Icma.az
close
up
RU
XİN rəhbəri Misir səfirini qəbul etdi

XİN rəhbəri Misir səfirini qəbul etdi

Icma.az bildirir, Axar.az portalına istinadən.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Misir Ərəb Respublikasının ölkəmizdəki yeni təyin olunmuş səfiri Hüsaməddin Effat Mustafa Rezanı qəbul edib.

Axar.az xəbər verir ki, səfir Hüsaməddin Reza etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.

C.Bayramov səfiri təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycan və Misir arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə regional və beynəlxalq vəziyyət müzakirə olunub.

İki ölkə arasında əməkdaşlığın inkişafında liderlər arasında dostluq münasibətlərinin, ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin, hökumətlərarası komissiyanın fəaliyyətinin, habelə siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti qeyd olunub.

Regional və beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Ölkəmizin Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi və sədrliyi dövründə ölkələrimiz arasında əməkdaşlıq məmnunluqla xatırlanıb.

Nazir, həmçinin qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri barədə ətraflı məlumatlandırıb.

Tərəflər həmçinin, Yaxın Şərq bölgəsində təhlükəsizlik vəziyyəti ətrafında müzakirə aparıblar.

Səfir Misirin Azərbaycandakı səfiri qismində fəaliyyət göstərəcəyindən məmnunluq duyduğunu və fəaliyyəti dövründə ikitərəfli münasibətlər və əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://axar.az
archiveBu xəbər 09 Sentyabr 2025 19:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see358

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see267

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see262

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see254

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see222

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see222

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see208

Ceyhun Bayramov: Bakı və Daşkənd arasında əməkdaşlıq dinamikası artır

24 Avqust 2026 13:23see192

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see189

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see184

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see171

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see171

Dünyanın ən gözəl qızının indiki halı FOTOLAR

24 Avqust 2026 20:41see167

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see163

Çox şanslı olacaq BÜRCLƏR Onların xüsusi dövrü BAŞLAYIR

25 Avqust 2026 00:02see162

Neft 1 dollardan çox ucuzlaşıb

24 Avqust 2026 08:09see159

Azərbaycanın SOCAR şirkəti Özbəkistanda yanacaqdoldurma məntəqələri şəbəkəsi açmağı planlaşdırır

24 Avqust 2026 13:22see157

Məsud Pezeşkian Asim Munirlə görüşdü

25 Avqust 2026 00:45see157

Polşa ordusu üçün minlərlə “Piorun” zenit raket kompleksi alacaq

24 Avqust 2026 07:23see155

Qazaxıstan seçkiləri: “Ədalət” 71,8% səslə liderdir

24 Avqust 2026 07:53see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri