Icma.az
close
up
RU
Xına qoymaq saça bu ZƏRƏRLƏRİ VERİR

Xına qoymaq saça bu ZƏRƏRLƏRİ VERİR

News24 portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Tərkibində kimyəvi maddələr olmadığı üçün təbii boya olan xınaya üstünlük verilsə də, mütəxəssislər səhv istifadə edildikdə saç sağlamlığına mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edirlər.

News24.az xəbər verir ki, bitki mənşəli boya olan xınanın eramızdan əvvəl 7-ci əsrə aid tarixi var. Bu təbii maddə zamanla saçları rəngləmək və yumşaltmaq üçün üstünlük verilməyə başlayıb. Ancaq xına hər saç növü üçün uyğun deyil.

Xınanın düzgün tətbiq edilməməsi saç tellərini və baş dərisini qurudur və qırılmasına səbəb olur. Mütəxəssislər xüsusilə həssas baş dərisi olan insanların uzun müddət saçlarında xına saxlamaması lazım olduğunu, əks halda saçların tökülməsi və qırılmasının qaçılmaz olacağını bildirirlər.

Xınanın ən böyük zərərlərindən biri də saçları qurutmasıdır. Mütəxəssislər bu problemin qarşısını almaq üçün xına qarışığına aloe vera, qızılgül suyu və ya təbii nəmləndiricilərin əlavə edilməsi lazım olduğunu vurğulayırlar. Əks halda saçların bərkiyib, kövrək ola biləcəyi bildirilir.

Eyni zamanda, xına qalıcı boya olduğu üçün onu saçdan çıxarmaq çox çətindir. Bu səbəbdən xınadan sonra kimyəvi boyalardan və ya ağardıcılardan istifadə saç tellərini zəiflədə və saç tökülməsinə səbəb ola bilər. Tərkibində metal duzları və əlavələri olan boyalardan qaçınmaq lazım olduğu bildirilir.

Mütəxəssislər xınanın təbii bir seçim olmasına baxmayaraq, şüurlu və diqqətli istifadə edilməli olduğunu, yanlış tətbiqlərin uzun müddət saç problemlərinə səbəb ola biləcəyini söyləyirlər. Xınanın faydasını artırmaq və zərərlərini minimuma endirmək üçün düzgün üsullarla tətbiq etmək tövsiyə olunur.

Günel Məlikzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:322
embedMənbə:https://news24.az
archiveBu xəbər 17 Fevral 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see335

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see327

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see316

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see303

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see269

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see238

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see236

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see230

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see217

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see201

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see189

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see180

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see173

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see161

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see161

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see161

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see161

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri