XİN sözçüsü: Ermənistan sülhdə maraqlıdırsa...
Reyting.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Ermənistan sülhdə maraqlıdırsa, ərazi iddialarından əl çəkməlidir".
Reyting.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın baş naziri Nikol Paşinyana cavabında deyib.
Onun sözlərinə görə, Ermənistanın "sülhsevər narrativi" regionda davamlı sülh və sabitliyin qurulmasının ən mühüm sütununu - dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət edilməsini gözardı edir:
"Bəs bütün bunlar həqiqətən nə deməkdir? Baş nazir Nikol Paşinyan, qoy sizin əməlləriniz sözdən daha çox danışsın".
N.Paşinyan bildirib ki, Ermənistan, həqiqətən də, qonşuları ilə sülh qurmaqda maraqlıdırsa, nə üçün Konstitusiyasında və milli qanunvericiliyində təsbit olunmuş "Qərbi Ermənistan" və "Qarabağ Respublikası" adlandırdığı ərazilərə olan iddialardan imtina prosesini başlamaqdan hər vəchlə imtina edir: "Bağışlayın, amma sizin arqumentləriniz Ermənistanın "xoş niyyətlərinin" təsdiqi hesab edilə bilməz".
Bu mövzuda digər xəbərlər:“Ermənistan sülhdə maraqlıdırsa...” Rəsmi Bakdan Mirzoyana cavab
25 Mart 2025 18:40
Ermənistan sülhdə maraqlıdırsa, ərazi iddialarından əl çəkməlidir
09 Yanvar 2025 17:15
Ermənistan əməkdaşlıqda maraqlıdırsa...
31 May 2025 10:15
Ermənistan COP29a dəvət edilib, amma... XİN sözçüsü
13 Noyabr 2024 10:48
XİN sözçüsü: Ermənistan COP29a dəvət edilib, amma...
13 Noyabr 2024 10:59
Baxış sayı:89
Bu xəbər 09 Yanvar 2025 17:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















