.az saytına istinadən bildirir.
“Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusunda diplomatik xidmət orqanlarının rəhbərlərinin IX müşavirəsinin “Dəyişən dünya düzənində xarici siyasət və çoxtərəfli diplomatiya” mövzusuna həsr olunan ilk panel müzakirəsi keçirilib.
APA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” platformasındakı paylaşımında qeyd edilib.
Bildirilib ki, panel müzakirəsi Azərbaycan Respublikasının xarici işlər nazirin müavinləri Araz Əzimov və Yalçın Rəfiyevin əsas natiq qismində iştirakı ilə baş tutub.
Panel çərçivəsində postmünaqişə dövrünün reallıqlarının Azərbaycan xarici siyasətində yaratdığı prioritetlər, normallaşma prosesinin vəziyyəti və mövcud çağırışlar, regional və beynəlxalq təhdidlərin fonunda ölkəmizə təsir edə biləcək təhlükəsizlik məsələləri, çoxtərəfli platformalarda fəaliyyət çərçivəsinə mövcud çağırış və imkanlar təhlil edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 07 İyul 2025 15:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















