Icma.az
close
up
RU
XİN: Ermənistanın qanunsuzluqları Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən araşdırılacaq KONKRET

XİN: Ermənistanın qanunsuzluqları Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən araşdırılacaq KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan, İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı iş üzrə Azərbaycan və Ermənistan tərəfindən qaldırılan ilkin etirazlara dair Beynəlxalq Ədalət Məhkəməsinin 12 noyabr 2024-cü il tarixli qərarlarını qeydə alıb.

KONKRET.az xəbər verir ki, Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib ki, Beynəlxalq Ədalət Məhkəməsi azərbaycanlılara qarşı törədilən kütləvi insan hüquqları pozuntuları ilə əlaqədar Azərbaycanın Ermənistana qarşı davam edən beynəlxalq hüquqi iddiaları üzrə qərar qəbul edib.

“Azərbaycan onilliklər ərzində bir milyondan çox azərbaycanlıya qarşı sistemli şəkildə etnik təmizləmə həyata keçirdiyinə görə Ermənistanı məsuliyyətə cəlb etmək istiqamətində fəaliyyət göstərib. Beləliklə, bu səylər nəticəsiz qalmayıb: Ermənistanın onilliklər boyunca Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisini işğalda saxladığı müddətdə həyata keçirdiyi etnik təmizləmə və digər qeyri-qanuni əməllər bundan sonra Məhkəmə tərəfindən mahiyyəti üzrə ətraflı şəkildə araşdırılacaq.

Bundan əlavə, Məhkəmə haqlı olaraq Ermənistanın mina və gizli mina tələləri yerləşdirməsi təcrübəsinə dair iddiaların qərarda istisna olunması cəhdlərini rədd edib. Ermənistanın mina təhdidi nəticəsində sayının indiyədək faciəvi şəkildə artdığı qurbanlar üçün ədalətin təmin edilməsi müstəsna əhəmiyyət kəsb edir. Son olaraq, 10 noyabr tarixində daha bir Azərbaycan vətəndaşı mina partlayışı nəticəsində xəsarət alıb”, – XİN-dən bildirilib.

Qeyd olunur ki, yaşayış ərazilərinin minalarla hədəfə alınması günahsız mülki insanların həyatını təhlükəyə atmaqla yanaşı, həmçinin Azərbaycanın əldə olunmasına sadiq qaldığı sülh sazişini təhdid altında qoyur:

“Azərbaycanın ilkin etirazlarına gəlincə, Məhkəmənin Ermənistanın irqi ayrı-seçkiliyə dair yalan iddiaları ilə bağlı faktların və dəlillərin mahiyyəti üzrə tam təhlili hüququnu özündə saxlaması əhəmiyyət kəsb edir. Azərbaycan dəlillərin araşdırılmasının beynəlxalq hüququn heç bir pozuntusuna yol verilmədiyini göstərəcəyinə əmindir.

Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycanın Ermənistana qarşı iddia qaldırdığı yeganə hüquqi platforma olmadığı da qeyd edilməlidir. Azərbaycan həmçinin digər beynəlxalq hüquqi forumlarda Ermənistanın işğal dövrü zamanı ətraf mühitin və enerji infrastrukturunun dağıdılması da daxil olmaqla, bir sıra digər sahələrdə beynəlxalq hüququ pozmasına dair kompensasiya və maliyyə təzminatının qarşılanması istiqamətində fəaliyyət göstərir.

Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin onilliklər boyu işğalı və əlaqədar münaqişələr zamanı beynəlxalq insan hüquqlarının çoxsaylı pozuntularına görə Ermənistanın məsuliyyətə cəlb edilməsi üçün səylərimizi davam etdirəcəyik”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://konkret.az
archiveBu xəbər 13 Noyabr 2024 09:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsaril Səudiyyə Ərəbistanının və İordaniyanın razılığını alıb Siyasi şərhçi

10 Sentyabr 2025 17:57see215

İsrailin növbəti hədəfi Türkiyədir? III Dünya müharibəsinin əlamətləri görünür

10 Sentyabr 2025 17:33see179

Acından ölən xərçəng...

09 Sentyabr 2025 02:04see145

Tovuzda bütün məzunlar ali məktəbə daxil olub

09 Sentyabr 2025 14:09see145

Orqan köçürməklə insan maksimum bu yaşa qədər yaşaya bilər

09 Sentyabr 2025 03:03see136

“Liverpul”un müdafiəçisinin “Real Madrid”ə mümkün transferinin təfərrüatı açıqlanıb

09 Sentyabr 2025 09:00see136

Tupakın qətlini məşhur reper sifariş edibmiş 29 il öncəki qətlin ŞOK DETALLARI

09 Sentyabr 2025 00:37see132

Cennaro Qattuzo: Gülünc qollar buraxdıq

09 Sentyabr 2025 01:36see131

Arina Sabalenka US Open 2025 dəki qələbəsini necə qeyd edib FOTO

09 Sentyabr 2025 04:13see131

Netanyahu: HƏMAS liderlərinə zərbə Qəzzada müharibəyə son qoya bilər

09 Sentyabr 2025 21:07see126

Toral Bayramov: İslandiya ilə matçdan sonra çox pis vəziyyətdəydik

10 Sentyabr 2025 13:55see126

“Rus ordusu Dobropolye yaxınlığında mühasirəyə düşə bilər” Ukraynalı ekspert

09 Sentyabr 2025 15:57see120

Ukrayna gecə Polşaya Rusiya PUA larının uçuşu barədə məlumat verib

10 Sentyabr 2025 13:56see118

Anasını WhatsApp mesajına görə bıçaqlayan kişi HƏBS EDİLDİ

09 Sentyabr 2025 09:04see118

Bu qərarı mən yox, o verdi Tramp

10 Sentyabr 2025 01:04see117

Neft strategiyası Azərbaycanın dövlət gəlirlərinin artmasına imkan yaratdı ŞƏRH ETDİ

10 Sentyabr 2025 16:03see116

Eminin yeni evindən Video

09 Sentyabr 2025 20:40see114

Nigar Fərhad ilk dəfə qızını GÖSTƏRDİ söz savaşı na çıxdılar VİDEO

10 Sentyabr 2025 16:01see114

Kosmosda başqa ulduzları yeyən ulduz peyda oldu

10 Sentyabr 2025 15:40see114

Polşa hava məkanına daxil olan Rusiya pilotsuz təyyarələrinə cavab verdi NATO

10 Sentyabr 2025 12:22see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri