Özbəkistan İran siyasi məsləhətləşmələri keçirilib
Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.
Özbəkistan və İran Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi Tehranda keçirilib.
Newscenter.az-ın xəbərinə görə, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.
Özbəkistan nümayəndə heyətinə xarici işlər nazirinin birinci müavini Bəhromjon Aloyev, İran tərəfinə isə xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Məcid Taxti-Ravonçi rəhbərlik edib.
Danışıqlar ticarət, iqtisadi və investisiya əməkdaşlığının inkişafı, nəqliyyat və tranzit əlaqələrinin genişləndirilməsi və iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığın intensivləşdirilməsi məsələlərinə yönəlib.
Tərəflər həmçinin mədəni və humanitar mübadilələri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, eləcə də regional və beynəlxalq gündəlikdəki məsələləri müzakirə ediblər.
Səfər çərçivəsində Bəhromjon Aloyev İranın xarici işlər naziri Abbas Əraqçi ilə də görüşüb.
Söhbət zamanı ticarət, investisiya və nəqliyyat-tranzit əməkdaşlığının genişləndirilməsi, hökumətlərarası mexanizmlər və işgüzar münasibətlərin aktivləşdirilməsi məsələləri müzakirə olunub.
Süleyman
Bu mövzuda digər xəbərlər:Azərbaycan və Özbəkistan XİN ləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib
07 Oktyabr 2026 22:08
XİN in Özbəkistan və İspaniya ilə diplomatik məsləhətləşmələri
09 Oktyabr 2026 00:41
Özbəkistan və Oman arasında siyasi məsləhətləşmələr keçirilib
01 İyul 2026 12:30
Özbəkistan və Ermənistan arasında siyasi məsləhətləşmələr keçirilib
09 Sentyabr 2026 13:59
Özbəkistan İran biznes forumu keçiriləcək
06 Avqust 2025 15:26
Baxış sayı:122
Bu xəbər 18 Avqust 2026 12:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















