XİN in Özbəkistan və İspaniya ilə diplomatik məsləhətləşmələri
Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Oktyabrın 7-də Bakıda Azərbaycanın Xarici İşlər Nazirliyi və Özbəkistanın Xarici İşlər Nazirliyi arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib.
Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə XİN-in Konsulluq idarəsinin rəisi Emil Səfərov, Özbəkistan nümayəndə heyətinə isə Konsulluq və hüquq idarəsinin rəis müavini Abduvaxit Tursunov rəhbərlik edib.
Görüşdə, həmçinin Azərbaycanın Ədliyyə Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, Dövlət Miqrasiya Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, o cümlədən Özbəkistanın ölkəmizdəki səfirliyinin nümayəndələri iştirak ediblər.
Konsulluq məsləhətləşmələri zamanı iki ölkə arasında konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Tərəflər arasında ədliyyə, təhsil, sərhəd, miqrasiya və digər vacib sahələr üzrə əməkdaşlıq məsələləri nəzərdən keçirilib, o cümlədən vətəndaşların hüquq və müdafiəsinin təmin edilməsi üçün qarşılıqlı müqavilə-hüquq bazasının möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Danışıqların sonunda iki ölkənin nümayəndə heyətlərinin rəhbərləri tərəfindən görüşün protokolu imzalanıb.
***
Oktyabrın 7-8-də Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov İspaniya Krallığında səfərdə olub.
Səfər zamanı Madriddə Azərbaycanın Xarici İşlər Nazirliyi və İspaniyanın Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyi arasında siyasi məsləhətləşmələrin 5-ci raundu keçirilib. Nümayəndə heyətlərinə Azərbaycan tərəfindən nazir müavini Elnur Məmmədov, İspaniya tərəfindən isə xarici işlər və qlobal məsələlər üzrə dövlət katibi Dieqo Belio başçılıq edib.
Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi, iqtisadi, energetika, o cümlədən yaşıl enerji, mədəniyyət, təhsil, turizm, nəqliyyat-logistika və digər sahələrdə əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri geniş müzakirə olunub. Bu çərçivədə ticarət və sərmayələrin təşviqi, habelə “Strateji İqtisadi Dialoq” çərçivəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparılıb.
Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyi vurğulanıb. Həmçinin humanitar minatəmizləmə sahəsində təcrübə mübadiləsi və praktiki əməkdaşlıq imkanları nəzərdən keçirilib.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 09 Oktyabr 2026 00:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















